Bill Qeyts haqlı çıxdı - Peyvənd yaradıcısından ŞOK AÇIQLAMA

Bill Qeyts haqlı çıxdı - Peyvənd yaradıcısından ŞOK AÇIQLAMA5 milyondan çox insanın ölümünə səbəb olan COVID-19-la mübarizə bütün sürətiylə davam etdiyi bir vaxtda daha yeni bir mutasiya dünyanı təşvişə salıb.
Publika.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı Cənubi Afrikada yayılan və B.1.1.529 adlandırılan yeni mutasiyanın adını "Omikron" adlandırdığını açıqlayıb. Bu mutasiyanın digər variantlardan daha yoluxucu olduğunu bildirən ÜST açıqlamasında "Mutasiyada qorxulu olan çox sayda mutasiya var. İlkin tapıntılar göstərir ki, yeni mutasiyanın yoluxuculuq riski daha yüksəkdir" bildirib.
Bu açıqlamalardan sonra "Omikron"un yeni bir pandemiyaya səbəb olub-olmayacağı narahatlıq doğurur. Bir çox ölkə variantın aşkarlandığı bölgələrə səyahət qadağası tətbiq etsə də, İsrail sərhədlərini bağlayan ilk ölkə olub.
Bütün bu hadisələr Bill Qeytsin ötən aylarda verdiyi proqnozu bir daha gündəmə gətirib. Qeyts "The Wall Street Journal"a verdiyi açıqlamada "növbəti pandemiyaya hazır olmalıyıq" proqnozunu vermişdi: "Pandemiya hazırlıqlarının gözlədiyimdən aşağı olmasından bir az narahatam. Dünyanın növbəti pandemiyaya hazır olması üçün 100 gün ərzində peyvənd istehsal etmək və 100 gün ərzində milyonlarla insana təqdim etmək potensialına malik olmalıyıq. Bizim bu gücə malik fabriklər tikmək imkanımız var. Ancaq hələ də lazımi addımlar atılmır".
Qeytsin həmtəsisçisi olduğu Bill və Melinda Qeyts Fondu ölkələri vaksin istehsal etmək imkanları da daxil olmaqla səhiyyə sistemlərinə daha çox sərmayə qoymağa çağırıb.
Bəzi ekspertlərsə yeni variantın peyvəndin effektivliyini aşağı saldığını deyir. Koronavirus peyvəndini hazırlayan "Moderna" şirkətinin baş həkimi Dr. Paul Burton yeni bir peyvəndin hazırlanması istiqamətində araşdırmalara başladığını açıqlayıb. Burton BBC-nin "Endryu Marr" şousuna verdiyi müsahibədə bildirib ki, əgər yeni peyvənd lazımdırsa, o, 2022-ci ilin əvvəlində hazır olacaq.
Yeni mutasiyanın peyvənddən yayına biləcəyindən şübhələndiyini söyləyən Burton qeyd edib ki, bu, çox narahatedici bir virusdur.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1685   Tarix: 29 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

İntimdən sonra qadınların sevmədiyi şey - Kişilər niyə yatmaq istəyir?

Orqazmdan sonra dincəlmək istəyi yaradan hormonlardan biri də sevgi hormonu adlanan oksitosin hormonudur. Cinsi əlaqə zamanı artan bu hormon orqazmı tətikləyir. Həm kişilər, həm də qadınlar tərəfindən ifraz olunan oksitosi

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

turlar.az

hamiləlik qaşların formalari makiyaj etmek qaydalari fransiz qadinlari cinsi elaqe xina qoymaq qaydasi sizanaqlara qarsi uz maskalari kosmetika novruz bayramına aid hakıştalar ziyafet geyimleri novruza aid hakista tanisliq şəhid