Bədənin hansı hissəsi COVID-19-a həssas deyil?
Vaşinqton Universitetinin Tibb Fakültəsindən bir qrup tədqiqatçı COVID-19 infeksiyasından bədənin hansı hissəsinin təsirsiz qaldığını öyrənib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, alimlərin tədqiqatının nəticələri "Cell Reports"da dərc olunub. Aparılan tədqiqatların nəticələrinə görə, yalnız gözün buynuz qişası virusa müqavimət göstərə bilər.
Alimlər 25 insanın və siçanların buynuz qişasından istifadə edərək sınaq keçiriblər. Orqanlara HSV-1, Zika virusu və SARS-CoV-2 yoluxdurulub. Nəticələr göstərib ki, koronavirus buynuz qişada çoxalmır.
Tədqiqatın aparıcı müəllifi Conatan Mayner bildirib ki, buynuz qişasının koronavirusa reaksiyasına nəyin səbəb ola biləcəyi bu anda hələ naməlum olaraq qalır. Mütəxəssis onu da istisna etmir ki, bu cür müdafiə epiteliyasında ifraz olunan III tip interferonlar tərəfindən təmin edilir.
Aytən Məftun









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir