Bunu gündə bir dəfə etmək kifayətdir ki, qırışlardan azad olasınız

Bunu gündə bir dəfə etmək kifayətdir ki, qırışlardan azad olasınızArtıq əmələ gəlmiş qırışlardan qurtulmağa cökə cövhəri kömək edir. 1 çay qaşığı cökə ağacı çiçəklərini 1 stəkan qaynar su ilə qarışdıraraq, yarım saat dəmləmək, sonra isə süzmək lazımdır. Pambıq tamponlarını alınmış cövhərdə isladaraq, arxası üstə uzanmaq və tamponları yarım saat qırışların üzərində saxlamaq vacibdir.

Süddə isladılmış ağ çörək də yaxşı effekt göstərir. Çörəyin içini isladaraq, ikiqat tənzif arasına yaymaq və qırışların üzərinə qoymaq lazımdır.

Cəfəri yarpaqlarını xırda doğrayaraq, 1 stəkan qaynar süd ilə qarışdırdıqdan sonra ilıq vəziyyətə qədər soyutmaq, tənzifə bükərək, qırışların üzərinə qoymaq lazımdır.

Həm gözlərin ətrafı, həm də alındakı qırışları hər gün təzə xiyar parçası ilə silmək olar.

Alın qırışlarına qarşı adi xörək qaşığı ilə aparılmış masaj kömək edir. Biri soyuq, digəri qaynar su ilə dolu iki stəkanı yanaşı qoymaq lazımdır. Üçüncü qabın içinə qaynadılmış günəbaxan və ya zeytun yağı tökmək lazımdır.

Qaşığı əvvəlcə qaynar suya salaraq isitmək, sonra soyuq suda soyutmaq, daha sonra isə bitki yağına salmaq lazımdır. Sonra basmayaraq, lakin yüngül, cəhdlə sürüşdürərək, alında dairəvi hərəkətlər etmək lazımdır.

Bütün qırışlardan xilas olmaq üçün yaşıl salat yarpaqları kömək edir.

Onları yaxşıca yuduqdan sonra xırda doğramaq və qatıq ilə qarışdırmaq, sonra isə 20 dəqiqəlik üz nahiyəsinə çəkmək lazımdır. İlıq su ilə yuduqdan sonra üzünüzü qazsız mineral su ilə yaxalayın. Belə maska qırışlardan azad etməklə yanaşı, dəriyə lətiflik və yumşaqlıq bəxş edir.

Qırışların sayını çobanyastığı və nanə həlimləri azaldır.

Buğa verilmiş nanə yarpağını birbaşa qırışların üzərinə qoymaq lazımdır.

Və dünyada qırışlardan ən yaxşı xilaskar əzvaydır (aloye). Yaşı 3 ildən az olmayan əzvay bitkisinin aşağı yarpaqları kəsilərək, bir həftə soyuducuda saxlanır. Sonra yarpaqların şirəsi sıxılır və istənilən yağlı krem ilə qarışdırılır. Bu maska 20-30 dəqiqəlik üzə çəkilir, sonra cəfəri, çobanyastığı həlimi, açıq yaşıl çay dəmi, yaxud, sadəcə ilıq su ilə isladılmış pambıq tampon ilə silinir.

Lakin bilmək lazımdır ki, bütün bu vasitələr dərhal təsir etmir. Bütün proseduraları müntəzəm şəkildə yerinə yetirmək lazımdır. İlkin nəticələr adətən bir aydan sonra əldə edilir. Onları qorumaq üçün isə seçilmiş hər hansı kursu bir və ya iki aydan sonra təkrar etmək lazımdır.

Gözəllik və Moda     Baxılıb: 7208   Tarix: 08 aprel 2016
f Paylaş

Oxşar xəbərlər

.

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanı

.

Sızanaq ləkələrindən qurtulmaq üçün TƏBİİ ÜSULLAR

Sızanaqdan sonra qalan ləkələr üzdən uzun müddət getmir və kosmetik qüsur yaradır. Bu ləkələrdən qurtulmaq üçün sizə sadə üsulları təqdim edirik: . Xiyar. Xiyar hamar dəriyə sahib olmaq üçün ən rahat vasitələrdən biridir

.

Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal

Baxımlı görünmək hər zaman bahalı geyimlər, çoxsaylı kosmetik vasitələr və ya hər gün gözəllik salonuna getmək demək deyil. Bəzən qadının ümumi görünüşünü dəyişən çox kiçik detallar olur. Təmiz və səliqəli saç, baxımlı əllər

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

Təbii üsullarla dodaqları daha dolğun və baxımlı göstərmək mümkündürmü?

Dolğun və hamar dodaqlar uzun illərdir gözəllik anlayışının əsas elementlərindən biri hesab olunur. Xüsusilə son illərdə daha həcmli dodaq görünüşünə marağın artması bir çox insanı inyeksiya və kosmetoloji prosedurlarda

.

Makiyajın uzun müddət qalması üçün məsləhətlər

Makiyajın uzun müddət qalması üçün bir neçə əsas məsləhətə riayət etmək faydalıdır. Bu, yalnız görünüşü gözəl saxlamaqla yanaşı, tətbiq olunan məhsulların da dəridə daha uzun müddət təsirli olmasına kömək edir. İlk növbədə

.

Gözəlliyin təkrarı: Copy-Paste estetikası

Gözəllik insan tarixinin əvəzedilməz hissəsi olub və fərqli coğrafiyalarda və mədəniyyətlərdə fərqli təfsir və gözləntilərlə qarşılanıb. Hər millət öz estetik meyarlarına malikdir və bəzən bunlar o qədər fərqlidir ki, bi

.

Fransız qızlarının gözəllik sirləri

Nədənsə 50 yaşdan yuxarı bir çox fransız qadını yaşına baxmayaraq təbii və cazibədar görünməyi bacarır. Maraqlısı budur ki, bu görünüş üçün çox da səy göstərmirmiş kimi görünürlər. Bunun arxasında isə illərlə formalaşmı

.

Makiyajsız gözəllik üçün 10 hiylə

Makiyaj, özünə inamı artıran bir vasitə olsa da, təbii gözəllik insanın özündəki sağlamlıq və düzgün həyat tərzinin nəticəsidir. Makiyasız gözəlliyinizi önə çıxarmaq üçün aşağıdakı tövsiyələrə əməl edin:.  . Yaxşı yuxu

turlar.az

geyim şəkilləri toy makiyajlari adlarin menasi çanta ayaqqabı balqabaq yagi soyuqdəymədən necə qorunmalı süni qidalar kosmetika novruz bayramı öpüşme baliq birlik haxışda