Doğuş zamanı ağrısızlaşdırma

Doğuş zamanı ağrısızlaşdırmaÇox tələbkar analar kesar kəsiyinin yerinə yetirilməsi üçün ümumi narkoz tələb edəcəklər. Adətən həyat yoldaşına əməliyyatın gedişində iştirak etməyə icazə verilir. Hətta körpəni qısa müddətə onun qucağına da verirlər. Ana narkoz altında olmasına bazmayaraq, ona da körpənin doğulduğunu xəbər verirlər.
Epidural anesteziya altında isə ana hər şeyi görür, eşidir. Doğuşdan sonra körpəsini qucağına alır, lakin zəif olduğuna görə onu cəmi bir neçə dəqiqə saxlayır.
Analar deyirlər ki, ağrının olmamasına baxmayaraq, onlar hər şeyi hiss edirlər, həkimin necə onların üzərində işlədiyini hiss edirlər və uşaq qarından çaxarıldıqda, doğuş təəsüratı yaranır. O anda körpə ilə ünsiyyətdə olmaq, ağrı keçirmədən balaya qovuşmaq, sərf olunmuş əməyə dəyər.
Kesar kəsiyi ilə əlaqədar olaraq, həm epidural həm də ümumi narkoz keçirmiş qadınlar bildirirlər ki, epidural anestziya zamanı aldıqları mənəvi rahatlığı, ümumi narkoz zamanı, təbii ki, ala bilmirlər. Həmçinin, epidural anesteziyadan sonra sağalma dövrü də daha müvəffəqiyyətlə keçir.

Bəzən epidural anesteziyanı vaxtın azlığı, ixtisaslı anestezioloqun olmaması və ya sadəcə bu üsulun həmin qadın üçün effektsiz olması üzündən aparılmır.
Doğuş zamanı isə bu barədə mübahisə etməyinə dəyməz. Həkim Sizin üçün xeyrli olan üsulu seçəcək, əmin olun. Lakin belə hallar olmasın deyə, hətta vaginal doğuş gözləndiyi hallarda, kesar kəsiyi ehtimalını yaddan çıxarmayın və hansı üsulla anestiziya aparılması barədə həkiminizlə qabaqcadan razılığa gəlməyə çalışın.
Kesar kəsiyi keçirmiş qadınlar əməliyyatdan sonra xəyal qırıqlığına uğraya bilərlər. Lakin bunun üçün heç bir səbəb yoxdur. Yadınıza salmaq istərdik ki, bu üsul yüzlərlə illərdən bəri ana və körpələrin həyatını qurtaran bir üsuldur və əgər bu üsul olmasaydı, kim bilir neçə ana bu dünyanı tərk etmiş, neçə körpə dünyaya gələ bilməmişdir?!
Bu mövzuda söhbət çox vacibdir, beləki, müzakirə olunacaq məsələlər həm Sizin həm də körpənizin sağlamlığı üçün cox vacibdir.
Hər bir qadın doğuşun ağrılı bir proses olduğunu bilir. Bunu yeniyetmə qız uşağı da ədəbiyyatdan, televiziyadan, ətrafdakıların danışdıqlarından bilir. Lakin fərq ondadır ki, bu informasiya bir qorxuya çevrilib onun qabıqaltı şüurunda yuva salır. Sonralar böyüdükdə, dünyaya uşaq gətirmək məqamı çatdıqda, həmin qorxu hissi iki qat güclənmiş şəkildə yenidən baş qaldırır.
Yəqin ki, Siz də bilirsiniz ki, qorxu subyektiv bir hissdir. O ancaq bizim şüurumuzda mövcuddur. Ona görə də bu hissə qalib gəlmək lazımdır.
Lakin orqanizmin fiziki və psixi imkanları bu ağrının öhdəsindən gələ bilmir. Belə hallarda müasir tibb elmi hamilə qadının köməyinə gəlir. Təbabətin arsenalında analgeziya (ağrısızlaşdırma) və anesteziya (hissiyyatın azaldılması) effekti yaradan bir sıra preparatlar var. Bu maddəlrə narkotik qrup maddələr, spazmolitiklər, neyroleptiklər, trankvilizatorlar, anestetiklər və s. daxildir. Bu maddələri yerli, venadaxili, əzələdaxili, ağız boşluğu vasitəsilə, şam şəklində və inhalyasiya kimi tənəffüs yollarına boru vasitəsilə daxil etmək olar.
Bu maddələrin qadına və dölə təsiri hərtərəfli öyrənilmişdir. Arzu olunmaz kənar effektləri və bunların aradan qaldırılması üsulları da məlumdur.
Bu maddələrin təyin olunması göstəriş üzrə və fərdi xüsusiyyətlər nəzərə alınmaqla təyin olunur. Bu təyinatlar ixtisaslı həkim-anestezioloqun nəzarəti altında aparılır.
Buna görə narahatlıq üçün heç bir səbəb yoxdur. Həkimlər həm Sizin həm də körpənizin sağlamlığı üçün tam məhsuliyyət daşıyır, bütün peşəkar bacarığını istifadə etməklə, Sizin maraqlarınızı güdür.Bir neçə kəlmə ağrı ilə mübarizə vasitələrindən biri olan, xarici ölkələrdə geniş tətbiq olunan peridural anesteziya barədə danışmaq istərdik.
Bu üsulda anestetik maddə (lidokain, bupivakain və s.) bel fəqərələri arasındakı epidural boşluğa yeridilir. Anestetik iri sinirlərin köklərini blokada edir və nəticədə uzun müddətli və möhkəm aşrısızlaşdırma effekti əldə olunur.
Peridural anesteziyanın effektini öz gözü ilə görmüş bəzi mama � ginekoloqlar yaxşı mənada şoka düşmüşdülər. Tutmaların ən kulminasiya dövründə qadın heç bir şey yoxmuş kimi kitab oxuyurdu. Bundan başqa peridural anesteziyanın bir sıra müsbət cəhətləri də var. Bu üsul dölün maddələr mübadiləsinə müsbət təsir göstərir. Ağırlaşmaların baş verməsi də istisna olunmur, bu barədə həkiminizlə söhbət etməniz məsləhət görülür.
Sonda, bir neçə kəlmə də qeyri-medikamentoz anesteziya haqqında da demək istərdik. Bəzən elektroalgeziya adlanan xüsusi qayda ilə modullaşdırılmış ən zəif cərəyandan istifadə etməklə ağrıkəsici təsir göstərilir. Bundan başqa akupunktur ağrısızlaşdırma � müvafiqbioloci nöqtələrin iynələnməsi də istifadə olunur. Həyat yoldaşının doğuşda iştirak etməsi də doğan qadına müsbət təsir göstərir. Bu fakt qadını həyat yoldaşının qarşısında zəifliyini göstərməmək üçün öz qüvvə və bacarığını mobilizə etməyə vadar edir. Həmçinin fiziki və mənəvi dəstək kimi həyat yoldaşı ən yaxşı nümayəndədir.
Beləliklə, yadda saxlayın ki, doğuşu Analıq Bayramına çevirmək Sizin öz əlinizdədir.

