Diqqət! Bunu qəti etməyin
Dırnaq kənarlarındakı kiçik dəri parçaları (soyulan dəri çıxıntıları) görüntü baxımından sizə narahatlıq gətirməklə yanaşı, təmizlənərkən ağrılı da ola bilir. Ondan qurtarmağın yolu isə əsla qoparmaq deyil.
Əl baxımına diqqət edən hər kəs dırnaqların kənarlarında çıxan kiçik dəri parçalarından rahatsız olur. Onlardan qurtarmaq üçün isə dartıb qoparmaq ən qısa yoldur.
Amma bu zaman həm ağrı sizi narahat edər, həm qanama, həm də infeksiya təhlükəsi yarana bilər. Bu səbəblərdən mütəxəssislər dırnağın ətrafındakı parçaları qoparmamağı məsləhət görürlər. Artıq dəri dırnağın ətrafında özünə yer tapınca böyüməyə başlayır.
Əllərinizi tez-tez nəmləndirin
Bəs bu dırnaqətrafı ətlərin yaranmasının qarşısını almaq mümkündürmü?
Əgər əlləriniz bu ətlərin yaranması üçün münasibdirsə, onda tez-tez əllər üçün nəmləndirici kremlərdən istifadə edin.
Dırnaq yemək vərdişindən dərhal əl çəkin
Dırnaq yemək kimi bir alışqanlığınız varsa, dərhal bu vərdişdən əl çəkin. Dırnaqlarınızın manikur yolu ilə kəsilməsi dırnaqətrafı ətlərin yaranmasının qarşısını alar. Dırnaq kəsərkən, yavaşca yuvarlaq şəkildə və kənərlarına zərər verməməyə çalışın.
Çarəsi : Dəmir, kalsium və B vitamini ...
Dəmir, kalsium və B vitamini tərkibli qidalar qəbul etməklə dırnaqlar güclənir. Təbii ki, su içməyi də azaltmamalısınız.
DÖRD MƏRHƏLƏLİ MÜALİCƏ İLƏ XİLAS OLUN
1- Barmaq uclarını isti su və ya zeytun yağında saxlayın. Bu dərini yumşaldıb ağrını azaldır. Yəni dırnaqətrafı dərinin də yumşaldıb alınmasını asanlaşdırır.
2- Dırnaqətrafı ət parçalarına antibakterial nəmləndirici sürtüb, yavaşca ovxalayın, sonra yara bantı ilə sarıyın. Bu infeksiya düşməsinin qarşısını alır.
3- Dırnaqətrafı ətləri çıxdığı yerdən qayçı ilə kəsin. Qayçını əvvəlcə spirtlin içərisində bir qədər saxlayın.
4- Kəsdikdən sonra həmin nahiyəyə antibiotik krem sürtün. Yara bantı ilə sarıyın. 24 saat bu şəkildə qalsın. Qızartı və şişkinlik yaranarsa həkimə müraciət edin.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?
Ferhat Göçer Bakıda konsert verəcək
Azərbaycan məşhur yapon serialında - Foto
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq