Bu vərdişlər üzünüzdə QIRIŞ YARADIR
Estetik əməliyyatlara istək, yaşlanan dərini gizlətməyə çalışmaq, daha cavan görünmək arzusu gün keçdikcə daha da çoxalır.
Yaşlanma molekulların dəyişməsi nəticəsində baş verir. Bu molekulların dəyişməsində təbii ki, ətraf mühitin də böyük təsiri var. Dəridə qırışların yaranmasına səbəb olan bir çox vərdişləri aradan qaldırmaq isə öz əlimizdədir.
Beləliklə, yaşlanmağa səbəb olan amillər hansılardır?
Makiyajı təmizləmədən yatmaq
Makiyaj üzdə uzun müddət qalmamalıdır. Yatmamışdan qabaq mütləq üz yuyulmalıdır. Makiyajla yatdığınız zaman üzünüzdəki məsamələr tutulur. Beləliklə, dərinizdə səpkilər yaranır və zaman keçdikcə yaşlanmağa səbəb olur.
Həddindən artıq şəkər qəbulu
Dərinin daha parlaq və sağlam olmağı üçün qanda şəkərin miqdarının daim nəzarət altında olması mütləqdir. Şəkərin qəbulu metabolizmanın zəifləməsinə səbəb olur. Bu da dəridə ölü hüceyrələrin yaranmasına zəmin yaradır. Şəkərli içkilər də dərinin qurumasına səbəb olan amillərdən biridir. Bu səbəblə dərinin ehtiyaclarını su ilə qarşılamaq daha məqsədə uyğundur.
Siqaretdən istifadə
Siqaret çəkən insanlar ilə həyatı boyunca siqaret istifadə etməyən birinin qırışları arasında iki qat fərq olduğu təsdiqlənib. Mütaəmadi olaraq siqaretdən istifadə etmək dərinin elastikasının itməsinə səbəb olur. Bunun nəticəsində qırışların artması daha da tezləşir.
Təkrarlanan üz hərəkətləri
Gün ərzində daimi olaraq eyni mimiklərdən istifadə etmək, tez- tez gülümsəmək, qaşları çatmaq və s erkən qırışların yaranmasına səbəb olur. Bu mimikalardan gənc yaşda istifadə etdikdə dərimiz əvvəlki halına qayıdır, yaş artdıqca isə elastiklik itir və qalıcı qırışlar yaradır.
Yatmaq qaydası
Üzü üstə yatmaq üzünüzün və sinənizin qırışmasına səbəb olur. Arxası üstə yatmaq dərinizin daha cavan qalmasına kömək olacaq./Axşam.az
Saglamolun.Az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Heyli Biber hamilədir? - Foto
Survivor 2027'nin kapitanları onlar oldu
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?