Dadlı peçenye
Yulaf yarması və banandan inanılmaz dadlı peçenye.
Hazırlamaq heç bu qədər asan olmamışdı!
Əgər sən müxtəlif iştahaçan desetrləri sevirsən, ancaq bütün gününü mətbəxdə keçirtmək üçün nə vaxtın, nə də həvəsin varsa onda bu sənin sevimli reseptin olacaq. Bu peçenyeni hazırlamaq asan olmaqla yanaşı, o, həm də faydalıdır. Onu hətta pəhriz saxlayanlar da rahatlıqla yeyə bilər. Peçenyenin hazırlanması üçün çox asan tapılan məhsullar və cəmi 15 dəqiqə vaxt lazım olacaq. Ancaq nəticədə kulinariyanın sənət əsərini yaradacaqsız. Bu resepdən hətta heç bir mətbəx təcrübəsi olmayan xanımlar da asanlıqla istifadə edə bilərlər.
Tərkibi:
2 böyük yetişmiş banan
1 xörək qaşığı yulaf yarması
Qoz-fındıq, üzüm, şəkərlənmiş meyvələr, darçın (zövqə görə)
Hazırlanması:
1. Bananı təmizləyin. Bir qaba qoyub, yulaf yarması, qoz-fındıq, üzüm, şəkərlənmiş meyvələr və darçın əlavə edib mikserlə yaxşıca qarışdırın.
2. Alınmış qarışığı peçenyelər formasına salın, yağ cəkilmiş perqamentin üzərinə yerləşdirin, 15 dəqiqə müddətində sobada 180 dərəcədə bişirin. Əgər qaz sobasında bişirirsinizsə 20 dəqiqə müddətində bişirin.
Peçenyeləri həm isti, həm də soyuq halda istifadə edə bilərsiniz.
f Paylaş








Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri