Di George Sindromu – Genetik anomaliya

Di George Sindromu – Genetik anomaliyaDG sindromu 22 ci xromosomun 22q11.2 delesiyası və ya translokasiyası nəticəsində xromosomun yenidən şəkillənməsi ilə meydana gələn genetik bir anomaliyadır.
Bu bölgədəki TBX1 geni xəstəlik yaratmaqla önəmli rol oynayır. Bu sindromun prevalansı (yəni sindromun toplumda özünü büruzə vermə sıxlığı) təxminən 1:4000 ilə 1:6000 arasıdır. Pasiyentlərin böyük bir qismində 22q11.2 mikrodelesiyası görülməklə yanaşı bəzən sporadik de nova mutasiya ilə də meydana çıxa bilir. Təxminən 6-7 % hallarda ailəvi irsiyyət tipi görülür. Di George sindromu autozom dominant ötürülmə ilə seyr edilir.
Bu sindrom əsas olaraq hamiləliyin 3-8.ci həftələri arasında meydana çıxan qüsurlu inkişaf nəticəsində yaranır. 22 ci xromozomdakı gen defekti nəticəsində bətndaxili inkişafın 3.cü və 4.cü faringal yarıqların anormal inkişafı olur. Bu sindrom timus hipoplaziyası, ikincili immun çatışmamazlıq, anadan gəlmə ürək və böyük damar anomaliyası, spesifik üz quruluşu, inkişaf geriliyi, hipoparatiroidizm kimi klinik əlamətlər ilə özünü büruzə verir.
22q11 mikrodelesiya sindromu olan pasiyentlərin 75 % də ürək anomaliyası aşkarlanır və bu pasiyentlərdə ölümə səbəb olur.
Üz anomaliyası: kiçik çənə, qulaqların nisbətən aşağı pozisiyada olması, gözlər arası məsafənin çox olması kimi əlamətlər olur. Di George sindromunda timus vəzinin zəif inkişaf etməsi və ya yaranmaması səbəbindən T hüceyrələri sintez olunmur və bu da immun sistemi çatışmamazlığına səbəb olur. Timus funksiyası olmayan və sümük kök hüceyrəsində T hüceyrələrə çevrilə bilmədiyi uşaqlar 2 yaşına qədər ağır infeksiyon səbəbindən ölürlər. Bu zaman ediləcək ən doğru addım T hüceyrələrinin köçürülməsidir. Prosedur anesteziya altında aparılır və klinik ədəbiyyatda yaşam şansının 75% olduğu bildirilmişdir.
Paratiroid vəzi parathormon ifraz edərək Ca balansını tənzimləyir. Di George sindromlu xəstələrdə bu vəz olmadığından buna bağlı olaraq Ca çatışmamazlığı yaranır və qıcolmalar görülə bilər.
Əlavə olaraq, onu da qeyd etmək lazımdır ki, bəzi xəstəliklər vardır ki, DG sinromu ilə bənzər simptomları göstərir. Məsələn,
- Smith-Lemli-Opitz sindromu (polidaktiliya və damaq yarığı)
- Goldenhar sindromu (qulaq anomaliyaları, ürək anomaliyaları, böyrək fəsadları)
-  Alagille sindromu
- CHARGE sindromu
Klinik şübhə olduqda diaqnozu dəqiqləşdirmək üçün FISH, MLPA, SNP array, microarray, qPCR kimi metodlar tətbiq edilə bilir. Hamiləlik zamanı klinik əlamətlər USM vasitəsi ilə də görülə bilər.
DG sindromlu pasiyentlər üçün spesifik bir müalicə sxemi yoxdur. Müalicə sxemi əsasən klinik əlamətlərin səbəb olduğu simptomları aradan qaldırmağa əsaslanır. Ağır immun çatışmamazlığı olan pasiyentlərin xüsusilə infeksiyalardan qorunması, profilaktik tədbirlərin görülməsi, bu pasiyentlərə canlı virus peyvəndinin vurulmaması, Ca-vit D istifadəsi kimi tədbirlər görülür.
İmmunaziyasiya venadaxili immunoqlobulin və antibiotik profilaktika rejimləri pasiyentin fərdi laborator dəyərlərinə əsasən 6-12 ay arası təyin edilir.
Yarıq damaq halı kimi qüsurların cərrahiyyə metodu ilə düzəldilməsi uzman otolorinqoloq, plastik cərrah və üz-çənə cərrahı tərəfindən qiymətləndirilir. Yarıq damaq probleminin düzəlməsi qidalanma qabiliyyətinin və danışıq qabiliyyətinin inkişaf etməsinə, pulmonar infeksiya hallarının isə azalmasına kömək edə bilər.
Eşitmə problemi yaşayan pasiyentlər üçün isə audiometrik diaqnostika mütləqdir. Əlavə bunu da qeyd etmək lazımdır ki, timus və hemopoetik transplantasiya olmadan bu pasiyentlər 12 aya qədər dünyasını dəyişirlər.
DG sindromlu övladı olan hər bir valideyinin bilməsi vacibdir:
- Düzgün və dəqiq genetik konsultasiya
- İnfeksiyanın ilkin əlamətləri
- Hipokalsimiyanın əlamətləri
- Cərrahi müdaxilə variantları
- Qidalanma və ya dil çətinliyini aradan qaldırmaq üçün danışma terapiyası
- Psixoloji yardım
Diaqnoz və idarə etmə çətin olsa belə düzgün mütəxəssislərin birgə səyi nəticəsində DG sindromlu pasiyentlərin ölüm hallarını azaltmaq olar.
Analizə və genetik konsultasiyaya görə Afgen Genetik Diaqnoz Mərkəzinə müraciət edə bilərsiniz.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 954   Tarix: 05 fevral 2023
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Alimlər ağciyər xərçənginin inkişaf səbəbini tapdı

