Bu şəxslərə qarşı ictimai qınaq olmalıdır - ATU-nun dosentindən İRAD

Bu şəxslərə qarşı ictimai qınaq olmalıdır - ATU-nun dosentindən İRAD"Azərbaycanda koronavirusa yoluxanların sayında kəskin artım müşahidə edilir. Hazırda yoluxma və sağalma halları arasında fərq yüksəlib və sanitar-epidemioloji durum pisləşir. Yoluxmadakı rekord artım xoşagələn hal deyil".
Bu fikirləri Publika.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, yoluxucu xəstəliklər üzə mütəxəssis Elza Orucova deyib.
Həkimin sözlərinə görə, hazırkı dövrdə, ölkəmizin Vətən müharibəsi apardığı, ön cəbhədə düşmənlə savaşdığı bir vaxtda gözəgörünməz düşmən olan koronavirusla mübarizədə məsuliyyətsizlik xoşagəlməz hallara səbəb ola bilər: "Arxa cəbhədə insanlar əsgərlərimizə, ordumuza dəstək olmaq üçün özlərini virusdan qorumalıdır. Bu gün orduya dəstək vermək istəyən hər bir vətəndaş ilk növbədə hərbçilərimizin sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən qorumaqla dövlətimizin haqq işinə layiqli töhfəsini verməlidir. Vətəndaşlarımız ordumuza ən böyük dəstəyi özlərini infeksiyadan qorumaqla edə bilərlər. Arxa cəbhədə olan məsuliyyətsizlik ön cəbhədə çətinliklər yarada bilər".
E.Orucova qeyd edib ki, bütün bunları nəzərə alaraq hər kəs xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxmalı, şəxsi gigiyenasını gözləməlidir: "Mən əsasən getdiyim yerlərdə maska taxmamağa görə irad bildirmişəm. İnsanlar maskanı ya taxmırlar, ya da yarımçıq, düzgün olmayan formada taxırlar. Düşünürəm ki, ictimai qınaq mütləq olmalıdır. Mən şəxsən bu gün bununa bağlı on nəfərə irad bildirmişəm. Hətta işçilərin özləri də maskanı düzgün taxmırlar. Koronavirus kəskin respirator virus infeksiyasıdır. Bu infeksiyada da ən etibarlı, hamının karına gələn, əlçatan tibbi maskalardır. Bunu isə əksəriyyət görüntü üçün taxır. Sosial məsafə də düzgün gözlənilmir. Avtobuslarda insanların arasında nəinki 1,5 və ya 2 metr məsafə, heç 5 santimetr belə məsafə yoxdur. Bunlarla yanaşı, şəxsi gigiyena, əl gigiyenasına da əməl olunmalıdır. Ancaq ən vacibi tibbi maskadan istifadədir. İnsanları məsuliyyətli olmağa, qaydalara riayət etməyə səsləyirik".
Akqabay Mıradov

Sağlamlıq     Baxılıb: 1825   Tarix: 29 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

turlar.az

geyim seçimi gelinlikler gozel gorunmek maskalar saç üçün göyəm mürəbbəsinin resepti körpəyə qulluq xəmir xörəkləri kosmetika haqisda azerb clpaq qadinlari qiz burcu bürclər bahar