Buğda cücərtisinin MÜKƏMMƏL faydaları

Buğda cücərtisinin MÜKƏMMƏL faydalarıCücərdilmiş buğdanın faydaları

Bir yapon professor, fitoterapevtin hər gün istifadə etdiyi məhsulların içində dənli bitkilər xüsusi yer tuturdu. Dənli bitkilərin cücərdilib qida kimi işlənilməsi 1949-cu ildə Hindistanın ictimai siyasi xadimi Mxatma Qandinin "Diet və dietin islahatları" kitabından sonra dünyada geniş vüsət aldı. İndira Qandinin atası öz üzərində apardığı təcrübələrə əsasən dənli bitkilərin cücərtilərinin insanın əqli inkişafına təkan verdiyini sübut edə bildi. Cücərdilmiş buğda ümumi möhkəmləndirici, cavanlaşdıran və müalicəvi vasitə kimi istifadə olunur.
Adi buğda ilə müqayisədə cücərdilmiş buğdanın kimyəvi tərkibi xeyli dəyişilir. Cücərdilmiş buğda zülallar, E, B qrupu vitaminləri, sink, dəmir, kalium və s. mikro- və makroelementlərlə çox zəngindir.
E vitamini (tokoferol) orqanizmdə gedən qocalma prosesləri ilə mübarizə aparır, bərpa proseslərini sürətləndirir. Təbii tokoferol infarkt olma riskini azaldır.
Həmçinin cücərdilmiş buğda B vitaminləri qrupu ilə zəngindir. Bu vitaminlər bizim sinir və mədə-bağırsaq sistemimiz üçün çox vacibdir.
Cücərdilmiş buğdanın tərkibində olan fol turşusu orqanizmin qanyaradan funksiyası üçün çox vacibdir. Həmçinin fol turşusu hamilə qadınların əsas vitamini sayılır. Fol turşusu döldə sinir sisteminin qusurlarının qarşısını alan əsas vasitə kimi tanınır. Məhz bu səbəbdən hamilə qadınların hamısına həkimlər fol turşusunu təyin edirlər.
Sink insanın immun sisteminə çox müsbət təsir edir, dərini qocalmaqdan saxlayır. Bu xüsusilə qadınlar üçün vacibdir. Kosmetik sənaye tərkibində cücərdilmiş buğda olan çoxsaylı kremlər və maskalar istehsal edir.
Sink həmçinin insanın cinsiyyət sisteminə də çox müsbət təsir edir. Kişi cinsiyyət sisteminin normal fəaliyyəti üçün sink elementi olduqca vacibdir. Sink spermatozoidlərin hərəkətliliyini artırır. Sonsuzluqdan əziyyət çəkən kişilər bu təbii müalicəvi vasitədən istifadə edə bilərlər.
Cücərdilmiş buğdanı ev şəraitində hazırlamaq çox asandır. Paxlalı və dənli bitkiləri cücərtmək üçün adambaşına 30-50 q toxum kifayətdir (çəkidən asılı olaraq). Cücərtmək üçün sağlam toxum seçmək lazımdır. yuyanda suda batmayan dənlər sağlam olmadığı üçün atılmalıdır. Dəni cücərtmək üçün saxsı, şüşə, çini və ya emal örtüyü olan qab seçmək məsləhətdir. Lazımi miqdarda dəni qava töküb, üstünə kimi su ilə doldurun, qabın ağzını parça salfet ilə örtüb 20-22 dərəcə isti olan yerdə saxlayın 6-12 saatdan sonra su acılaşır və təzə su əlavə edilməlidir. Toxum növü və hava nəmliyindən asılı olaraq 48-72 saata (3 mm cücərti) cücərmək kifayətdir.
Buğda cücərtsini üyüdüb 1 çay qaşığı götürüb 1 xörək qaşığı balla qarışdırın və səhər tezdən ac qarına qəbul edin . Həmçinin buğdanı istənilən tərəvəz salatlarına da əlavə etmək olar. Buğdanı az-az cücərdin. Cücərdilmiş buğdanı uzun müddət ərzində saxlamaq olmaz (1-2 gün soyuducuda). Saxlanma zamanı cücərdilmiş buğdanın faydalı xüsusiyyətləri itir.
Cücərdilmiş buğdanı cavanlaşdırıcı maskalar tərkibində istifadə etmək olar. Bunun üçün 2 xörək qaşığı buğdanı blenderdə əzin, 1 çay qaşığı zeytun yağı və 1 çay qaşığı limon şirəsi ilə qarışdırın və təmiz üz dərisinə çəkin. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun və qidalandırıcı krem çəkin.

Praktikamda istifadə etdiyim Buğda Rüşeymli Məcun təqdim edirəm. İdmançı yeməyi adlanır

Buğda cücərtisi toz halında 100 q + çiçək tozu 100 q + çörək otu toxumu tozu 100 q + darçın tozu 50 q + zəyərək toxumu tozu 50 q + jenşen tozu 30 q + arı südü 10 q + 1 kq bal www.propolis.az

Qarışdırıb gündə 1 desert qaşığı yeməkdən sonra yemək məsləhətdir. İmmun sistemi gücləndirir, əzələlərin qan dövranını yaxşılaşdırır, enerji verir və maddələr mübadiləsini intensivləşdirir.

Sağlamlıq     Baxılıb: 6318   Tarix: 21 fevral 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

turlar.az

qadın geyimi kosmetik vasiteler donlar 2026 dəriyə qulluq mede siresi elme aid atalar sozu elm ve bilik haqqinda atalar sözləri kosmetika efsane babasil janrlar qogal azerbaycan