Bioloji yaşınızı öyrənmək istəyirsinizmi?

Bioloji yaşınızı öyrənmək istəyirsinizmi?Bioloji yaşınızı öyrənmək istəyirsinizmi? O zaman aşağıdakı testlərdən keçin və bioloji yaşınızın neçə olduğuna qərar verin!
Hər bir insanın bədəni onun şəxsiyyət vəsiqəsində qeyd edildiyi yaşdakı kimi görsənmir. Belə ki, eyni yaşda olan adamlara diqqətlə baxdıqda onların eyni sağlıqda görünmürlər. Məsələn, 40 yaşında olan iki adama nəzər yetirdikdə onların birinin daha cavan, digərinin isə daha yaşlı göründüyü ortaya çıxır. Bizim sağlamlığımız yaşımızdan deyil, orqanizmimizin bioloji vəziyyətindən asılı olur. Yəni, insanın bioloji yaşını onun orqanizminin sağlamlığı təyin edir.
Bioloji yaşın dəqiq ölçüsü müəyyən edilməyib. Amma, müayinələr vasitəsilə onu təyin etmək olur. Ev şəraitində də bəzi testləri həyata keçirməklə bioloji yaşı təyin etmək mümkün olur. Bu testlərə aşağıdakılar aiddir.
Onurğanın davamlılığı
Ayaqlarınızı aralayın və qabağa doğru əyilərək əllərinizi yerə dirəməyə çalışın. Əgər siz 20-30 yaş arasındasınızsa o zaman sizin ovcunuzun içi yerə dirənməlidir. 40 yaşı olan adamların barmaqlarının ucu yerə dəyməlidir. 50 yaşı olan adamların isə əlləri dizlərindən bir az ayağı doğru çatmalıdır.
Qabağa doğru əyilib qalxmağa çalışın. Bir dəqiqədə 50 dəfə əyilib qalxmaq sizin 20 yaşda olmağınızı, 35-49 dəfə əyilib qalxmaq 30 yaşda olmağınızı, 34 dəfə əyilib qalxmaq 40 yaşda olmağınızı, 25-29 dəfə əyilib qalxması isə 50 yaşında olmasını göstərir.
Reaksiyanın sürəti
Bioloji yaşınızın bu vasitə ilə test edilməsi zamanı sizə köməkçi lazımdır. 50 sm ölçüdə olan xətkeş köməkçinizin əlində 0 nöqtəsi döşəməyə doğru saxlanılmalıdır. Əlinizi xətkeşin son nöqtəsindən 10 sm aşağı saxlayın. Bu zaman köməkçiniz xətkeşi qəfil əlindən salsın və siz xətkeşi 2 barmağınızla (baş və işarət barmağı) tutmağa çalışın. Xətkeşi hansı rəqəmin üstündə tutmağınız sizin ətrafda baş verənlərə qarşı olan reaksiyanızın sürətini təyin edir. Aşağıdakı cədvəl sizin bioloji yaşınızı təyin edir:
* 20 sm - 20 yaş
* 25 sm - 30 yaş
* 35 sm - 40 yaş
* 45 sm - 60 yaş
Vestübülyar aparatın vəziyyəti
Gözünüzü yumun və tək ayaq üzərində dayanın. Bu zaman ikinci ayağınızı yerdən ən azı 10 sm hündürdə saxlamalısınız. Əgər siz 30 saniyə tərpənmədən dayana bilsəni sizin bioloji yaşınız 20, 20 saniyə tərpənmədən dayan bilsəniz 40 yaşınız, 15 saniyə tərpənmədən dayan bilsəniz 50 yaşınız, 10 saniyə dayana bilsəniz isə 60 bioloji yaşınız var.
Periferik damarların vəziyyəti
İşarət brmağınızı əlinizin üstündə olan damara basaraq 5 saniyə saxlayın. Bu zaman dəridə ağ iz əmələ gəlcək. Əgər sizin bioloji yaşınız 30-sa ağ iz 5 ssaniyədən sonra yox olmalıdır. Bioloji yaşınız 40-sa o zaman 8 saniyədən sonra ağ iz aradan qqalxacaq, 50 yaşdan sonra isə iz 10 saniyə sonra, 60 yaşdan sonra isə 15 saniyədən sonra itməlidir.
Ağciyər testi ilə bioloji yaşın təyini
Ağciyərin vəziyyətini yoxlayaraq bioloji yaşınızı təyin edə bilərsiniz. Bunu yanan şama hava üfürməklə yoxlaya bilərsiniz. 20 yaşında sağlam orqanizmə sahib adam şamı 1 metrdən, 20-40 yaş arası adam 70-80 santimetrdən, 40-60 yaşlı adamlar isə 50-60 santimetrdən üfürərək şamı söndürə bilir.
Bu zaman bioloji yaş aşağıdakılara uyğun olaraq nəfəsvermənin yezliyinə uyğun olaraq hesablanır. Yaşdan asılı olaraq nəfəsvermə aşağıdakı tezlikdə olmalıdır.
* 20 yaşda - 40-45 tez.
* 30 yaşda - 35-39 tez.
* 40 yaşda - 30-34 tez.
* 50 yaşda - 20-29 tez.
* 60 yaşda - 15-19 tez.
Oynaqların vəziyyətinə əsasən bioloji yaşın təyini
Sol əlinizi arxadan kürəyinizə doğru qaldırmaqla sağ əlinizi sağ çiyninizdən aşağı salaraq iki əliniziu arxada birləşdirməklə oynaqlarınıın vəziyyətini yoxlaya bilərsiniz. Əgər sizin 20 yaşınız varsa o zaman problemsiz hər iki əlinizi krəyinizdə birləşdirə biləcəksiniz. Bioloji yaşınız 40 olarsa o zaman əlləriniz bir-birindən azca aralı vəziyyətdə duracaq. Bioloji yaşı 50 olan adamlarda isə bu qayda ilə əlləri kürək nahiyədə yaxınlaşdırmaq mümkün olmur.
Sinir sisteminin bioloji yaşı
Bu testdən keçmək üçün haırlaşmaq lazımdır. Qarşınıza bir dəftər qoyun və onu səhifəsini 2 hissəyə ayırırn. Köməkçinizdən xahiş edin ki, hər 5 damadan bir 1-dən 25-ə qədər olan rəqəmləri yazsın. Sonra əlinizə qələm alın və siz birinci hissədə yazılan qayda ilə həmin rəqəmləri sürətlə yazmağa çalışın. Əgər sizin bioloji yaşınız 20-sə o zaman 35 saniyə ərzində bu yazını köçürə biləsisiniz. Əgər bioloji yaşınız 30-dan yuxarıdırsa o zaman yazını 36-40 saniyədə yazıb başa çatdıracaqsınız. Bu test 40-dan yuxarı adamlarda 41-50 saniyəyə, 50 yaşlarda isə 60 saniyəyə yazılır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1156   Tarix: 17 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

kosmetoloq geyim dəbləri qaşların formalari byanka dirnaqlara qulluq maskalari zara ayaqqabilari 2026 psixoloq meslehetleri kosmetika kahfe kali babasil qu quşu pehriz veten seirleri