DİQQƏT: bu qidalar da xərçəng riskini azaldır, immuniteti qaldırır -
İmmun sistemi orqanizmin vacib sistemlərdən biridir. İmmunitet sistemi orqanizmin müxtəlif infeksion xəstəliklərdən spesifik müdafiəsini təmin edir.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, müxtəlif infeksiyalarla mübarizədə bədənimizin bəzi enerji qaynaqlarına, vitaminlərə və minerallara ehtiyacı var. Mütəxəssislərin fikrincə, aşağıdakı qidalar hüceyrələrin bədəndə rahat bölünməsi üçün daha vacibdir:
Turp - fol turşusu, K vitamini və antioksidanlarla zəngindir. Tərkibindəki güclü vitaminlər və antioksidanlar sayəsində bədəndəki iltihabı azaldır və xərçəngin meydana gəlmə riskini azaldır. Bədəndəki zərərli mikroorqanizmlərlə mübarizə apararaq hüceyrələrin yenilənməsində rol oynayır və immunitet sistemini gücləndirir.
Çərəzlərdən - qoz, fındıq, badam və kətan toxumunun tərkibindəki yağ turşusu olan Omega-3 həm bədəni, həm də beyini yeniləməyə kömək edir.
Yumurta - protein, dəmir, B12, D və A vitamini mənbəyidir. Əzələlərin inkişafı, saç, dırnaq və dəri problemlərini aradan qaldırmaq üçün əsas vasitədir.
İspanaq - tərkibindəki yüksək C vitamini sayəsində kollagen istehsalını artıran və dəriyə sağlam bir görünüş verən bu qida hüceyrələrin yenilənməsinə kömək edir. Yüksək lif, kalium və K vitamini ilə ürək-damar və bağırsaq sağlamlığını qoruyur.
Yerkökü - faydaları arasında güclü T antioksidant olan beta karotendir. İncə bağırsaqda A vitamininə çevrilən və bədənimizdəki tarazlığını qorumağa kömək edən beta karoten, dəri, saç və dırnaqları qorumaqda, ürək xəstəlikləri riskini azaltmaqda çox vacib bir komponentdir.
Milli.Az /news.milli.az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Kilosu 1 manata satılır, üzünə baxan yoxdur - Damarları açır, ürəyi gücləndirir
45 yaşlı aktyor evində ölü tapıldı
Nazilə İçərişəhərdə parklanma qiymətindən şikayətləndi
Konsertini buna görə təxirə saldı
Hər kəs istifadə edir: Ölümcül riski çox yüksəkdir
Mətbəxdəki gizli təhlükə: Vücuda daxil olduqda böyrəkləri sıradan çıxarır - FOTO
Yuxudan oyanan kimi bunları edin