Blefaroplastika nədir?

Blefaroplastika nədir?Bildiyimiz kimi ən nazik dəri - gözətrafı zonada yerləşir.
Məhz bu səbəbdən blefaroplastika adlı əməliyyata çox böyük ehtiyac duyulur. Bu məqalədə sizə, bleforaplastika nədir, yuxarı və aşağı nahiyənin blefaroplastikasının fərqi,lazer blefaroplastikasının müsbət cəhətləri haqda məlumat verəcəyik.
Göz qapağının blefaroplastikası nədir...
Blefaroplastika - göz qapağının əvvəlki formasını bərpa etmək üçün edilən cərrahi əməliyyatdır. Bu əməliyyat - artıq dəri, əzələ və piyin çıxarılması ilə həyata keçirilir. Yaşlandıqca göz qapağı genişlənir, göz qapağını saxlayan əzələlər isə zəifləyir. Bunun nəticəsində yuxarı və aşağı qapaqlarda artıq piy yığılır, bu isə yuxarı qapaqlarda sallanmanı, aşağı qapaqda həm sallanma,həm də çoxları üçün problem olan şişlər əmələ gətirir. Bununla insan daha yaşlı görsənir , gözətrafı dərinin həddən artıq sallanması isə periferik və yan görməni n pisləşməsinə səbəb olur.
Blefaroplastika təhlükəsiz bir əməliyyat sayılmağına baxmayaraq, hər bir cərrahi əməliyyatın olduğu kimi, o da orqanizm üçün hər hansı bir təhlükəyə səbəb ola bilir. Əsas ağırlaşma əməliyyatdan sonrakı 2 gün ərzində, olan şişlərin artmasıdır. Belə hallarda həkimə müraciət etmək lazımdır. Bundan əlavə isə,kəsim yerlərindən sarı və ya açıq yaşıl rəngdə mayenin axması kimi hallar da müşahidə oluna bilər. Ümumiyyətlə hər bir əlamətə ciddi yanaşmaq lazımdır( yaranan səpkilər və ya yüksək hərarət), çünki bu sağalmanın yalnış getməsindən xəbər verə bilər.
Alt qapağın blefaroplastikası.
Alt qapağın blefaroplastikasına adətən , anadan gəlmə deffektləri olan insanlar müraciət edirlər. Bu hallara dərin qırışlar və piy qatının yığılması aid edilir. Bu əməliyyatın köməyi ilə həmçinin göz altında olan göyərməni aradan qaldırmaq mümkündür.Əməliyyatın keçirilməsi üçün olan digər göstərişlər bunlardır:
- aşağı göz qapağının dərisinin sallanması
- dərialtı birləşdirici toxumanın çoxluğu
- gözaltı şişlər
Üst qapağın blefaroplastikası.
Bu əməliyyat da, həmçinin artıq dəri, piy və qırışlar təsadüf edilən insanlar üçündür. Lakin, üst qapağın blefaroplastikasına hər zaman estetik məqsədlə müraciət edilmir. Çünki, gözün üst hissəsində olan dəri ona yorğunluq hissi yaradır və görmə qabiliyyətinə təsir edə bilir.
Lazer blefarosplastikası.
Yerli anesteziya ilə həyata keçən bu əməliyyat ,yarım saatdan başlayaraq bir neçə saat davam edə bilər. Lazer blefaroplastikasının müsbət cəhəti - onun 2 həftədən çox olmayan ağrısız reabelitasiyasıdır. Digər əməliyyatlarda olduğu kimi, cərrah biçağı istifadə olunmayan lazer blefaroplastikasında, dəri və toxumalar minimal dərəcədə pozulur. Digər müsbət cəhətləri isə:
- kəsik və şişlərin tez sağalması
- qanın ani olaraq laxtalanması
- təsirin yalnız əzələ və piy toxumasına ola bilmə imkanı
Əməliyyatdan sonrakı period isə individual olaraq, həkiminizin təyini ilə keçirilməlidir.

Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 2322   Tarix: 17 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

turlar.az

yaz geyimleri 2026 hamilelikde qidalanma geyim seçimi merlin monro toy ucun qisa donlar milli mətbəx debli cantalar 2026 kosmetika veten haqqinda atalar sozleri namiq qaraçuxurlu ginekoloq azerbaycanli is adami amerikada gullelendi ikizler