Darçınla alma çayı. Çox faydalı
Alma çayı bir çox ölkələrdə ən populyar içkilərdən biri sayılır. Belə hesab olunur ki, bu çayın vətəni Türkiyədir.
Bu çay orqanizmə çox müsbət təsir edir:
- mübadilə proseslərini aktivləşdirir
- orqanizmdən toksinləri xaric edir
- ödemləri azaldır, su-duz balansını normallaşdırır
- iştahanı azaldır. (Bu xüsisilə arıqlamaq istəyən insanlar üçün vacibdir.)
- qanda xolesterinin səviyyəsini azaldır
- soyuqdəymə zamanı yaxşı kömək edir
- iltihabları azaldır.
Bu çayın müxtəlif hazırlanma üsulları mövcuddur. Ənənəvi alma çayı belə hazırlanır:
1. İri alma yaxşı yuyulur, xırda tikələrə doğranılır, üzərinə 1/2 l qaynar su tökülür, odun üzərinə qoyulur.
2. Qaynara düşəndə oddan götürülür və 1 çubuq darçın əlavə olunur.
3. Daha sonra 30 dəqiqə ərzində qapağı bağlı qazanda dəmlənilir, süzülür və zövqə görə təzə dəmlənmiş qara və ya yaşıl çayla qarışdırılır.
4. İçməzdən əvvəl çaya bal və ya şəkər tozu əlavə olunur.
Milli.Az /news.milli.az









Hakışta
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur bloger cütlüyün övladı dünyaya gəldi - FOTO
İradə İbrahimova üzgərmə əməliyyatı etdirib? - Özündən açıqlama
Ən sağlam ət növü AÇIQLANDI
Dar paltarların gizli təhlükəsi - İnfeksiya riski
Yulduz Usmanovanın bu sözlərinə görə ABŞ konserti ləğv olundu