Çuğundurun saç və üz dərisinə inanılmaz faydası

Çuğundurun saç və üz dərisinə inanılmaz faydasıÇuğundurun saç və üz dərisinə inanılmaz faydası

Çuğundur yalnız sağlamlığa deyil, həm də gözəliyimizə xidmət edən əvəzsiz bitki kimi tanınır.

Çuğundur sağlamlığımızda mühüm rol oynayan tərəvəzlərdən biridir.

Həm üz dərisi üçün, həm də saçlarınız üçün faydalı olacaq maskalar təqdim edirik.
Kəpək və saçların köklərini bərkitmək üçün maska

Saçların köklərini bərkitmək və kəpəkdən qurtulmaq üçün həftədə 1-2 dəfə saçlar üçün çuğundur maskasını etməkdə fayda var. 2 ədəd çuğunduru sürtgəcdən keçirdin, əgər saçlarınız uzundursa onda 3-4 ədəd çuğundur götürün, saçların uzunluğuna görə kütləni saçlarınıza sürtün. Proseduranı bitirdikdən sonra polietilen papağı geyinin və başınızı dəsmalla bağlayın. 40-50 dəqiqə sonra saçlarınızı yaxşıca yuyun.
Çuğundur bişirdiyiniz suyu atmayın. Bu su saçlarınız üçün ən yaxşı yaxalayıcıdır. Həmçinin saçlarınıza parlaqlıq və dolğun görünüş bəxş edəcək.

Nəmləndirici maska

1 stəkan sürtkəcdən keçirilmiş təzə çuğundura 2 çay qaşığı bərk qaymaq əlavə edin və qarışığı üzə sürtün . 10 dəqiqədən sonra maskanı soyuq suyla yuyun.

Qidalandırıcı maska

Kiçik çuğunduru götürüb qaynadın, daha sonra təmizləyib sürtgəcdən keçirdib, 1 çay qaşığı bal və bitki yağı əlavə edərək qarışdırın. Bu qarışığı təmizlənmiş dəriyə sürtün, 20 dəqiqədən sonra maskanı ilıq suyla yuyub nəmləndirici krem vurun.

Solğun dəri

Çuğundurun üz dərisinə inanılmaz faydası

Üz dərisi solğun olanlar çuğundurun şirəsini sıxıb, bərabər nisbətdə (ölçüdə) südlə qarışdırıb, üz dərisini silmələri lazımdır. 20 dəqiqədən sonra üzü isti suyla yuyun.

Quru və solğun dəri üçün maska

Təzə çuğunduru sürtgəcdən keçirdin və bir xörək qaşığı xamayla qarışdırın . Maskanı üz, boyun və dekolte hissəsinə çəkin. 20 dəqiqə saxlayıb, isti suyla yuyun.

Gözəllik və Moda     Baxılıb: 11717   Tarix: 12 yanvar 2015
f Paylaş

Oxşar xəbərlər

.

Qadınlar və ideal gözəllik standartları

İdeal gözəllik standartları zamanla dəyişsə də, hər dövrdə qadınların gözəlliklərinə dair müəyyən gözləntilər mövcud olub. Bu gözləntilər, cəmiyyətin və mədəniyyətin tələbləri, media təsiri və sosial strukturların yaratdığ

.

2025-in yaz aylarında makiyaj trendi

Bahar – dəyişiklik və eksperimentlər vaxtıdır. 2025-ci ilin yazında əsas diqqət minimalizmə yönəlir: sağlam və təravətli dəri görünüşü ön plandadır. Lakin gözlərdə və ya dodaqlarda istifadə olunan parlaq rənglər obrazınız

.

"TikTok"un diktə etdiyi 5 makiyaj trendi

Artıq demək olar ki, hər bir xanım sosial şəbəkələrdən ilham mənbəyi kimi istifadə edir. Tətbiqlərə hər dəfə daxil olanda biz müxtəlif istedadlı və yaradıcı blogerlərin paylaşdığı videolara heyran qalırıq, həmçinin yeni makiya

.

Qadınların gözəllik uğrunda fədakarlıqları: azadlıq, yoxsa təzyiq?

Qədim zamanlardan bu günədək qadın gözəlliyi müxtəlif dövrlərdə fərqli anlayışlarla qiymətləndirilib. Zaman keçdikcə dəyişən gözəllik standartları qadınların öz bədənlərinə, zahiri görünüşlərinə və şəxsi seçimlərinə münasibətin

.

50 yaşdan yuxarı qadınlara əlavə yaş qatır: bu 3 saç düzümünü etməyin

Saç düzümü insanı həm cavan göstərə, həm də əksinə – yaşlı göstərə bilər. Stilistlərin fikrincə, düzgün seçilməmiş saç modeli qadının xarici görünüşünə mənfi təsir edə bilər. Buna görə də saç kəsimi seçərkən diqqətli olma

.

Saçların tez-tez yağlanmasının 5 SƏBƏBİ

Qadın gözəlliyinin əsas elementlərindən biri saçlardır. Hər bir qadın istəyir ki, gur və parlaq saçları ilə daim diqqəti öz üzərinə çəksin. Amma bəzi səbəblərdən saçlar öz canlılığını itirir və tez-tez yumağımıza baxmayara

.

Gözəlliyin qadınların sosial və peşə həyatına təsiri

Gözəllik, cəmiyyət tərəfindən qiymətləndirilən bir atribut olaraq, qadınların sosial və peşə həyatında əhəmiyyətli bir rol oynayır. Bu təsir, cəmiyyətin gözəllik standartlarına uyğunlaşmaqla yanaşı, qadınların özlərini nec

.

Niyə italyan qadınları bu qədər cəlbedicidirlər?

İtalyan qadınlarının gözəlliyinin sirri sehrli vasitələrdə deyil, gündəlik vərdişlərdədir. Düzgün qidalanma, təbii dəriyə qulluq, özünə sevgi və həyatdan zövq almaq qabiliyyəti onlara illərlə qadınlıqlarını qorumağa kömə

.

Qaynaq kipriklər, irəli uzanmış silikon dodaqlar... Gözəlliyin "standart"ı varmı?

Son zamanlar Azərbaycanda sanki bir gözəllik "bumu" yaşanır. Kimin əlinı bir balaca pul keçirsə, gözünü dartdırır və ya dodaqlarını şişirdir. Burunlar da eyni cərrahın əlindən çıxdığı üçün hamı bir-birinə bənzəyir

turlar.az

gözəllik məhsulları geyim necə seçməli hamilelikde qidalanma oxsamalar əkizlər bürcü bizim məşhurlar yay donlari 2026 kosmetika sevgi kurtlar vadisi sirin qogal yumurta bayati