Dirsək oynağının çıxıqları

Dirsək oynağının çıxıqlarıBu çıxıqlar yuxarı ətraflarda ən çox rast gəlinən travmalarından biridir. Dirsək oynağı çox mürəkkəb quruluşa malikdir. Onun əmələ gəlməsində 3 sümük: mil, dirsək (said) və bazu sümükləri iştirak edirlər. Travma nəticəində mil və dirsək sümüyü və ya ancaq mil sümüyü çıxa bilər.
Dirsək oynağının travmasının növündən və yerdəyişmə istiqamətindən asılı olaraq aşağıdakı çıxıqlar ayırd edilir:
-Arxa çıxıqlar - dirsəkönü sümüklərin arxaya yerdəyişməsi nəticəsində və əl açıq vəziyyətdə yıxıldıqda baş verir.
-Ön çıxıqlar - dirsəkönü sümüklıri önə doğru yerdəyişməsi ilə xarakterizə olunur. Bu çıxıq dirsək üstə yıxıldıqda baş verir ki, əl bükülmüş vəziyyətdə olur.
-Yan çıxıqlar - bu zman sümüklər yana doğru yerlərini dəyişir. Nadir hallarda əl yana açılmış vəziyyətdə olduqda yıxıldıqda olur.
-Mil sümüyünün çıxıqları əsasən uşaqlarda olur, daxilə çevrildikdə və aşağı uzadıldıqda baş verir. Eləcə qarışıq olaraq həm çıxıq, həm də sınıq ola bilər.
Əlamətləri:
Disək oynağında çıxıq, onun deformasiyası, güclü ağrı ilə müşayiət olunur. Oynaq nahiyəsində şişkinlik, dərialtina qansızmalar olur. Zərərçəkən əlini açıb bükə bilmir. Bəzən damarlar və sinirlər də sıxıla bilir. Bu nahiyədə dəri solğunlaşır, göyümtül olur, keyləşır, iynə sancma, "qarışqa yerişi" hissi meydana çıxır. Belə şəxs biləyini, barmaqlarını aça bilmir, cəhd etdikdə güclü ağrı olur.
Siz nə edə bilərsiniz:
Bu zaman mütləq "təcili yardım" çağirmaq lazımdır. Həkim gələnə qədər qola taxta parçası qoyub, yaylıqla bağlamaq lazımdır. "Təcili yardım " həkimləri müvəqqəti şina qoyurlar. Xəstəyə ağrıkəsicilər verilir, disək oynağı nahiyəsinə soyuq qoyulur. Özbaşına çıxığı yerinə salmaq olmaz, fəsadlara səbəb ola bilər.
Həkim nə edə bilər:
Travmatoloji şöbədə yerli keyitmə altında çıxıq yerinə salınır, oynaq nahiyəsinə anestetiklər vurulur. Çıxıq yerinə salındıqdan sonra gips sarğı qoyulur, 2-3 həftə saxlanılır. Mutləq rentgenoqrafiya olunmalıdır ki, sınıq inkar edilsin. Belə şəxsin iş qabiliyyəti 4-6 həftədən sonra bərpa olunur. Gips çıxarıldıqdan sonra fizioterapiya, massaj, müalicəvi bədən tərbiyəsi tətbiq olunur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1236   Tarix: 05 noyabr 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

kosmetik vasiteler yay kolleksiyasi hamiləlik ekzema xəstəliyi hüquqşünas hamiləlikdən sonra dirnaq maskalari kosmetika birlik öpüşme sevgi vidyolar irem derici