Çayın daha bir faydası açıqlanıb

Çayın daha bir faydası açıqlanıbQərbi Avstraliya Universitetinin alimləri hipertoniyanın öhdəsindən gəlməyə kömək edən içkinin adını açıqlayıblar. Bu qara çaydır. Alimlərin araşdırmasına görə bu içki təzyiqi aşağı salmağa kömək edir.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "American Journal of Clinical Nutrition" jurnalında dərc olunan məqalədə deyilir.
Tədqiqatçılar bu içkinin yüksək qan təzyiqi olan kişi və qadınlara təsirini araşdırıblar. Təcrübə iştirakçıları üç stəkan qara çay və tərkibində kofein olan, lakin flavonoidlər (təbii rənglər) olmayan başqa içki içiblər.
Təcrübənin ilk günündə, üç və altı aydan sonra təzyiq göstəriciləri qiymətləndirildi.
Nəticədə məlum oldu ki, qara çay ikinci içki ilə müqayisədə yuxarı və aşağı təzyiqə daha çox təsir edir. İçkinin təsiri təcrübənin ilk günündə ortaya çıxdı.
"Tədqiqatın nəticələri göstərir ki, qara çayın tərkibində kofeindən başqa bir komponent də gecə saatlarında qan təzyiqinin dəyişmə sürətinə təsir göstərə bilər", - avstraliyalı alimlər yazıblar.
Qeyd edək ki, çay son dərəcə faydalı və əvəzolunmaz məhsuldur. Əgər XIX əsrin əvvəllərində çayın tərkibinin yalnız dörd-beş maddədən ibarət olduğu düşünülürdüsə, hazırda sübut edilib ki çayda onlarla kimyəvi qrupa aid olan maddələrin elementləri mövcuddur. Buraya efirli yağlar, taninlər, alkaloidlər, flavonoidlər, vitaminlər və sairləri aiddir.
Çinlilər çayın insanın görmə qabiliyyətinə təsirindən hələ qədim zamanlarda yazıblar, müasir dövrdə bu cür təsir çayın tərkibində olan provitamin "A" ilə izah edilir.
Bu yaxınlarda bir sıra alimlər çayın allergiyaya qarşı təsiri mövzusunda tədqiqatlar aparıblar, bu tədqiqatların nəticəsində çayın histaminin, yəni allergiya simptomlarına cavabdeh maddənin qanda azalmasında rolu olduğu araşdırılıb.
Tokio Universitetinin alimləri çayın xolera kimi infeksion xəstəliyinə qarşı və ümumiyyətcə antibakterial təsirə malik olduğunu sübut ediblər.
Təbii çay növləri bağırsaq, mədə və ağciyər xərçəngi xəstəliklərinə qarşı qoruyucu təsir göstərir.
Çay tərkibindəki polifenol birləşmələr sayəsində antioksidant təsir göstərərək orqanizmi həm də xroniki xəstəliklərdən qorumağa kömək edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1522   Tarix: 14 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Baş ağrısı və nəfəs darlığı yaşayırsınızsa, diqqətli olun

Hipertoniya çox zaman baş ağrısı, ürək döyüntüsü və nəfəs darlığı kimi əlamətlərlə özünü göstərsə də, mütəxəssislər xəstəliyin uzun müddət gizli şəkildə inkişaf edə biləcəyi barədə xəbərdarlıq edirlər. xəbər verir ki, kardiologiy

.

ÜST-dən hantavirus açıqlaması gəldi

Fransa hakimiyyəti hantavirus infeksiyası aşkarlanan şəxslərlə təmasda olan səkkiz nəfəri nəzarət məqsədilə karantinə götürüb. xəbər verir ki, onlardan biri virus daşıyıcısının olduğu təyyarədə səyahət edib, digərləri is

.

Tofu pendiri nədir, nəyə xeyri var?

Tofu soya südünün müxtəlif maddələrlə (kalsium sulfat, maqnezium xlorid və ya limon şirəsi) çürüdülərək lor halına gətirilməsi və sonra bloklar halında preslənməsi ilə hazırlanır.  xəbər verir ki, tofu bitki mənşəli olduğ

.

B12 çatışmazlığı üçün ideal 5 QİDA - gecə

Vitamin B12 çatışmazlığı yorğunluq, zəiflik və yaddaş problemlərinə səbəb ola bilər. Bu problemi təbii yolla aradan qaldırmaq üçün qidalanmaya diqqət etmək çox vacibdir. xəbər verir ki, aşağıdakı 5 qida B12 baxımından ə

.

Dünyanın ən sağlam ədviyyatı seçildi - Zəncəfil deyil

Zəncəfil və sarıkökün populyarlığına son qoyacaq yeni araşdırmanın nəticələri açıqlanıb. Son elmi tədqiqatlar mətbəximizdə hər zaman olan ədviyyatın antioksidant gücü ilə bütün rəqiblərini geridə qoyduğunu sübut edib. xəbə

.

Çirkli hava piylənmə yaradır? - Maraqlı araşdırma

Havanın çirklənməsi qidalanma və fiziki aktivlik dəyişməsə belə, bədəndə piyin artmasına və əzələ kütləsinin azalmasına səbəb ola bilər. xəbər verir ki, Balear Adaları Sağlamlıq Araşdırmaları İnstitutunun alimləri İspaniyad

.

İnsanlar niyə yuxuda danışır?

Yuxuda danışmaq (somnilokviya) çox yayılmış haldır və əksər hallarda təhlükəli sayılmır. xəbər verir ki, bu vəziyyət parasomniyalara daxildir və həm yuxunun dərin, həm də REM mərhələsində baş verə bilər. Həkimlər bildiri

.

Acqarına idman etmək OLAR? – Mütəxəssis xəbərdarlıq edir

Səhər yeməyi etmədən idmanla məşğul olmaq yalnız yüngül fiziki fəaliyyətlər zamanı uyğun hesab olunur. Daha ağır və intensiv məşqlərdən əvvəl isə orqanizmin enerji ilə təmin edilməsi vacibdir. Əks halda, başgicəllənmə v

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

sac duzumleri gözəllik məhsulları geyim şəkilləri tutun xeyri sizanaqlara qarsi vasite sözlü şəkillər mütləq bilməlisiniz kosmetika google gunay babasil öpüşme oxatan