Bu şəxslərə bankalanmaq qadağandır – EKSPERT DANIŞIR

Bu şəxslərə bankalanmaq qadağandır – EKSPERT DANIŞIRTexnologiyanın, tibbin inkişafına rəğmən insanların çoxunun seçimi ənənəvi müalicə üsullarıdır.
Yüz illərdir müraciət edilən bankalanmaq da bu üsulların başında gəlir.
Bir azca soyuqladıqda, kürək ağrıları olduqda insanlar çarəni bankalanmaqda görürlər.
Bəs bankalanmağın faydaları varmı? İstənilən şəxs istədiyi zaman bankalana bilərmi? Mövzu ilə bağlı uzman fizioterapevt Sənan Cəfərovun fikirlərini sizə təqdim edirik.
Həkim bildirir ki, qədim zamanlardan bəri insanlar arasında tətbiq edilən bankalanma tamamlayıcı tibbə aid müalicə üsuludur. Lakin ən böyük problem bu üsulun düzgün tətbiq edilməməsidir: "Bəzən xəstələri müayinə edəndə heyrətimi gizlədə bilmirəm. Banka izlərini görürəm, lakin bu bankaların hara qoyulması bir həkim kimi məni çox narahat edir. Lazımlı-lazımsız hara gəldi banka qoymaq olmaz, qəti şəkildə. Sümüyün, əzələnin üzərinə, hara gəldi banka düzürlər. Yetər ki, banka qoyulsun. Düzdür, əslində bankalanmaq yaxşı üsuldur. Ancaq bankaların qoyulması üçün düzgün yerlərin seçilməsi vacibdir. Banka onurğa ətrafındakı yumşaq toxumalara qoyulmalıdır. Bəzən kürək sümüyünün üstünə qoyurlar. Amma bu, düzgün deyil. Əsas iş onun qoyulduğu yerin onurğa ətrafı yumşaq toxuma, həmin yerdəki əzələ və boyun ətrafında olan yumşaq toxumalara qoyulmasıdır".
Bəzən banka qoyulduqdan sonra həmin yerləri çərtirlər və bunu "çirkli qanın çıxması" kimi əsaslandırırlar. S. Cəfərov bunun yanlış fikir olduğunu qeyd edir: "Bankanın əsas məqsədi qan dövranını yaxşılaşdırmaqdır. Xalq dilində deyirlər "soyuqdəymə çıxsın". Banka qoyulan yerə isə çirkli qanın yığılması yanlış fikirdir. Ora yığılan qan həmin hissədə olan kapilyarlardır. Sadəcə kapilyar sistemdə olan qan yığıldığına görə qaralmalar əmələ gəlir. Normalda nəfəs aldıqda oksigen bədənə yayılır. Çərtmənin bir açıqlaması var ki, sadəcə hüceyrələrdə yenilənmə baş verir. Lakin çərtən zaman mütləq ehtiyatlı olmaq lazımdır. Çünki həmin yerin mikroba yoluxma ehtimalı yüksəkdir".
Hansı hallarda banka qoyula bilməz?
Həkim bir çox dəri və ciddi sağlamlıq problemi olan insanlara banka qoyulmasını qadağan edir. Dəri problemi olan insanlara banka qoymaq ciddi fəsadlarla nəticələnə bilər. Ürək və böyrək xəstələri də risk qrupuna aiddir. Bununla yanaşı, yüksək temperaturu olan insanlara da məsləhət görülmür: "Banka xəstə bir balaca üşütdükdən sonra onurğa ətrafında əzələ spazmanın aradan qaldırılması üçün tətbiq edilə bilər. Yalnız yüngül spazmı aradan qaldırmaq üçün problemli yerlərə banka qoymaq olar".
S. Cəfərov bu prosesin evdə kor-koranə deyil, həkimlə məsləhətləşdikdən sonra, xüsusən də tibb personalı tərəfindən tətbiq olunmasını məsləhət görür. Əks təqdirdə yanıq fəsadları ilə nəticələnə bilər. Hətta xəstəyə daha ciddi zərər verər və sağlamlıq problemi yaşadar: "Ancaq bankalanmaq, çərtmə, bankanı fırlatmaq kimi üsullar yalnız səthi toxumanın qidasını artırır. Dərin toxumaya təsir edə bilmir. Dərin toxumaya təsir etmək üçün elektroterapiya lazımdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1092   Tarix: 30 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

hamilelikde qidalanma gözəllik məhsulları qaşların formalari səfər duası masaj edirem 2026 ci ilin debi donlar yay ucun kosmetika banan novruz hakısdası veten haqqinda bayatilar prostat zencefil