Depressiyanın müalicəsində İNQİLABİ YENİLİK

Depressiyanın müalicəsində İNQİLABİ YENİLİKElektroensefaloqrafiya depressiyanın müalicəsində nə qədər effektivdir?
Depressiya hazırda ən çox rast gəlinən psixi pozğunluqdur. Travmatik vəziyyət, uzunmüddətli stress, narkotik maddələrdən istifadə və digər səbəblər depressiyaya yol aça bilər. Hətta günəş işığının olmaması da depressiv vəziyyətə gətirib çıxarır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, elektroensefaloqrafiya ilə depressiyanın müalicəsində effektiv nəticələr əldə ediləcəyi açıqlanıb.
Depressiya əhval-ruhiyyənin, bədən tonusunun aşağı düşməsi, fiziki cəhətdən zəiflik və zehni pozğunluq şəklində özünü göstərir. Eyni zamanda digər pozğunluqların gedişini pisləşdirə və geri dönməz nəticələrə səbəb ola bilər. Problem ondadır ki, bəzi pasientlər müxtəlif vəziyyətlərdə mütəxəssis yardımına ehtiyac duymur. Çevrəsinin qınaqları depressiv əhvalı-ruhiyyəni daha da dərinləşdirir. Psixoloji dəstəyin olmaması nəticəsində xəstə ikinci dərəcəli pozğunluqların inkişaf mərhələsində olduqda müalicə təyin olunur.Biokimya baxımından depressiya
Kimyəvi səviyyədə depressiya bütöv molekulyar dəstədir. Bu, eyni zamanda melaton, adrenalin və norepinefrinin artması ilə serotonin, dopamin və endorfinin kəskin çatışmazlığıdır. Zəruri siqnalları beyinə ötürmək üçün cavabdeh olan neyrotransmitterlərin olmaması səbəbindən lazımi hormonlar "ifraz olunmur". Bədən "qənaət" vəziyyətinə keçir. Molekulyar zərərin bərpası XX əsrin ortalarından bəri istifadə olunan sedativ inhibitor qrup dərmanlarla edilə bilər. Problem ondadır ki, depressiyanın və əlavə simptomların müalicəsində əks təsirləri qiymətləndirmək çox çətindir. Sakitləşdirici inhibitorlar qrupunda bir çox dərman var və düzgün birini tapmaq həmişə çətindir. Hətta klinik sınaqlarda da effektivlik yüksək olmayıb və bəzi hallarda plasebo effektindən yüksək deyil. Dərman sadəcə uyğun gəlməyə bilər.
Bu vəziyyətdən çıxış yolu - müəyyən dərman terapiyasının təsirinin olub olmadığını əvvəlcədən bilməkdir. Bunu etmək üçün dərmanın beynə təsir gücünü öyrənməlisiniz. Amerikalı elm adamları depressiyanın antidepresantlarla (xüsusən də sertralin) beynin istirahət fəaliyyətinə əsaslanaraq təsirini proqnozlaşdıran bir sxem hazırlayıb.
Bunun üçün tədqiqatda müəyyən səviyyəli depressiv pozğunluğu olan 309 xəstəyə elektroansefaloqrafiya (EEQ) tətbiq olunub. İştirakçılar 2 qrupa bölünüb, onlardan biri antidepresant, digəri isə plasebo qəbul edib. Beyin fəaliyyətinin EEQ göstəriciləri kursdan əvvəl və sonra qeydə alınıb. Tədqiqat zamanı mütəxəssislər dərman vasitəsinin effektivliyini təyin etmək üçün alqoritm proqramı hazırlayıb. Yaradılmış reqressiya modelindən istifadə edərək alqoritm beynin istirahət fəaliyyətində müalicə səmərəliliyi arasındakı əlaqəni təcrid etməyə imkan verib. Antidepresant terapiyası alan qrup alfa dalğasında aktivlik göstərib. Bu da terapiyanın effektivliyini təsdiq edib. Plasebo qrupunda isə təsir aşkar edilməyib.
Təcrübənin dəqiqliyi üçün daha 100 xəstə sınaqdan keçirilib. Və bu vəziyyətdə, EEQ istifadə edərək sertralin ilə depressiyanın müalicəsində mümkün olan effektivliyi təxmin etmək mümkün olub.
Bu elmi kəşf depressiyanın müalicəsində nə qədər effektivdir?
Əvvəlcə EEQ əsasında dərman müalicəsinin mümkün effektivliyinin sadə və əlverişli təhlili hazırlanıb. İkincisi, əlaqə olaraq ayrı sinir mexanizmi - alfa dalğasında beynin istirahəti zamanı fəaliyyəti araşdırılıb. Bu, depressiya üçün digər müalicələri uğurla qiymətləndirməyə imkan verir. Ən əsası psixoterapiyanın köməyi ilə depressiyanın müalicəsinin effektivliyini EEQ-nin köməyi ilə uğurla qiymətləndirmək mümkündür. Üstəlik, hansının daha effektiv olacağını proqnozlaşdırmaq tamamilə mümkündür - psixoterapiya və ya dərman müalicəsi.
Məlumat üçün bildirək ki, elektroensefaloqrafiya və ya EEQ - baş beynin summar elektrik aktivliyini qeydə almaq və qiymətləndirmək üçün istifadə olunan nevroloji müayinə metodudur. Baş beynin elektrik aktivliyi çox aşağı olduğuna görə, onu qeydə almaq üçün eletroensefaloqraf adlandırılan xüsusi yüksək həssaslığa malik qurğulardan və gücləndiricilərdən istifadə olunur. EEQ daha çox epilepsiya xəstəliyinin diaqnozunun qoyulmasında istifadə olunur. EEQ bəzi hallarda komalar, beyin ölümü, yuxu pozulmalarının, ensefalopatiyaların diaqnostikasında istifadə olunur. Rutin EEQ çəkilməsi 20-30 dəqiqə davam edir.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1820   Tarix: 14 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

turlar.az

yemek reseptleri geyim dəbləri yay kolleksiyasi hekayələr sevgi baliq qulagi ekzema xəstəliyi uzdeki qara noqteler kosmetika hakisdalar vətənə aid bayatılar naz mila haxisdalar pizza