Cəmi bir aya gözəlləşin!

Cəmi bir aya gözəlləşin!Məsləhət 1

Hər səhər acqarına 1 xörək qaşığı kətan toxumu götürün. 1 stəkan isti suya tökün və əzilənə kimi qarışdırın. Yarım saatdan sonra qəbul edin.
Nəticəsi:
Bu vasitə orqanizminizi əla təmizləyəcək. Dəriniz daha hamar və təravətli olacaq. Bir qədər, lakin sağlam şəkildə arıqlayacaqsınız. Kətan toxumu, saçları və dırnaqları möhkəmləndirəcək.
Diqqət! Bədəndə daşlar varsa (öd kisəsi və böyrəklər) kətan toxumu qəbul etmək olmaz.

Məsləhət 2

Hər gün bişmiş çuğundurdan hazırlanmış salat yeyin. Çuğundur qanın əla təmizləyicisidir. Təmiz qan isə gözəl görnüşün göstəricisidir. Çünki təmiz qan dəriyə və daxili orqanlara əsaslı təsir göstərir.
Nəticəsi:
Üzünüzün rəngi açılacaq.

Məsləhət 3

Hər gün, yatmağa bir saat qalmış üzünüzə qliserin və E vitaminindən hazırlanmış qatışığı çəkin. Qatışığı hazırlamaq çox asandır. 30 qr qliserinə 10 damcı E vitamini qatın. Hər ikisini aptekdən ala bilərsiniz. Qarışığı təmiz üzə çəkin və fırça ilə yüngül masaj edin. Belə halda dəri qidalandırıcı maddəni özünə daha yaxşı çəkir. Əgər fırça üzünüzü incitsə, yüngülcə sərinləşdirici toniklə silin.
Nəticəsi:
Hər gün dəriniz qidalanacaq, qırışlar hamarlanacaq, üzün rəngi açılacaq. Göz ətrafındakı qırışlara çox yaxşı təsir edəcək.

Məsləhət 4

Hər gün 50 qr qoz-fındıq qəbul edin.
Nəticəsi:
2 həftədən sonra saçlarınız və dırnaqlarınızdaki dəyişikliyi hiss edəcəksiniz.

Məsləhət 5

Gündə 3 dəfə saçlarınıza quru xardal tozundan maska çəkin. Xardalın üzərinə bitki yağı əlavə edərək maskanı hazırlaya bilərsiniz. Maskanı nəm saçlara çəkin, 20-30 dəqiqə saxlayıb, yuyun. Müntəzəm istifadə etsəniz 1 aydan sonra saçlarınızda əsaslı dəyişikliyi hiss edəcəksiniz.

Məsləhət 6

Özünüzə geçə yatmaq üçün corab alın. Təbii lifdən olsun. Yun da ola bilər. İlin fəslinə uyğun olan corablardan istifadə edin. Yuxudan əvvəl, duş qəbul etdikdən sonra ayaqlarınıza bolluca bir neçə damcı nanə yağı əlavə olunmuş kərə yağı sürtün. Sonra corabları geyinib bu formada yatın.
Nəticə:
1 aydan sonra ayaqlarınızdakı əsaslı dəyişikliyi hiss edəcəksiniz.

Məsləhət 7

İndi kirpiklərinizlə məşğul olun. Sizə boş tuş qabı lazım olacaq. Onun içərisini özünün fırçası ilə yaxşıca yuyub, təmizləyin, qurudun. İcərisinə buğda toxumu yağı damcıladın. Daim rənglənməkdən yorulmuş kirpiklər üçün əsas vasitədir. O həm kirpikləri möhkəmləndirəcək, həm də uzadacaq. Yuxudan əvvəl yağı kirpiklərin uzunluğu boyunca çəkək. Firça ilə onu çəkmək daha rahatdır. Həddindən artıq çəkmək lazım deyil. Bir az nəmlənsə kifayət edər.
Nəticəsi:
1 aydan sonra kirpikləriniz qalınlaşacaq , uzanacaq və hiss olunacaq dərəcədə canlanacaq.

Məsləhət 8

Dərinizin qayğısına qalın. Bir stəkan dəniz duzu götürün (adi, yodla qarışdırılmış xörək duzdan da istifadə etmək olar), 1 stəkan yağlı xama əlavə xama əlavə edin. Bədəninizi yuduqdan sonra kütləni moçalka ilə bədənizə massaj formasında çəkin , sonra isti su ilə yuyun. Tənbəllik etməyin, hər duş qəbulundan sonra təkrarlayın. Artıq qalan kütləni soyuducuda saxlamaq olar.
Nəticəsi
Duz bədəndəki ölmüş hüceyrələri təmizləyir, dezinfeksiya edir. Əgər bədəninizdə kiçik sızanaqlar varsa onları da təmizləyəcək. Xama duzun təsirini yumsaldır, düz dənələrinin bədəni cızmasına mane olur, həmçinin hüceyrələri qidalandırır. Müntəzəm istifadə əla nəticə verəcək.

