Bu xəstəliklər irsən ötürülür. Çox vacib bilgilər

Bu xəstəliklər irsən ötürülür. Çox vacib bilgilərMüasir tibdə belə hesab olunur ki, irsiyyət insanın sağlamlığına çox böyük təsir edir.
Bu mövzuda olan araşdırmalar bütün dünyada aparılır və alimlər hər dəfə irsiyyətin insan sağlamlığına olan təsirini yeni və yeni araşdırmalar nəticəsində sübut edirlər.
Genetiklərin fikirinə görə, qızlarda menstruasiyalar 57% hallarda analarında olan yaşda başlayır. Menopauza (klimaks) da bir çox hallarda anada bu proses başlayan zaman başlayır. Beləliklə, əgər anada erkən menopauza (40 yaşına kimi) olubsa, onun qızında da erkən menopauzanın riski artmış olur.
Alimlər sübut edir ki, miqren xəstəliyi 70-80% hallarda anadan qızına ötürülür.
Döş, yumurtalıqlar və uşaqlıq xərçənginin irsən ötürülməsi də bütün dünyada təsdiq olunub. Araşdırmalar sübut edir ki, bu xərçəng növləri anadan qızına ötürülür (xüsusilə də ana cavan yaşlarda bu xəstəliklərə tutulubsa). Məhz bu səbəbdən bir sıra Avropa ölkələrində və Amerikada "pis" irsiyyəti olan bəzi qadınlar döş xərçənginin riskini azaltmaq üçün mastektomiya əməliyyatına (süd vəzilərinin xaric edilməsi əməliyyatı) gedir. Belə profilaktikanın nümunəsi dünya şöhrətli Ancelina Colidir. Aktrisanın anası və doğma xalası döş xərçəngindən vəfat ediblər.
Köklük də genetik olaraq valideynlərdən uşaqlarına ötürülür. Alimlər sübut edir ki, valideynləri kök olan insanda köklük və piylənmənin riski 70% artır.
Ürək-damar sistemi xəstəlikləri valideynlərdən uşaqlara ötürülə bilər (xüsusilə bu xəstəliklər valideynlərdə cavan yaşlarda inkişaf edibsə). Varikoz xəstəliyi bir çox hallarda anadan qızına ötürülür. Bunun səbəbi irsən keçən damar divarlarının zəif olmasıdır.  İngiltərə alimləri sübut ediblər ki, insult keçirmiş qadının uşaqlarında insultun riski artmış olur.
Şəkərli diabet, bronxial astma, artrit da irsən keçən xəstəliklərdir.
Epilepsiya, şizofreniya, ağır depressiyalar kimi sinir sistemi xəstəlikləri bir çox hallarda irsən ötürülür.
Maraqlıdır ki, hətta alkoqolizm (içki düşkünlüyü) irsən valideynlərdən uşaqlara ötürülür.
Hər bir insan onun yaxın qohumlarında olan xəstəlikləri və pozulmaları haqqında bilməlidir. Bu çox vacibdir! Bu halda insan öz "zəif" tərəflərini bilir və öz sağlamlığına qarşı daha diqqətli olur.
Düzgün qidalanma, fiziki aktivlik, pis vərdişlərdən imtina, profilaktik müayinələr kimi sadə tədbirlər insanı bir çox, o cümlədə, irsən keçən xəstəliklərin inkişafından qoruya bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 948   Tarix: 18 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

donlar 2026 kosmetik vasiteler geymler 2026 sarmisaqin faydasi sağlam ol qiz usagini acmaq kabablar kosmetika dostluq hekaye janri brusell bakteriyası naz mila sekis