Bu sindrom uşaqlarda iltihablanma yaradır - XƏBƏRDARLIQ

Bu sindrom uşaqlarda iltihablanma yaradır - XƏBƏRDARLIQUşaqlarda koronavirus yüngül simptomla gedir, bəzilərində isə ağırlaşmalar görünə bilir. Bəzən valideynlər düşünürlər ki, uşaqlarda bu xəstəlik qızdırma ilə keçib gedəcək. 14 günlük müddətdə koronavirus uşaqlarda yüngül və ağır simptomlarla keçib gedə bilər. Ancaq sağaldıqdan 4-6 həftə sonra görünən və MIS-C deyilən sindrom var ki, multisistem orqanların iltihablanması ilə müşahidə olunur. Daha öncə bunu kavasaki deyilən xəstəliklə qarışdırırdılar. Ancaq dünya üzərində aparılan tədqiqatlar nəticəsində məlum oldu ki, koronavirus keçirən uşaqlarda multiorqan tutulumu müşahidə olunur, istər ürək, istər qan-damar, böyrək, ağciyər, istərsə də beyin qişalarında və digər orqanlarda itihablanma görünür. Bütün bunlar uşaqlarda həyati risklərə səbəb olur.
Publika.az xəbər verir ki, bu barədə pediatr-infeksionist Aytən Ziyadova danışıb. Həkim bildirib ki, bəzi uşaqlarda sadəcə hərarət, burun axması, qripəbənzər əlamətlər özünü göstərir:
"Bu səbəbəbdən də valideynlər fərqində olmurlar. Düşünürlər ki, bu, keçici qripdir. Həm də indi elə bir fəsildir ki, koronavirusla yanaşı digər xəstəliklər də görünə bilər. Bunlar renovirus və allergik xəstəliklərdir. Odur ki, valideynlər daha diqqətli olmalıdır. Uşaqlarda böyüklərdən fərqli olaraq koronavirus konkret kliniki əlamətlərlə getmir. Əgər uşaqlarda uzanan və düşməyən hərarət müşahidə edirlərsə, valideynlər mütləq həkim-pediatr və ya pediatr-infeksionistə müraciət etməlidir ki, uşağın doğru müayinə və müalicəsi aparılsın.
Bu sindrom uşaqlarda iltihablanma yaradır - XƏBƏRDARLIQBəzən valideynlərin panikaya qapılıb həddən artıq dərman istifadəsini də görmüşük. Vitamin və antibiotiklərdən özbaşına istifadə yolverilməzdir. Uşaqlar böyüklərin kiçildilmiş formaları deyil, onlarda tam fərqli bir orqanizmdir, bu orqanizmin individuallığı var. Odur ki, hər bir uşağa fərdi yanaşma tələb olunur. Uşaqlarda dərman istifadəsi xüsusi dozalarda təyin olunur. Vitaminlərin özbaşına istifadəsi isə hipervitaminoza səbəb ola bilər, vitaminin artıq dozası zərərlidir. Hətta D vitamininin də artıq dozası toksiki nəticələrə gətirib çıxarır. Doğru olmayan antibiotik seçimi və dozası bizim işimizi daha da əngələ salır".
Həkim qeyd edib ki, bəzən valideynlər uşaqlarını xəstəxanaya yatırmağa qorxur:
"Xəstəxanaya yatırmasanız da, sahə həkimləri ilə kliniki əlamətləri dəyərləndirmək lazımdır. Elə uşaqlar var ki, onlarda koronavirus səpki, yuxululuq, kəskin sümük ağrıları və yaxud kəskin qarın ağrısı ilə müşahidə olunur. Biz anamnez topladıqdan sonra aydın olur ki, yoluxma var. Əgər həmin uşaqların ətrafında koronavirus keçirən insanlar olubsa, daha detallı incələnib həkim məsləhəti almaları vacibdir. Biz infeksionistlər bu sahədə çox araşdırma aparırıq və ən çox COVID-19 növünə diqqətimizi çəkirik. Digər orqanların da yanaşı izlənməsi vacibdir ki, ağırlaşmalar verməsin".
Mütəxəssisin sözlərinə görə, koronavirusun uşaqlarda artmasının səbəbi böyüklər arasında da geniş yayılmasıdır:
"Böyüklərin də ailələrində uşaqlar var, sinxron olaraq böyüklərdə virus artdığı üçün uşaqlarda da müşahidə olunur. Əvvəllər elə düşünülürdü ki, uşaqlar sadəcə yoluxdurucudur, onlarda ağırlaşmalar müşahidə olunmur. Ancaq tədqiqatlar nəticəsində aydın oldu ki, uşaqlar da eynilə böyüklər kimi xəstələnə bilər. Uşaqlar ona görə şanslıdır ki, onlarda böyüklərdəki kimi xroniki xəstəliklər çox görünmür. Hər halda MIS-C sindromuna diqqət çəkmək mütləqdir. 14 gün ərzində koronavirus xəstəliyini keçirib sağaldıqdan 4-6 həftə sonra belə kliniki əlamətlər müşahidə olunarsa, gecikmədən və təlaşa qapılmadan həkimlə məsləhətləşmələri vacibdir. Bundan başqa, qidalanma və yuxu rejiminə də diqqət etmək lazımdır. Valideynlər düşünürlər ki, vitamin verdikdən sonra uşağın immuniteti 10 günə qalxacaq. Bu, səhv yanaşmadır. İmmunitetin yaxşı formalaşması üçün körpə vaxtından əlavə qidaya keçəndən bəri doğru qidaların seçimi və porsiyaların doğru miqdarda verilməsi, qida rejiminin qorunması vacibdir. Qida ilə yuxu birbaşa əlaqəlidir. Doğru yuxu rejimi olmayan uşaq doğru qidalana bilməz. Protein, yağlar və karbohidratın balanslı şəkildə uşaq orqanizminə verilməsi lazımdır".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2732   Tarix: 17 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

turlar.az

yay geyimləri 2026 adlarin menasi geymler 2026 aybasi ucun derman vaginal təmizlik duxovkada toyuq qizartmasi qara qarağat kosmetika qiz evi ucun hesaplama faydalı məsləhətlər rus dilini oyrenek 2ci ders haxışda