Bu içkinin insanı Altsheymer xəstəliyindən qoruduğu təsdiqləndi

Bu içkinin insanı Altsheymer xəstəliyindən qoruduğu təsdiqləndiƏn çox rast gəlinən demensiya formalarından biri olan Altsheymer xəstəliyinin dəqiq səbəbi bilinmədiyindən, konkret müalicəsi də yoxdur. Ancaq gündəlik həyat tərzimizdə bəzi dəyişiklik etməklə bu xətəlikdən özümüz qoruya bilərik. Xüsusən də qəbul etdiyimiz qidalar və içkilər bu işdə mühüm rol oynayır. Bunu Həkimlər də təsdiqləyir.
Milli.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, Ankara xəstəxanasının nevroloji xəstəliklər üzrə mütəxəssisi, professor Zülküf Önal yaşlandıqları vaxt Altsheymer xəstəliyindən əziyyət çəkmək istəməyənlərin gündəlik mineral su içmələrini tövsiyə edib. Xüsusən, ailəsində sözügedən xəstəliyə məruz qalmış şəxslərin olduğu insanlar bu məsləhətə əməl etməlidirlər. Z.Önalin sözlərinə görə, mineral suyun tərkibindəki silikat Altsheymer xəstəliyinə tutulma riskini azaldır. Ancaq bunun üçün davamlı şəkildə mineral sulardan istifadə etmək lazımdır.
Professorun sözlərinə görə, son vaxtlar mineral suların xəstəliyə təsiri ilə bağlı aparılan araşdırmalar da bunu təsdiqləyib. "Alstheymer xəstəliyi yaşlandıqca insanda beynin bəzi hüceyrələrinin ölməsı səbəbindən yaranır. Həmin məhv olmuş hüceyrələrin içində isə alüminium toplanır. Buna da gündəlik içdiyimiz su səbəb olur. Çünki içində alüminium olmayan su yoxdur. Aparılan araşdırmalar götərir ki, silikat maddəsi hüceyrələrdə alüminium yığılmasının qarşısını alır. Minieral suların tərkibi isə silikatla zəngindir", - deyə alim vurğulayıb.
Onun sözlərinə görə, davamlı şəkildə miner su içən şəxslərdə idrak funksiyalarının pozulması hallarına daha az və daha yuxarı yaşlarda rast gəlinir.
Həkim onu da bildirib ki, mineral su alarkən onun tərkibindəki silikat səviyyəsinə diqqət yetirmək lazımdır: "Bütün mineral sularda silikat səviyyəsi eyni olmur. Su alarkən buna xüsus diqqət yerimək lazımdır. Bir də mineral su içmək vərdiş halına gətirilməlidir, yoxsa iki gün bu sudan qəbul etməklə heç nəyə nail olmaq mümkün deyil".
Qeyd edək ki, Altsheymer - demensiyanın geniş yayılmış müalicəsi mümkün olmayan neyrodegenerativ formasıdır. Xəstəlik ilk dəfə 1905-ci ildə alman psixiatrı Alois Altsheymer tərəfindən qeydə alındığı üçün onun adını daşıyır. Altsheymer, adətən, 65 yaşdan yuxarı şəxslərdə müşahidə olunsa da, ona erkən yaşlarda da rast gəlmək mümkündür. Statsitikaya görə, dünyada bu xəstəlikdən əziyyət çəkənlərin sayı 27 milyon nəfərdən çoxdur.
Demensiya - ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindromdur. Demensiya psixi funksiyaların beynin xüsusən yaşlı insanlarda zədələnməsi nəticədə çökməsi deməkdir. Xalq arasında buna qocalıq səbəbindən ağlın itiməsi və ya xərifləmək deyilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, dünyada bu sindromdan əziyyət çəkənlərin sayı 35,6 milyon nəfərdir. 2050- ci ildə bu rəqəmin 115,4 milyon nəfərə çatacağı gözlənilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1589   Tarix: 07 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

turlar.az

qadın geyimi hamilelikde qidalanma gozel gorunmek pəhriz necə tez arıqlayım aksesuar 2026 yaz geyimleri kosmetika uzeyir hamilelik kökəlmək üçün novruz bayramına aid hakıştalar heyati