Bu meyvə ürəkbulanmanın, qəbizliyi aradan qaldırır - Hər gün bir ədəd yeyin

Bu meyvə ürəkbulanmanın, qəbizliyi aradan qaldırır - Hər gün bir ədəd yeyinBanan yalnız formada qalmaq, enerji vermək üçün faydalı deyil, bir çox xəstəliyin də qarşısını alır. qadinsaytı.az lent.az-a istinadən bananın faydalarını sadalayır.

Depressiya: Depressiya keçirənlər arasında aparılan araşdırmalardan birində həmin insanların çoxunun banan yedikdən sonra özünü daha yaxşı hiss etməyə başladığı müəyyənləşib. Bunun səbəbi isə bananın bədəndə serotonini (insanı rahatlaşdıran və xoşbəxt hiss etdirən hormon) çevrilən zülal olan triptofan ehtiva etməsidir.

PMS (Menstruasiya əvvəli sindrom): Həbləri unudun, banan yeyin. Ehtiva etdiyi B6 vitamini qan şəkəri səviyyəsini nizamlayır, bu da menstruasiya əvvəli sindrom dövründə qadının ruh halını dəyişdirmə gücünə malikdir.

Anemiya: Banan qandakı hemoqlobin istehsalını canlandırır və anemiya vəziyyətində kömək olur.

Təzyiq: Bu tropik meyvə təzyiqlə mübarizədə mükəmməl vasitədir. Yüksək kalium və aşağı duz ehtiva etməsi sayəsində təzyiqin öhdəsindən gəlir.

Beyin gücü: İngiltərədəki məktəblərdən birində aparılan araşdırmada 200 şagird imtahan günləri ərzində naharda, fasilədə və günorta yeməyində banan yeyiblər. Araşdırma kaliumla zəngin bu meyvənin şagirdləri daha gümrah saxlayaraq, öyrənmə qabiliyyətini dəstəklədiyini sübut edib.

Qəbizlik: Banan ehtiva edən pəhriz proqramında laksatifə (bağırsaqları fəaliyyətə gətirən dərmanlar) müraciət etmədən normal bağırsaq fəaliyyəti olur.

Xora: Banan yumşaq toxuması və hamarlığı sayəsində bağırsaq pozulmalarına qarşı pəhriz qidası kimi istifadə oluna bilər. Həddən artıq mədə qıcqırmasının qarşısını alır.

Axşamdan qalan bananı balla qarışdırın. Bu qarışım mədəni sakitləşdirir. Tükənən qan şəkəri səviyyəsini normaya salır.

Sərinlik hissi verir: Bir çox ölkənin mətbəx mədəniyyətdə sərinləşdirici meyvə kimi istifadə edilən banan hamilə qadınların fiziki və emosional istiliyini aşağı salma təsirinə malikdir.

Ürəkbulanması: Gün ərzində yemək paylar arasında yenilən banan qan şəkər səviyyəsini normada saxlayır və səhərlər ürək bulanmasının qarşısını alır.

Ağcaqanad dişləməsi: Həşərat dişləməsi hallarında krem tapmadıqda və ya əlinizin altında olmadıqda dişlənən bölgəni banan qabığının içiylə ovun. Bu üsul şişən və qıcıqlanan hissəni müalicə edir.

Sinirləri sakitləşdirir: Banan yüksək səviyyədə B vitamini ehtiva edir. Bu da sinirləri sakitləşdirməyə kömək edir.

Artıq çəki: Avstriyalı tədqiqatçılar araşdırmalarında insanlarda artıq çəkinin daha çox iş yerində yığıldığını müəyyən edib. Buna səbəbsə iş prosesində şokolad və çips kimi rahat qidalar yeməkdir. Bunun qarşısını almaq üçün qan şəkərinin nizamlanmasına nəzarət etmək lazımdır. Ona görə də hər 2 saatdan bir yüksək karbohidratlı qidalar atışdıraraq səviyyəni sabit saxlamaq vacibdir.

Bütün bu səbəblərə görə banan xəstəliklərə qarşı təbii bir dərmandır. 1 alma ilə müqayisədə banan 4 qat zülal, 2 qat karbohidrat, 5 qat A vitamini və dəmir, 3 qat fosfor və 2 qat daha çox digər vitamin və mineralları ehtiva edir.

