Bu virusa yoluxmaq xərçəng xəstəliyinə səbəb ola bilər
Təbiətdə yeddi xəstəlik törədicisi virüs var ki, onlara yoluxmaq bədxassəli şişlərlə nəticələnə bilər.
Publika.az "Sputnik"ə istinadla bər verir ki, bunu tibb elmləri doktoru, professor, Rusiyanın N.N. Bloxin adına Milli Tibbi Tədqiqat Onkologiya Mərkəzinin Viruslu kanserogenez laboratoriyasının baş elmi məsləhətçisi Vladimir Qurtseviç bildirib.
"Hazırda mövcud yeddi virusun müəyyən şərtlər daxilində onkoloji xəstəliklərə səbəb ola biləcəyi bizə məlumdur. Bu viruslar çox vaxt orqanizmimizdə yaşayır. Bir qayda olaraq, insan bütün ömrünü həmin viruslarla birlikdə keçirir və bunlar bədxassəli şişlərə gətirib çıxarmır. Yalnız müəyyən şərtlər daxilində bu infeksiyalar insanda xərçəng xəstəliyinin əmələ gəlməsinə səbəb ola bilər", - deyə mütəxəssis vurğulayıb.
Professor konkret hansı virusun hansı xərçəng xəstəliyinə səbəb ola biləcəyini də açıqlayıb. Beləliklə:
Hapatit B virusu – qara ciyər xərçəngi;
Hapatit C virusu – qara ciyər xərçəngi;
Epşteyn-Barr virusu – udlaq xərçəngi;
İnsan papilloma virusu – uşaqlıq boynu, ağız, udlaq xərçəngi;
Herpes virusunun 8-ci tipi – Kapoşi sarkoması, limfoma xərçənginin bəzi növləri;
İnsan T-limfotrop virusu – T-hüceyrə leykozu, T-hüceyrə limfoması;
Merkel hüceyrəli poliomavirus – Merkel sarkoması.
Qurtseviç onu da vurğulayıb ki, xəstələrdə bədxassəli şişlər bu viruslara yoluxandan dərhal sonra deyil, 3 ildən 20 ilə qədər davam latent dövründə yarana bilər/









Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arzuolunmaz hamiləlik
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto