Çil və ləkələrdən pomidorla xilas olun! - RESEPTLƏR
Yay aylarında həddən artıq günəş şüalarına məruz qalmaq dəridə ləkələrin və çillərin yaranmasına səbəb olur. Bunlardan xilas olmaq üçün ən uyğun vaxt payızdır. Üstəlik, bahalı proseduralara ehtiyac yoxdur. Evdə hazırlanan maskalarla bu işin öhdəsindən gəlmək olar.
Çil və ləkələrə qarşı ən təsirli maskaları təqdim edirik:
Pomidor dərinin təbii rəngini bərpa edir, ləkələri təmizləyir. Ona görə də,, pomidordan cürbəcür maskalar hazırlamaq mümkündür:
Unlu pomidor maskası
1 ədəd pomidorun qabığını soyub blenderdən keçirin. Çay süzgəcindən süzün. Əldə etdiyiniz pomidor suyuna bir az un əlavə edib yaxşıca qarışdırın və məcun halına salın. Bu qarışığı göz və doqdaqların ətrafı istisna olmaqla, bütün üzə çəkin və masaj edin. 10 dəqiqə gözlədikdən sonra maskanı ilıq su ilə təmizləyin.
Ballı pomidor maskası
Tərkibi:
1 dənə pomidor
1 çay qaşığı bal
1 çay qaşığı saf zeytun yağı
Pomidoru soyub rəndələyin. İçərisinə digər məhsulları əlavə edib qarışdırın. Üzünüzə çəkib 15 dəqiqə saxlayın. Daha sonra ilıq su ilə təmizləyin.
Qatıqlı pomidor maskası
Tərkibi:
1 dənə pomidor
2 xörək qaşığı qatıq
1 çay qaşığı badam yağı
Pomidoru soyub rəndədən keçirin və digər məhsullarla qarışdırın. Maskanı çəkib üzünüzü dairəvi hərəkətlərlə masaj edin. 20 dəqiqə gözləyib isti su ilə təmizləyin.
qadin.az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Survivor 2027'nin kapitanları onlar oldu
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?