Eyni zamanda, kalium baxımından da zəngin olan bu meyvə ən qiymətli qidalardan biridir.

Mətbəx     Baxılıb: 6237   Tarix: 01 noyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Toyuqlu Qat-Qat Piroq

Əvvəlcə pendirli qarışıqdan 4 nazik biskvit hazırlanır. Sonra bu biskvitlərin arasına toyuqdan və ya hind quşundan hazırlanan farş yayılır, piroq folqa kağızına bükülür və sobaya verilir. Nəticədə ortaya maraqlı bir yemə

.

Ənənəvi bolognese və parmigiano ilə Tagliatelle Salumeri aşbazın resepti Casale Luciano

Tərkibi (xidmət başına. Tagliatelle pastası (sarı) - 100 q. Bolonya sousu - 150 qr. Kərə yağı - 20 q. Əlavə zeytun yağı - 10 q. Parmesan pendir - 10 q. Yeməli duz - 0,2 q. Qara bibər qarğıdalı - 1 q. Toyuq suyu - 150 ml

.

Badımcan Salatı

Fərqli dadı olan bu salatı hamıya hazırlamağı məsləhət görərdim. Əminəm ki, çox bəyəniləcək. Lazım olan ərzaqlar:. 4-5 ədəd orta boy badımcan. 3 ədəd pomidor. 1-2 ədəd bibər. 250 qr toyuq döş əti. keşniş. şüyüd. bitki yağı

.

Tuna balıqlı sendviç

Tərkibi. 50 qr konservləşdirilmiş Tuna balığı. 3 xörək qaşığı mayonez. 1 bibər. 1 soğan. duz. istiot. 1-2 pomidor. dilimlənmiş çörək. holland pendiri. 1 xörək qaşığı limon suyu. Hazirlama qaydasi. Tuna balığını konservdə

.

Çox şık, çox məmnun: Kremli toyuq resepti

Kremli toyuq resepti üçün maddələr. Toyuq üçün:. 3. nömrə. toyuq budu. 5. yemək qaşığı. zeytun yağı. 2 -ci. diş. sarımsaq. bir. çay qaşığı. quru kəklikotu. bir. desert qaşığı. limon qabığı. bir. desert qaşığı. duz. bir. ça

.

Fərqli Dad: Sobada Kartof Dolması

Hər birimizin mətbəxində olan kartofdan bir çox yeməklər hazırlanır. Bəs kartofdan hazırlanan dolma yemisinizmi? Klassik dolmalardan fərqli olaraq asan hazırlanır və dadlı bir yeməkdir. hər kəsin bəyənəcəyi sobada karof dolmasını

.

Şimal bölgəsinin ən fərqli yeməklərindən biri

Sürhüllü Azərbaycanın şimal-qərb zonasına, əsasən Qax, (İlisu, Sarıbaş, Ağçay, Qaşqaçay), Zaqatala və Balakən rayonlarına, qismən Quba, Xaçmaz və Gəncəbasar bölgələrinə məxsus xəmir yeməyidir. Xüsusilə qış aylarında yeyilə

.

Kiçik Qablarda Kükü

Hamının tanıdığı kükünü bu formada süfrəyə təqdim etsəniz əminəm ki, çox maraqlı və fərqli olacaq. Kiçik maffin qablarında sobada hazırlanan göyərti küküsü həm isti yemək, həm isti qəlyanaltı və ya qarnir kimi ət yeməklərini

.

Mayonezli Çiyələk Piroqu

Bizim mayonezə olan sevgimizi izah etmək çətindir, amma bu reallıqdır ki, mətbəximizdə mayonez həmişə geniş istifadə olunub. Çox az adam bilir ki, mayonezlə təkcə salatlar hazırlamaq olmur. Ondan həmçinin şirniyyatlarda d

turlar.az

sade makiyaj sekilleri gozel gorunmek qadin dunyasi toy paltarlari 2026 qerkules maskasi meyvələr bilincik resepti kosmetika qiz evi ucun birlik haqqinda oxu az veten haqqinda bayati veten haqqinda atalar sozu