Məsləhət 9

Ətirli yağlardan istifadə edin, xüsusilə antioksidantlardan. Yağlar qırışlara, çapıqlara, yanıqlara, dartılmalara qarşı 100% təsir göstərir. Hər gün üzünüzə və bədəninizə çəkin.
Nəticəsi:
Bir çox problemlərdən azad olmağa kömək edəcək. Yeganə problem qiymətinin bir qədər baha olmasıdır. Ancaq effektinə görə buna dəyər.

Məsləhət 10

Saçı yuyulduqdan sonar yaxalamaq üçün xüsusi maye hazırlayın. Ona bir neçə damcı nanə yağı (1 litr suya 5 damcı) əlavə edin və saçınızı yaxalayın.

Nəticəsi:
İlk istifadədən nəticəsini hiss edəcəksiniz. Başın dərisində inanılmaz yüngüllük və təravət hiss olunacaq. Bu vasitə baş ağrılarını da yüngülləşdirir. Kəpəyə qarşı mübarizə aparır. Saçın hədddindən artıq yağlanmasının qarşısını alır.

Gözəllik və Moda     Baxılıb: 3309   Tarix: 27 fevral 2015
f Paylaş

Oxşar xəbərlər

.

Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri

Dairəvi üz üçün ən uyğun saç kəsimləri hər zaman qadınların ən çox maraqlandığı mövzulardan biridir. Güzgüyə baxarkən yanaqların daha dolğun görünməsi bir çoxuna tanış hissdir və çoxları üz formasını daha uzunsov və zəri

.

Yaş artdıqca hansı estetik prosedurlar daha uyğundur?

Estetik prosedurlar fərqli yaş qruplarına və dəri ehtiyaclarına görə dəyişiklik göstərir. 20 yaşlarında tətbiq olunan yanaşma ilə 40 və ya 60 yaşdan sonra aparılan müdaxilələr eyni olmamalıdır. Yaş artdıqca dərinin elastikliy

.

Üzünüzün daha gənc görünməsi üçün dodaq boyası necə seçilməlidir?

Makiyaj, xüsusilə də dodaq boyası, üz cizgilərini vurğulamaqla yanaşı, vizual olaraq yaşı daha cavan göstərə bilər. Ekspertlərə görə, düzgün seçilmiş çalarlar dodaqlara təravət, dolğunluq və gənclik effekti qatır. Yaş artdıqc

.

Moda dünyasının qadın gözəlliyinə təsiri

Moda dünyası, yalnız geyimlərin və aksesuarların dəyişməsi ilə məhdudlaşmır; o, həmçinin qadın gözəlliyi və cəmiyyətin gözəllik standartlarına olan baxışını dərin şəkildə təsir edir. Bu məqalə, moda dünyasının qadın gözəlliyin

.

Dünyanın ən bahalı beş dodaq boyası

Dodaq boyası uzun illərdir ki, qadınlar üçün ayrılmaz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymətinə gəldikdə isə onlar hər qiymətdə olur. Ancaq bununla belə kifayət qədər imkanınız varsa, burad

.

10 il cavanlaşdıracaq 7 saç modeli

Bir qadın üçün saç düzümü güvən alətlərindən biridir. Bəzi insanlar yalnız kosmetika və əlaqəli prosedurların görünüşünü "cavanlaşdırmağa" kömək edə biləcəyinə inanırlar. Mütəxəssislər deyirlər ki, düzgün saç düzüm

.

Sızanaq ləkələrindən qurtulmaq üçün TƏBİİ ÜSULLAR

Sızanaqdan sonra qalan ləkələr üzdən uzun müddət getmir və kosmetik qüsur yaradır. Bu ləkələrdən qurtulmaq üçün sizə sadə üsulları təqdim edirik: . Xiyar. Xiyar hamar dəriyə sahib olmaq üçün ən rahat vasitələrdən biridir

.

Saçların tez-tez yağlanmasının 5 SƏBƏBİ

Qadın gözəlliyinin əsas elementlərindən biri saçlardır. Hər bir qadın istəyir ki, gur və parlaq saçları ilə daim diqqəti öz üzərinə çəksin. Amma bəzi səbəblərdən saçlar öz canlılığını itirir və tez-tez yumağımıza baxmayara

.

Anatomiya ilə tərs mütənasib GÖZƏLLİK…

İnsan anatomiyası onun zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloj

turlar.az

gözəllik məhsulları kosmetoloq qaşların formalari şirniyyat reseptləri qırmızı xalça türk mətbəxi azad qadin kosmetika vətənə aid bayatılar cinsi əlaqə maya maskasi kökəlmək üçün qaynana hakista