Cinsi əlaqədən sonra uşaqlıq yolu necə təmizlənməli?

Cinsi əlaqədən sonra uşaqlıq yolu necə təmizlənməli?Qadınlarda cinsi bölgə təmizliyi çox önemlidir. Cinsi əlaqədən sonra uşaqlıq yolu necə təmizlənməlidir? Mükəmməl təmizlik necə edilməli? Cinsi əlaqədən sonra sabunla uşaqlıq yolunu yumaq doğrudurmu?

Cinsi əlaqədən sonra çox qadınlar sabu,n ya da kosmetik məhsul istifadə etməklə uşaqlıq yolunu yuyurlar. Bəs uşaqlıq yolunu yumaq, həm də sabunla yumaq nə qədər doğrudur? Bu cür yuyunma əslində uşaqlıq yolu infeksiyalarına zəmin hazırlamırmı?

Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Op. Dr. Kağan Kocatepe bu barədə belə deyir: "Cinsi əlaqə sonrası yuyunma iki səbəblə edilir: Birincisi, spermaları yuyaraq uzaqlaşdırıb, hamiləlikdən qorunmaq. İkincisi, qarşı tərəfdən bir şeyə bulaşma ehtimalı varsa, bunu aradan qaldırmaq. Ancaq hər ikisini də yuynmaqla aradan götürmək mümkün deyil. Çünki spermalar çox hərəkətli hüceyrələr olduğu üçün onsuz da əlaqə anında yollarına girərlər. Yuyunmaqla hamilə qalma ehtimalını ancaq 10-dan 9-a sala bilər, daha çox mümkün deyil. Uşaqlığı suyla yumaq, infeksiya törədici bakteriyaların, viruslar və ya göbələklərin aradan qaldırılmasını təmin etməz. Təmizlik baxımından heç bir mənası olmadığı kimi ayrıca zərəri də ola bilər . Bu səbəbdən uşaqlıq yolu içinin yuyulmasını heç bir şəkildə məsləhət bilmirik. uşaqlıq yolunu sabunla yuyulmamalıdır. Çünki uşaqlıq yolunda xüsusi turş bir mühit vardır və sabunun o turş mühiti pozma ehtimalı çox yüksəkdir. Ancaq, xarici genital bölgə yuyulmalıdır. Uşaqlıq yolunu sabunla yumaq, yanma hissinə səbəb ola biləcəyi kimi, bu bölgədəki yaxşı xasiyyətli bakteriyaların və bədən müdafiə işçilərinin yox olmasına səbəb ola bilər. Bu da ciddi infeksiyalara gətirib çıxarar. Uşaqlıq yolu üçün çıxarılan təmizləmə mayeləri yalnız xarici genital bölgə üçün nəzərdə tutulmuşdur.

Uşaqlıq yolunu təmizləmək lazımdırmi? Normalda bədənin çölə baxan hər bölgəsinin özünü təmizləmə mexanizmi vardır. Bu səbəbdən uşaqlıq yolunun da özünə xas təmizləmə mexanizmi mövcuddur. Uşaqlıq yolu boynunda davamlı olaraq olan ifrazata, içərisində bakteriyaları öldürməyə istiqamətlənən leykositlər və bəzi yaxşı xasiyyətli bakteriyalar daxildir. Bunun sayəsində uşaqlıq yolu heç bir şey edilməsə də təmiz qalacaq bir mühitdir. Təmizləməyə istiqamətlənən əlverişsiz bir şeylər edilsə, bu vəziyyət uşaqlıq yolunun əleyhinə işləyə bilər.

Vajina təmizliyində kosmetik məhsuldan istifadə etmək doğrumu? Kosmetik məhsulların içində bir çox kimyəvi maddə mövcuddur. Bundan hər hansı birinə qarşı allergik bir vəziyyət söz mövzusu olsa, "vaginit" deyilən çox ciddi vajina infeksiyaları və ya iltihabları meydana gələ bilər.

Uşaqlıq yolunun təbii bir baryeri vardır və oradakı təbii bakteriya mühiti pis xasiyyətli bakteriyaları uzaqlaşdırmaq üçün çalışır. Burada kosmetik məhsuldan istifadə edilərsə, o təbii bakteriya mühiti pozub infeksiyalar əmələ gətirə bilər. Bu səbəbdən, kosmetik məhsulların birbaşa olaraq uşaqlıq yolunun içinə tətbiqi məsləhətli deyil. Uşaqlıq yolunun təmizliyi necə aydın olar? Cinsi həyatı olmayan bir qadının, hələ də bəkarət pərdəsi varsa, uşaqlıq yolunun gigiyena mövzusunu özünə dərd etməsinə ehtiyac yoxdur. Ancaq, cinsi həyat başladıqdan sonra qadınlar, öz özlərinə uşaqlıq yolunun gigiyenik vəziyyətini test etmək istəsələr, uşaqlıq yolu daxilindəki ifrazatın qoxusuna, miqdarında artım olub olmadığına və rənginə baxa bilərlər. Bəzən normalda qoxu yoxkən, əlaqə sonrasında ortaya pis bir qoxu çıxa bilər. Bu, enfeksiyon bir vəziyyətə işarədir. "Bakterial vajinoz" deyilən xüsusi bir bakteriya növü söz mövzusu ola bilər. Bunun müalicəsi də çox asandır. Uşaqlıq yolunun gigiyenasından şübhələnən qadınlar, həkimə müraciət edərək, ediləcək testlər nəticəsində əgər bir infeksiya varsa, vaxtında müalicə alaraq tam sağlam və komplekssiz həyat sürə bilərlər"

Sağlamlıq     Baxılıb: 53028   Tarix: 11 fevral 2014
f Paylaş

Oxşar xəbərlər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

turlar.az

həkim məsləhəti sac duzumleri geyim necə seçməli yemişan faydaları capiq ucun maz ariqlama keks reseptləri kosmetika sağlamlıq intim munasibetler ana haqqinda bayati atalar sozu haxista