Bunu hər bir valideyn bilməlidir: Uşağınız tez-tez xəstələnirsə

Bunu hər bir valideyn bilməlidir: Uşağınız tez-tez xəstələnirsəÖvladı tez-tez xəstələnən valideynlər, həmişə həyəcan, qorxu içində olurlar. "Görəsən uşağın immun sisteminde ciddi problem var?", "Görəsən tək mənim uşağımdır belə tez-tez xəstələnən?", "Nə səbəbə belə tez-tez xəstələnir?" deyə özlərinə sual verirlər.
Əslində, bütün valideynlər uşaqlarına qarşı çox diqqətli olduqlarını, onları bütün zərərli faktorlardan qorumağa çalışdıqlarını və bütün bu çabalarının nəticəsiz qaldığını iddia edir və çox üzülürlər. Bəs səbəb nədir? Uşaqlar niyə tez-tez xəstələnir?
Pediatr Günay Rəsulova Sputnik.az-a açıqlamasında bildirir ki, ilk 6 aydan sonra uşaqlarda anadan alınan passiv immunitet bitir və onlar öz şəxsi immun sistemlərini qurmağa başlayırlar: "Tez-tez xəstələnən uşaq" termini 1 yaşa qədər ildə 4 dəfədən, 2-5 yaş arası isə ildə 5-6 dəfədən çox xəstələnən uşaqlara şamil olunur. Əslində, sağlam hesab edilən uşaq  ildə 8-10 dəfəyə qədər üst tənəffüs yolu infeksiyasi, ildə 2-3 dəfəyə qədər mədə-bağirsaq pozğunluğu keçirə bilər. Onların belə sıx-sıx xəstələnməsinin əsas səbəbi yeni virus növləri ilə kontaktda olmasıdır. Bu viruslar sizin təmizkarlığınızdan asılı olmayaraq, hər yerdə var. Bu virusların təxminən 200-ə qədər fərqli növləri var və onlar hər dəqiqə artır, mutasiya edərək fərqli növlərə çevrilir. Uşaq orqanizmi də bu viruslar əleyhinə immunitet formalaşdırır. Bu proses illərlə davam edir. Bu səbəbdən də, uşaqlar məktəbə və ya bağçaya gedəndə yoluxur, ya da özündən böyük qardaş və ya bacısının evə gətirdiyi viruslarla tutularaq xəstələnir. Uşaqlar soyuq fəsillərdə sıx-sıx xəstələnsələr də, bu xəstələnmənin səbəbi soyuq hava deyil. Bu düşüncə ilə uşaqları havaya çıxarmaqdan məhrum etmək olmaz. Səbəb soyuq fəsillərdə insanların hava sirkulyasiyası yaxşı getməyən qapalı məkanlarda çox toplanmasıdır".
Həkim bildirir ki, uşaqlar daha çox bağçada və məktəbdə xəstələnir. Çünki daim xəstə uşaqlarla təmas var, havalanma doğru olmayan, iqlimi uyğun olmayan qapalı otaqlarda təbii ki, infeksiya asanlıqla yayılır. Bu hal evlərdə də belədir. Çox vaxt xəstə uşaq olan evi çox isitməkdən ötrü əllərindən gələni edən valideynlər əslində mexanizmin əksinə təsir göstərirlər. Belə ki, xəstələnməyə başlayan uşaq üçün optimal ev istiliyi (18-20 dərəcə) və nəmlilik təmin edilərsə, xəstəlik daha tez sağalar və irəliləməz.
"Sıx soruşulan suallardan biri də "övladımın burnu axır, tək-tək öskürməyə başlayır, nə edim ki, irəliləməsin" sualıdır. Cavab belədir: Otağın havasını sərin və nəmli saxlayın, uşağa bol maye verin, olduğu otağın havasını tez-tez dəyişin, uşaq özü istəmədikcə onu məcbur yedirməyin, duzlu su məhlulları ilə burnunu maksimum açıq tutmağa çalışın" - deyə həkim bildirir.
Tez-tez xəstələnən uşaqları respirator allergik xəstəliyi olan uşaqdan fərqləndirmək də vacibdir. 2 yaşından yuxarı uşaqlarda uzun müddət davam edən burun axması varsa, uşaq tez-tez burnunu qaşıyır və silirsə, qızdırması yoxdursa, böyük ehtimalla, övladınız allergik uşaqdır. Xüsusi ilə də bu simptomlar yaz aylarında başlayırsa, allergik xəstəlik nəzərdən qaçmamalıdır.
Valideynləri narahat edən əsas məsələlərdən biri də uşağın heç bir səbəb olmamasına baxmayaraq, tez-tez xəstələnməsidir. Onlar uşağın xəstələnmə səbəbini tapa bilmirlər. Tez-tez xəstələnən uşaqlardan çox az bir qismində anadangəlmə immun çatmazlığı ola bilər ki, bu da çox az rast gəlinən bir xəstəlikdir. Belə uşaqlar hər xəstəliyi ciddi bir ağırlaşmayla keçirdir, çox vaxt uzun müddət xəstəxanada yatırlar.
Bəs tez-tez xəstələnən uşaqların valideyni nə etməlidir?
- İlk növbədə belə uşağa ümumən sağlam uşaq kimi baxmağı bacarmalıdır. Əgər uşaq pediatr müayinəsində sağlam uşaq kimi dəyərləndirilirsə, narahat olmaq lazım deyil. Uşaq tez-tez xəstələndikcə bədən müxtəlif viruslara qarşı antitellər (qoruyucular) hazırlayr, get-gedə belə uşaqların orqanizmi artıq bu viruslarla necə mübarizə aparılmasını öyrənmiş olur və immuniteti möhkəmlənir.
- Uşaq xəstədirsə, onu bağçaya və ya məktəbə göndərməməlisiz. Belə xəstə uşaqlar evdə daha tez sağalır, həmçinin ətrafdakıları yoluxdurmur. Virus infeksiyalarının ilk 5 günü uşaqlar daha pis olur "soyuqlama simptomları 2 və ya 3 həftə davam edə bilir. Təkrarlanan virus infeksiyalarının xüsusi bir müalicəsi yoxdur. Lakin virus infeksiyasi otitlə, sinusitlə, pnevmoniya ilə, angina ilə ağırlaşıbsa müalicədə həkim təyinatına əsasən antibiotiklər verilə bilər.
- Uşaqlara profilaktik peyvəndləri vaxtı vaxtında edilməlidir, bağça və ya məktəbə gedən tez-tez xəstələnən uşaqlara isə əlavə olaraq "qrip əleyhinə vaksin" vurulsa yaxşı olar.
- Sağlam uşaq böyütməyin əsas meyarlarından olan sağlam qidalanma, təmiz hava, normal və vaxtında yatmaq, uşağı aşırı fiziki və ya zehni yorulmağa qoymamaq da onun tez-tez xəstələnməsinin qarşısını əhəmiyyətli dərəcədə almış olur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1134   Tarix: 05 yanvar 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

geyim və ayaqqabılar qaşların formalari həkim məsləhəti asiq qadinlar haqqinda maraqli melumatlar nişanlılıq elme aid atalar sozu kosmetika novruza aid hakistalar qaynana rus dilini oyrenek 2ci ders bayati hakiwda