Britaniya alimləri həkimlərdə koronavirusa qarşı xüsusi immunitet aşkarlayıblar
Britaniyalı alimlər xəstəxanalarda çalışan tibb işçilərinin koronavirusa qarşı xüsusi immunitetə malik olduğunu müəyyən ediblər.
Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Mitteldeutscher Rundfunk" radiosu alimlərin məlumatlarına istinadən xəbər verir.
Tədqiqatda Britaniya klinikalarından birinin 58 həkimi iştirak edib. Təcrübədə iştirak edənlərin heç birinin dörd ay ərzində müsbət PCR analizi olmayıb, hətta həmkarları iş yerində virusa yoluxmuş olsalar belə, infeksiya əlamətləri aşkarlanmayıb.
İyirmi həkimdə T-hüceyrə konsentrasiyasının artması, digər 19 tibb işçisində isə əlavə immun zülal aşkarlanıb. Alimlər müəyyən ediblər ki, onlarda yoluxucu prosesi dayanıb. Tədqiqatçıların sözlərinə görə, xüsusi immunitet qısa zamanda infeksiyanın öhdəsindən gəlib və virus sadəcə orqanizmdə inkişaf edə, güclənə bilməyib.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi