Bu qidalarla sümük və əzələ ağrılarına son verin
Günə gümrah oyanmağın ən təsirli yollarından biri sümük və əzələ sistemini gücləndirməkdir. Yaş artdıqca ən çox rast gəlinən xəstəliklər sümüklərdir. Mütəxəssislər bəzi qidaların sümük və əzələ sistemini möhkəmləndirdiyini deyirlər.
Milli.Az Axar.az-a istinadən sümük və əzələ ağrılarına müsbət təsir edəcək qidaları təqdim edir.
Alma - Bu meyvə sümük sağlamlığına ehtiyacı olan A, B6, C, E və K vitaminlərini qarşılayır.
Brokoli - Təbiətdəki ən sağlam qidalardan biri olan brokolinin faydalarını çox az adam bilir. Lakin alimlər brokolinin ən güclü D vitamini olduğunu sübut edən araşdırmalar aparıblar. Tərkibində sümüklərin inkişafı və möhkəmlənməsi üçün lazım olan D vitamininin 70 faizi var.
Portağal - C vitamini ilə zəngin olan portağal sümük sağlamlığına da töhfə verir. Sümüklərin və əzələlərin sürətli yaxşılaşmasını üçün çox faydalıdır və sümük quruluşunun zədələməsinin də qarşısını alır.
Xaş - Sümüklərin sürətli sağalması və möhkəmlənməsi üçün ilk ağla gələn yemək olan xaşın faydaları da elm adamları tərəfindən təsdiqlənib.
Yumurta - Gündə 2 qaynadılmış yumurta yaşlılarda sümük xəstəliklərinin qarşısını alır. Bundan əlavə, yumurtanın tərkibində bədən hüceyrələrinin bərpası üçün lazım olan D vitamini var.
İspanaq - Dəmirlə zəngin olan ispanaq qanın düzgün nisbətdə udulmasını təmin edir. Mütəxəssislər daha çox uşaqların ispanaqdan istifadə etməyini məsləhət görürlər.
Qoz-fındıq - Omeqa 3 yağ turşuları təkcə beyin və sinir sisteminə təsir etmir. O, həmçinin sümük inkişafına kömək edir.
Kök - A vitamini ilə zəngin olan yerkökü çiy olaraq qəbul edildikdə kollagen effekti verir. Sümüklərin ən çox ehtiyac duyduğu kollagenlə zəngin olan yerkökü, müntəzəm olaraq istehsal edildikdə antioksidant təsir göstərir.
Milli.Az /news.milli.az









Hakışta
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
Arıqlamağa mane olan 3 böyük səhv
Uzun müddət oturmaq ölüm riskini artırır
Şaftalının faydaları nələrdir, neçə kaloridir?
Dəniz suyunun saçlara vurduğu zərər
Pesketaryen qidalanma nədir? Faydaları nələrdir?
Həkim insan bədənində ən tez və ən gec yaşlanan orqanları açıqladı