Çinli alimlər Rusiya dərmanının COVID-19-a qarşı təsirli olduğunu təsdiqlədi
Çinli elm adamları koronavirus infeksiyasına qarşı mübarizədə istifadə edilən Rusiya istehsalı olan "Triazavirin" dərmanının təsirini təsdiqləyib.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının vitse-prezidenti Valeri Çaruşin məlumat verib.
"Triazavirin COVID-19 ilə mübarizədə müsbət təsir göstərir: xəstəliyin gedişat müddətini qısaldır, bir çox simptomu yüngülləşdirir. Harbin Tibb Universitetinin prezidenti Jan Baofen bu məlumatları təsdiqlədi" , - Ural Federal Universitetinin mətbuat xidmətinin rəhbəri Çaruşin açıqlamasında bildirib.
Vitse-prezident nəticənin tam təsdiqlənmədiyini və araşdırmaların davam etdiyini əlavə edib.
Dərman Heilonqjianq əyalətindəki on xəstəxanada sınaqdan keçirilir. Bəzi xəstələrə dərmanın qəbulu barədə məlumat verilib, bəzilərinə isə dərman xəbərsiz verilib. Sınaqda iştirak edən xəstələrin xəstəliyi yüngül keçirdiyi və ya orta dərəcədə temperaturu olduğu qeyd olunub. Ümumilikdə tədqiqata 245 nəfər cəlb edilib.
Aytən Məftun









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar