Dəriyə vaxtında və düzgün qulluq qocalmanın qarşısını alır

Dəriyə vaxtında və düzgün qulluq qocalmanın qarşısını alırDəriyə vaxtında və düzgün qulluq qocalmanın qarşısını alır

Qış ayları olduğundan inanıram ki, faydalı məlumat olacaq.Hər birinimiz qış aylarında dərisi quruyur və bu da vaxtından əvvəl dərinin qocalmasına gətirib çıxarır. Bunun qarşısını dərinizə düzgün qulluq etməklə ala bilərsiz.Biz sizləri nəzərə alaraq dərinizi qışa hazırlamağın bir necə faydalı üsulunu təqdim edirik.

1. Pəhrizə nəzarət edin
Məşhur bir deyim var - dəri Sağlamlığın güzgüsüdür. Qışda dəri solğunlaşır, həssaslaşır. Bu həm də vitamin qəbulunun azalması ilə bağlıdır. Yeməyinizə nəzarət edin, amma aşağı kalorili pəhrizlərdən əl çəkin, daa çox balıq, süd məhsulları qəbul edin. Sağlam qidalanma dəriyə parlaqlıq və gözəllik bəxş edəcək.
Sitrus meyvələri, göy-göyərti və dəniz məhsulları dərinin qurumasının qarşısını alacaq, kiçik qırışların yaranmasını gecikdirəcək.

2. Kreminizi dəyişin
Yay aylarında yüngül qoruyucu kremlərlə ötüşmək olar. Ancaq qışda ciddi qulluq lazımdır. Üz üçün mütləq nəmləndirib, qidalandırıcı kremlərdən istifadə edilməlidir. Kremi küçəyə çıxmazdan azı 30 dəqiqə öncə sürtün ki, o dəriyə lazımı qədər hopa bilsin.
Yüngül tərkibli kremləri nisbətən daha ağır formalarla əvəz etmək olar. Dodaqlar üçün parıltı yerinə balzama üstünlük verin.

3. Əlcək taxın
Çoxları soyuq havalarda əlcək taxmağı elə də vacib hesab etmir. Amma unutmayın ki, əllərin dərisi ən zərif dəridir və havadan tez təsirlənir. Onlar soyqudan qızarır, quruyur və çatlamağa başlayır. Bunun üçün nəinki qışda, hətda payızda da əlcək taxmaq lazımdır.

4. Əl kremi
Üz dərisinə qulluq etməklə yaşı gizlətmək olsa da, əllərlə bunu etmək çətindir. Belə ki, əllər, xüsusilə qulluq edilməmiş əllər sizi olduğunuzdan belə yaşlı göstərə bilər. Ona görə evdən çıxarkən mütləq kremdən istifadə edin. Hətta gün ərzində 5-6 dəfə krem sürtün. Və Koko Şanelin qızıl qaydasını unutmayın - əl çantanızda hər zaman əl kremi olsun.

5. Duşda qalmayın
Qışda hamı isti vannada uzanmaq, isti suyun altında dayanmaq istəyir. Amma bu ziyandır. İsti su və sabun dərini qurudur, qoruyucu üst təbəqəni dağıdır ki, bu da dərini daha həssaslaşdırır. Ona görə, çox da isti olmayan suda duş geli ilə vanna qəbul edin. Duşdan dərhal sonra isə nəmləndirici kremdən istifadə edin.

6. Su için
Suyu hər fəsildə içmək vacidbir. Düzdür soyuq hava da su içmək istəmirik. Amma unutmayın ki, su orqanizmi toksik maddələrdən təmizləyir, orqanların fəaliyyətini nizamlayır, dəri elastikliyini artırır, gəncləşdirir. Gündəlik məsləhət bilinən su miqdarı 8 stəkandır.

7. Pilinq lazımdır
Bəziləri düşünür ki, qışda qalın geyimin altında qalan dərimizi heç kim görmür, buna görə də ona xüsusi qayğı lazım deyil. Amma unutmayın ki, qulluq edilməmiş dərini uzun müddətdən sonra nə qədər çalışsanız da əvvəlki gözəlliyinə qaytara bilmərsiniz. Dermotoloqlar soyuq havada ayda azı 2-3 dəfə skrablardan istifadə etməyi tövsiyyə edir. Bu ölü hüceyrələri təmizləyəcək, qan dövranını, dəri rəngini yaxşılaşdıracaq.

Gözəllik və Moda     Baxılıb: 3304   Tarix: 03 yanvar 2015
f Paylaş

Oxşar xəbərlər

.

Qadınlar və ideal gözəllik standartları

İdeal gözəllik standartları zamanla dəyişsə də, hər dövrdə qadınların gözəlliklərinə dair müəyyən gözləntilər mövcud olub. Bu gözləntilər, cəmiyyətin və mədəniyyətin tələbləri, media təsiri və sosial strukturların yaratdığ

.

2025-in yaz aylarında makiyaj trendi

Bahar – dəyişiklik və eksperimentlər vaxtıdır. 2025-ci ilin yazında əsas diqqət minimalizmə yönəlir: sağlam və təravətli dəri görünüşü ön plandadır. Lakin gözlərdə və ya dodaqlarda istifadə olunan parlaq rənglər obrazınız

.

"TikTok"un diktə etdiyi 5 makiyaj trendi

Artıq demək olar ki, hər bir xanım sosial şəbəkələrdən ilham mənbəyi kimi istifadə edir. Tətbiqlərə hər dəfə daxil olanda biz müxtəlif istedadlı və yaradıcı blogerlərin paylaşdığı videolara heyran qalırıq, həmçinin yeni makiya

.

Qadınların gözəllik uğrunda fədakarlıqları: azadlıq, yoxsa təzyiq?

Qədim zamanlardan bu günədək qadın gözəlliyi müxtəlif dövrlərdə fərqli anlayışlarla qiymətləndirilib. Zaman keçdikcə dəyişən gözəllik standartları qadınların öz bədənlərinə, zahiri görünüşlərinə və şəxsi seçimlərinə münasibətin

.

50 yaşdan yuxarı qadınlara əlavə yaş qatır: bu 3 saç düzümünü etməyin

Saç düzümü insanı həm cavan göstərə, həm də əksinə – yaşlı göstərə bilər. Stilistlərin fikrincə, düzgün seçilməmiş saç modeli qadının xarici görünüşünə mənfi təsir edə bilər. Buna görə də saç kəsimi seçərkən diqqətli olma

.

Saçların tez-tez yağlanmasının 5 SƏBƏBİ

Qadın gözəlliyinin əsas elementlərindən biri saçlardır. Hər bir qadın istəyir ki, gur və parlaq saçları ilə daim diqqəti öz üzərinə çəksin. Amma bəzi səbəblərdən saçlar öz canlılığını itirir və tez-tez yumağımıza baxmayara

.

Gözəlliyin qadınların sosial və peşə həyatına təsiri

Gözəllik, cəmiyyət tərəfindən qiymətləndirilən bir atribut olaraq, qadınların sosial və peşə həyatında əhəmiyyətli bir rol oynayır. Bu təsir, cəmiyyətin gözəllik standartlarına uyğunlaşmaqla yanaşı, qadınların özlərini nec

.

Niyə italyan qadınları bu qədər cəlbedicidirlər?

İtalyan qadınlarının gözəlliyinin sirri sehrli vasitələrdə deyil, gündəlik vərdişlərdədir. Düzgün qidalanma, təbii dəriyə qulluq, özünə sevgi və həyatdan zövq almaq qabiliyyəti onlara illərlə qadınlıqlarını qorumağa kömə

.

Qaynaq kipriklər, irəli uzanmış silikon dodaqlar... Gözəlliyin "standart"ı varmı?

Son zamanlar Azərbaycanda sanki bir gözəllik "bumu" yaşanır. Kimin əlinı bir balaca pul keçirsə, gözünü dartdırır və ya dodaqlarını şişirdir. Burunlar da eyni cərrahın əlindən çıxdığı üçün hamı bir-birinə bənzəyir

turlar.az

gözəllik məhsulları geyim necə seçməli hamilelikde qidalanma oxsamalar əkizlər bürcü bizim məşhurlar yay donlari 2026 kosmetika sevgi kurtlar vadisi sirin qogal yumurta bayati