Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz?

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz?"Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir".
Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu rusiyalı otorinolarinqoloq Asiyat Zirkuyeva deyib.
"İlk növbədə, qida rasionundan yağlı, ədviyyatlı, duzlu, turş, çox soyuq və ya isti qidaları xaric etmək tövsiyə olunur. Bütün bunlar boğazın arxa divarının qıcıqlanmasına səbəb ola bilər. Həmçinin müəyyən içkilərdən istifadə etmək də tövsiyə edilmir. Bunlara qazlı, spirtli və isti içkilər, turş şirələr daxildir", - deyə həkim izah edib.
Otorinolarinqoloq qeyd edib ki, boğaz ağrısı zamanı siqaretdən də çəkinmək lazımdır. Tütün tüstüsünün zəhərli komponentləri ağız-udlağın selikli qişasına pis təsir edir, onu zədələyir və iltihaba səbəb olur.
Zirkuyeva əlavə edib ki, həkimlə məsləhətləşmədən antibiotik qəbul etmək, inhalyatorlardan və ya spirt tərkibli spreylərdən istifadə etmək olmaz, çünki bu, boğazda şişkinlik və təhlükəli ağırlaşmalara səbəb ola bilər.
"Boğaz ağrısından qurtulmaq üçün qarqara etmək, ağrını yüngülləşdirmək və su balansını qoruyub saxlamaq üçün xüsusi sovurma pastillərdən istifadə etmək olar", - deyə otorinolarinqoloq yekunlaşdırıb.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1372   Tarix: 25 may 2024
f Paylaş

Oxşar xəbərlər

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

geyim və ayaqqabılar yemek reseptleri qadin dunyasi ana südü artırmaq şalvar modelləri azerbaycan haqqinda kosmetologiya kosmetika qiz adlari itburnu şebnem tovuzlu həsən bəy zərdabi veten haqqinda bayati