Bibəriyyənin faydalar - təzyiqi salır, stressi azaldır, arıqladır...

Bibəriyyənin faydalar - təzyiqi salır, stressi azaldır, arıqladır...Yarpaqları mal və quş ətindən hazırlanan yeməklərə ədviyyat kimi daxil edilən bibəriyyə bitkisi lobya, noxud, kələm və badımcanlı xörəklərə də gözəl dad və ətir verir.
Bitki kulinariyada, qənnadı və çaxır istehsalında istifadə edilməklə yanaşı tibdə də geniş tətbiq olunur.
Azertag.az bildirir ki, bibəriyyə yarpaqları iltihab əleyhinə çox güclü vasitədir, eyni zamanda, yarasağaldıcı xüsusiyyətə malikdir. Tərkibindəki efir maddələri sakitləşdirici, spazmolitik və antiseptik təsirlər göstərir. Hipertoniya, ümumi və cinsi zəiflikdə də onun istifadəsi faydalı nəticələr verir. Elə həmin keyfiyyətlərinə görə bibəriyyə dəmləməsi ağız boşluğunun iltihabı xəstəliklərində, qarqara, çiban və gec sağalan yaralarda islatma, uşaqlıq yolu xəstəliklərində isə şırınqa şəklində istifadə olunur. Yarpaqlarının bişirməsi uşaqlıq əzələsini yığır və düşüyə səbəb olur. Baş ağrıları və soyuqdəymə zamanı sakitləşdirici, mədə-bağırsaq xəstəliklərində isə ödqovucu kimi tətbiq edilir.
Bibəriyyə bitkisi qəbizliyi aradan qaldırır, revmatizm xəstəliyinin qarşısını alır.
Mütəxəssislərin onun yuxusuzluğu və stressi dəf etdiyini söyləyirlər. Qədim yunanlılar hafizəni gücləndirmək üçün ondan istifadə edirdilər. Saçların uzun və gur olması üçün də bibəriyyədən istifadə etmək olar.
Bibəriyyə bitkisinin bütün faydalı maddələri onun yarpaq və güllərində toplanıb. Ən yaxşı yol onun qaynadılmış halda istifadə etməkdir. Bir xörək qaşığı ətirli bitkinin yarpaqlarını 1stəkan su ilə 10 dəqiqə qaynadılır, gün ərzində 2-3 fincan içilir.
Bitkinin bir və ya iki budağını zeytun yağına atanda bir neçə diş sarımsaq da əlavə olunması yağı dadlı və ətirli edir.
Revmatizm xəstəliyi zamanı üzərində gülü olan bibəriyyə budağı bir litr suya atılır, əl və ayaqlar həmin suya salınır.
Bitki qurudulandan sonra döyülərək əzilir, əmələ gələn pudra tez sağalmaq üçün yüngül yaranın üzərinə səpilir. Bibəriyyə bitkisinin yağı ağrıyan yerin masajı üçün faydalıdır. Onu badam yağı ilə qarışdırandan sonra istifadə edirlər.
Bibəriyyə iştahanı azaltdığına görə ondan istifadə edilməsi arıqlamağa səbəb olur.

Sağlamlıq     Baxılıb: 2569   Tarix: 28 noyabr 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

turlar.az

gözəllik məhsulları makiyaj etmek qaydalari hamiləlik qadın ətirləri tutmalar gənc ailə bulkalar kosmetika masqalar ginekoloq hakiwda maya maskasi oglan evi