Bel ağrısını necə müalicə etməli?

Bel ağrısını necə müalicə etməli?Yüksək kateqoriyalı travmatoloq-ortoped, vertebroloq Maksim Qonçarov bel ağrısının indiyədək elmə məlum olmayan səbəblərini açıqlayıb. O, bu barədə Sputnik radiosuna müsahibəsində bildirib.
Mütəxəssisin fikrincə, bel ağrıları bir cox amillərə görə baş verə bilər. Buna görə də dəqiq diaqnoz qoymaq çətin olur. Məsələn, narahatlıq nevroz səbəbindən də yarana bilər. Bu, psixoterapevtik profil olduğu üçün bel ağrısını tibbi avadanlıqlar vasitəsilə müəyyən etmək mümkün olmur.
Qonçarovun sözlərinə görə, bel ağrısına səbəb olan amillərdən biri insanın yastıayaq olmasıdır:
"İstənilən yaşda olan yastıayaq insanlar ayaq üstə duranda beldə ağrı hiss edirlər. Bu, məhz belin onurğa bölməsinə aid olmayan ağrıdır".
Ağrının ən çox görülən səbəbi osteoxondrozdur. Mütəxəssis izah edir ki, 50 yaşa qədər bu xəstəlikdən əziyyət çəkənlərin sayı 70 faizə yaxınlaşır.
Beyin qan təchizatının pozulması, fəqərəarası yırtıq və radikulit osteoxondroza xas əlamətlər sırasındadır. İdman gəzintisi və velosiped sürmək bu xəstəliyin inkişafını dayandırmağa kömək edir.
Xatırladaq ki, Qonçarovdan əvvəl anestezioloq, alqoloq Mark Qalperin bel ağrılarından xilas olmağın yollarını açıqlamışdı.
"Əgər yeriyəndə sağ tərəfinizdə ağrılar olarsa, o zaman ayağa qalxıb (mütləq əlinizlə bir yerdən tutmalısınız, yoxsa yıxıla bilərsiniz), sağ ayağınızı çarpaz şəkildə çəkməyiniz məsləhətdir", - deyə Qalperin bildirib. O, qeyd edib ki, ayaqları növbə ilə bir düz xətt üzrə ataraq yerimək də bel ağrısının azalmasına səbəb olur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 946   Tarix: 20 noyabr 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Ən faydalı MEYVƏ

"Kivi ən faydalı meyvədir. O, qida dəyəri baxımından alma, qaragilə, avokado və bananı geridə qoyur". qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Kardioloq Aurelio Rojas deyib. Onun sözlərinə görə, kivi mədə-bağırsa

.

Səhər və axşam fərq etmədən zəhər istehlak edirik

Fransa Milli Qida Təhlükəsizliyi Agentliyinin (Anses) apardığı son araşdırmalar qidalarımızdakı qorxulu mənzərəni ortaya qoyub. Təhlil edilən 700 birləşmədən 250-dən çoxunun sağlamlıq üçün ciddi risk daşıdığı məlum olub

.

Torpaq yemək istəyi nəyin gizli əlamətidir?

Zəiflik, yorğunluq, saç tökülməsi, kövrək dırnaqlar və udma çətinliyi dəmir çatışmazlığının əsas əlamətləri ola bilər. xəbər verir ki, onun sözlərinə görə, bəzən dəmir çatışmazlığı daha fərqli simptomlarla da özünü göstər

.

Qripə bənzəyən yeni virus YAYILIR: Qızdırma, öskürək

Human metapneumovirus (HMPV) adlı virusun yoluxma hallarının artdığı bildirilir. xəbər verir ki, simptomları qrip və ya soyuqdəyməyə çox bənzədiyi üçün çox vaxt başqa xəstəliklərlə qarışdırılır. 2001-ci ildə aşkarlanan b

.

Qadınlarda "Alzheimer" riski daha yüksəkdir

Alzheimer və demensiya qadınlarda kişilərə nisbətən iki dəfə çox rast gəlinir. xəbər verir ki, alimlər yeni tədqiqatlarda bu fərqə diqqət yetiriblər. Boston Universitetinin tədqiqatçıları 10-dən çox qadının genetik quruluşun

.

Limitləri aşdı, satışı qadağan edildi - Nazirlikdən xəbərdarlıq

Türkiyə Ticarət Nazirliyi tərkibindəki kimyəvi risklər səbəbindən bir üz və barmaq boyası məhsulunun bazardan yığışdırılmasına qərar verib.  xəbər verir ki, nazirlik tərəfindən edilən rəsmi açıqlamada, dəftərxana ləvazimatlar

.

Yeməyi bir dəfədən çox qızdırmağın sağlamlıq üçün TƏHLÜKƏSİ

Mütəxəssislərin fikrincə, bir çox qida məhsulu yenidən qızdırıldıqdan sonra yalnız faydalı xüsusiyyətlərini itirmir, həm də sağlamlıq üçün təhlükəli ola bilər. Müasir həyatda insanların çoxu hər gün bir neçə dəfə təzə yemə

.

Nahardan sonra yuxu gəlirsə, bunları edin

Nahardan sonra yaranan süstlük və yuxululuq hissinin qarşısını düzgün qidalanma və bəzi vərdişlər vasitəsilə almaq mümkündür.  xəbər verir ki, rusiyalı terapevt Olga Chistikaçıqlamasında bu vəziyyətdən qurtulmağın üç əsa

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

adlarin menasi kosmetoloq donlar 2026 yumurta ile uz maskalari soda maskasi qanda viruslar yagli saclar ucun meslehetler kosmetika pizza veten vətənə aid bayatı oglaq bayatılar