Ağciyər xərçəngi iltihab nəticəsində inkişaf edə bilər. xəbər verir ki, Texas Universitetinin tədqiqatçıları bu qənətə gəliblər. Belə ki, ağciyər toxumalarında baş verən iltihab görünən şiş yaranmadan əvvəl xərçəngin inkişafın

.

Pendirin beyinə faydası nədir?

Müntəzəm olaraq pendir yemək demensiyanın (ağıl zəifləməsinin) inkişaf ehtimalını azalda bilər. xəbər verir ki, bu nəticə "Nutrients" jurnalında dərc olunan yeni elmi araşdırmada göstərilib. Tədqiqat 65 yaşdan yuxar

.

Hamam otağını belə təmizləmək xərçəng riskini artırır - Xəbərdarlıq

Evdə təmizlik zamanı istifadə olunan bəzi vasitələr sağlamlığa ciddi zərər verə bilər. xəbər verir ki, bəzi təmizlik vasitələrinin tərkibində olan formaldehid, ftalatlar və uçucu üzvi birləşmələr kimi maddələr havada toplanara

.

Bu, orqanizm üçün siqaretdən təhlükəlidir

Yalnızlıq sağlamlıq üçün siqaretdən heç də az təhlükəli deyil. xəbər verir ki, Harvard alimləri tənha insanların 8 il daha az yaşadığını müəyyən ediblər. Dostların, sevgilinin olmaması, daxili təklik sonradan depressiv düşüncələr

.

Parmesan pendiri əslində nədən hazırlanır? - şoka düşəcəksiniz

Parmezan dünyanın ən məşhur pendirlərindən biridir, lakin bütün istehlakçılar bunun vegetarianlar və veganlar üçün uyğun olmadığını bilmirdi. Onun istehsalı buzov mədəsindən alınan fermentlə bağlıdır.  xəbər verir ki, mövzun

.

"Kişilər performans üçün dərman atır, amma bilmirlər ki, arıqlamaq bəs edir"

Uroloq Rodriqo Braz kişilərdə erektil disfunksiya ilə əlaqəli xəstəliklər barədə danışıb. xəbər verir ki, "Metropoles" nəşrinə açıqlamasında həkim bu problemin bir çox hallarda şəkərli diabet və ürək-damar sistem

.

Süd vəzi xərçənginin əsas əlamətləri açıqlandı

Süd vəzi xərçənginin əsas əlamətləri açıqlanıb. xəbər verir ki, Piroqov Universiteti Cərrahiyyə İnstitutunun onkologiya və radioterapiya kafedrasının professoru Yelena Artamonova bildirib ki, süd vəzinin formasında dəyişiklik

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Gündə nə qədər zeytun yemək lazımdır? – faydaları

Zeytun həm qədim dövrlərdən bəri "sağlamlığın simvolu" sayılır, həm də Azərbaycan süfrələrinin ayrılmaz hissəsidir. Lakin mütəxəssislər bildirirlər ki, bu məhsulun faydaları çox olsa da, gündəlik qəbul miqdarı düzgü

turlar.az

adlarin menasi hamiləlik kosmetoloq cinsi problemlər milli mətbəx yaz salatlari elm haqqinda atalar sozleri kosmetika zehmet ve zinet nağıllar rus dilini öyrənək 2 ci dərs novruz bayramı haxışta suni mayalanma