Bu şəxslər COVID-19-u yüngül keçirir

Bu şəxslər COVID-19-u yüngül keçirirPandemiya ilə bağlı dəyişikliklər bizim xəstəxanada da baş verdi. Yoluxmanın qarşısını almaq, liftdə, pilləkəndə və şöbələrdə xəstələrin kontaktını minimuma endirmək üçün xəstəxanada ciddi dəyişikliklər aparıldı. Birinci mərtəbədə temperatur ölçülür, xəstələrə antiseptik məhsullar təklif olunur. Müayinə üsulları pilləli olduğu üçün insanlar daha az ünsiyyətdə olurlar və ehtiyac olmadığı müddətdə yuxarı mərtəbələrə qalxmırlar. Bunlar həm xəstə, həm də tibbi personal üçün önəmli tədbirlərdir. Məlumdur ki, xəstə sayı artdığı qədər tibbi personalda da tez-tez yoluxmalar baş verir. Xəstə sıxlığının qarşısını almaq məqsədilə həkimlərin iş saatları artırıldı. Əvvəl 3 saat poliklinika daxilində çalışırdıqsa, pandemiyadan sonra iş saatımız 6-7 saata qədər uzadıldı.
Bu sözləri Publika.az-a açıqlamasında 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının sahə həkimi Şəbnəm Qələndərova deyib. Həkim bildirib ki, xəstəxanada vaksinasiya işləri sürətlə aparılır:
"Xəstəxananın 7-ci mərtəbəsi tamamilə vaksinasiya üçün ayrılıb. Həmin mərtəbədə qeydiyyata alan, yoxlayan, gözləmə və iynə, eləcə də məsləhətləşmək üçün həkim otaqları var. Bu otaqlar kameralar vasitəsilə daim izlənilir ki, əlavə proseslər baş verməsin. Vaksinasiya prosesində hər cür tədbirlər gözlənilir. İnsanlar vaksinasiyada aktiv iştirak edir, gələnlər çoxdur. İstər cavan, istərsə də yaşlı nəsil həm peyvəndləri vurdurur, həm də həkimlə məsləhətləşmək imkanı qazanırlar. Əgər xəstənin səhhəti ilə bağlı hər hansı problem olarsa, terapevtlərə yönləndirilir. Bəzi xəstələr təzyiq problemi, temperatur və qriplə gəlir, yaxud da hər hansı narahatlığı olur. Onlara köməklik olunur, xəstənin vəziyyəti stabilləşəndən sonra vaksin otağına yaxınlaşır. Onu da deyim ki, vaksinasiya işləri yalnız xəstəxana daxilində aparılmır, bunun üçün səyyar xidmətlər yaradılıb. Terapevtlər öz briqadaları ilə müəssisələrə gedirlər və həmin müəssisələrdə işləyən şəxslərin vaksinasiyası ilə məşğul olurlar. Həmçinin xəstəxananın həkimlərini müəllimlərin vaksinasiyası üçün məktəblərə də yönləndirirlər. Xəstəxana həkimləri qrup şəklində cədvəl üzrə mütəmadi olaraq məktəblərə gedir, xəstələri yoxlayır, peyvəndə yönləndirir və vəziyyətə nəzarət edir".
Həkim hesab edir ki, vaksinasiya işlərinin sürətləndirilməsi Azərbaycanın pandemiyadan daha tez çıxmasına təsir edəcək:
"Peyvənd olunmuş insanların sonrakı durumu, virusa yoluxarsa, onu necə keçirdiyi nəzarətdə saxlanılır. Hər bir sahə həkimi təkrar yoluxmuş xəstələrin və ya peyvənddən sonra xəstələnən insanların səhhəti ilə maraqlanır. Öz müşahidələrimə əsasən deyə bilərəm ki, vaksin olunan xəstələr COVID-19-u daha rahat keçirir. Birinci dəfə xəstəliyi yüksək təngənəfəslik, hərarət və ağciyərlərin pnevmoniyası ilə keçirən və sağalan xəstələrimiz var ki, onlar vaksin olunduqdan sonra ikinci dəfə xəstəliyi çox yüngül formada keçirirlər. Onlarda çox nadir hallarda pnevmoniya halları müşahidə edirik, olsa da çox aşağı səviyyədə olur. Vaksin olunan şəxslər xəstəliyi çox yüngül keçirirlər, temperatur yüksək həddə qalxmır, xəstəxanaya müraciət faizi daha aşağı olur, daha az ağırlaşmalar baş verir. Bu da bizi çox sevindirir və bu məlumatı peyvənd olunmağa gələn hər xəstə ilə paylaşırıq.
Hesab edirəm ki, hər kəs peyvənd olunarsa, cəmiyyətin sağlamlığı daha az təhlükə altında olar, ölüm faizləri azalar. Peyvənd sonrası İmmunoqlobilin G analizinin yoxlanılmasında da xəstələrdə böyük faiz göstəriciləri ilə immunitetin yarandığını görürük. Bunu bir neçə xəstənin gətirdiyi analizlərin nəticələrinə əsasən qiymətləndirirəm. Hazırkı müşahidələrimiz peyvəndin gətirdiyi üstünlüklərin çox olduğunu göstərir".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2817   Tarix: 28 aprel 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

turlar.az

yay geyimləri 2026 adlarin menasi geymler 2026 aybasi ucun derman vaginal təmizlik duxovkada toyuq qizartmasi qara qarağat kosmetika qiz evi ucun hesaplama faydalı məsləhətlər rus dilini oyrenek 2ci ders haxışda