Dəfnə yarpağının dəmlənməsinin müalicəvi xüsusiyyətləri

Dəfnə yarpağının dəmlənməsinin müalicəvi xüsusiyyətləriDəfnə yarpağının dəmlənməsi qədimdən xalq təbabətində müxtəlif xəstəliklər və pozulmalar zamanı geniş istifadə olunur.
- Fitonsidlərlə zəngin dəfnə yarpağının dəmlənməsi soyuqdəymə və qripp zamanı çox yaxşı müalicəvi təsir edir, xəstənin vəziyyətini yüngülləşdirir, immun sistemini gücləndirir, orqanizmə xəstəliklə mübarizə etməyə kömək edir. Dəmlənməni hazırlamaq üçün 5-6 dəfnə yarpağını 1 stəkan qaynar suda dəmləyin, 30 dəqiqədən sonra süzün və 1/2 çay qaşığı bal əlavə edib gün ərzində 3 dəfə stəkanın 1/3 olmaqla ilıq şəkildə qəbul edin.
- İshal zamanı dəfnə yarpağının dəmlənməsi bağırsaqları çox yaxşı "yığır", onlara mikrobəleyhinə təsir edir. 5-6 dəfnə yarpağı 1 stəkan qaynar suda dəmlənilir və gün ərzində 3 dəfə 1/3 stəkan olmaqla içilir.
- Dəfnə yarpağının dəmlənməsi qanda şəkərin səviyyəsini aşağı salır və bu səbəbdən şəkərli diabet zamanı köməkçi vasitə kimi istifadə oluna bilər. Axşamdan termosda 10 dəfnə yarpağını 1/2 l qaynar suda dəmləyin və növbəti gün hər qida qəbulundan 30 dəqiqə əvvəl stəkanın 1/3 hissəsi olmaqla için.
- Dəfnə yarpağının dəmlənməsi yaxşı sidikqovucudur. 3-4 dəfnə yarpağının üzərinə 1 stəkan qaynar su əlavə olunur, 2-3 dəqiqə ərzində vam odda qaynadılır, 1 saatdan sonra süzülür və sonra gün ərzində içilir. 1 həftə ərzində için, sonra 1 həftə fasilə verin və yenə 1 həftə için.
- Dəridə müxtəlif səpgilər, uşaqlarda diatez, bişməcə zamanı dəfnə yarpağının dəmlənməsi çox yaxşı kömək edir, dərini təmizləyir, antiseptik təsir edir, səpgiləri daha solğun edir.
- Dəfnə yarpağının dəmlənməsi yuxarı tənəffüs yollarının iltihabları, sinusitlər (haymorit, frontit) zamanı inhalyasiya üçün istifadə olunur. Bunun üçün dəfnə yarpağı dəmlənir (10 quru yarpaq + 1 stəkan qaynar su), enli qaba tökülür və xəstə bu qabın üzərində nəfəs alır. Prosedura bir neçə dəfə təkrar olunmalıdır.
- Dəfnə yarpağının dəmlənməsi orqanizmi ziyanlı maddələrdən təmizləyir. 6-7 quru dəfnə yarpağı termosa qoyulur, üzərinə 1/2 l qaynar su əlavə olunur və 2 saat ərzində dəmlənilir. Daha sonra dəmləməni kiçik qurtumlarla gün ərzində içmək lazımdır. Müalicə kursu - 1 həftədir. 1 həftədən sonra müalicəni təkrarlamaq olar.
- Dəfnə yarpağının dəmlənməsi sinir sisteminə çox müsbət təsir edir - sakitləşdirir, yuxusuzluqla mübarizə etməyə kömək edir. Dəfnə yarpağının dəmlənməsi ilə vannalar çox yaxşı sakitləşdirici vasitədir. Axşam yatmazdan əvvəl 20 dəfnə yarpağını 1 l qaynar suda 1 saat ərzində dəmləyin (termosda dəmləmək daha yaxşıdır) və sonra vannaya əlavə edin. Belə müalicəvi vannaları bir gündən bir qəbul etmək olar.
- Ayaqlarınız həddən artıq çox tərləyirsə və ayaqlarınızdan pis qoxu gəlirsə, dəfnə yarpağı ilə ayaq vannaları edin. 10 yarpaq 1/2 l qaynar suda 1/2 saat ərzində dəmlənir, və ayaq vannası üçün suya əlavə olunur.
Sizdə hər hansı xroniki xəstəliklər varsa, dəfnə yarpağının dəmlənməsindən istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin. Bəzi xəstəliklər zamanı, hamiləlik zamanı  bu dəmləməni istifadə etmək olmaz.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1151   Tarix: 13 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

kosmetik vasiteler geyim seçimi qaşların formalari sevgi dünyası ayaqqabi ve cantalar morugun faydalari göyəmin faydası kosmetika xerçeng qiz evi vicdan oğlaq gozellik