Doğuşun alternativ üsulları

Doğuş zamanı yarımçarpayıların (ginekoloci kreslo) istifadə olunması ananın körpə ilə bağlı narahatlığını artırır və onun fikri ancaq doğularkən körpənin təhlükədə ola bilməsinə yönəlir. Ana qorxur ki, doğularkən uşaq yerə düşər və ya onu yerə sala bilərlər. Həmçinin ananın özünündə bu çarpayıda vəziyyəti o qədər də estetik və rahat deyil. Tam çarpayılardan istifadə edildikdə isə bu narahatlıqlar arxa plana çəkilir, o, diqqətini düzgün tənəffüsə və gücverməyə yönəldir.
Doğulan körpə doğulduqdan sora həkim tərəfindən ilkin müayinə edilir, bələnir və anaya verilir. Odur ki, bəzən analar körpəsini lüt görə bilmir. Belə analarda tezliklə bələyi açıb onun körpəsinin vəziyyətində hər şeyin yerində olmasını öz gözü ilə görmək istəyi olur. Bəziləri isə təcrübəsiz olduqları üçün, körpəni məhz bələndikdən sonra görməyə üstünlük verirlər.

Kesar kəsiyi-Bir sıra əsirlər boyunca kesar kəsiyi ancaq ananı xilas etmək mümkün olmadıqda, körpəni qurtarmaq üçün aparılmışdır. X1X əsrdən başlayaraq, uşaqlığa tikiş qoymaq mümkün olmuşdur və 50-ci illərdən etibarən, kesar kəsiyi müxtəlif tibbi göstərişlərlə aparılmışdır.
Yaddan çıxarmayın ki, kesar kəsiyi cərrahi əməliyyatdır və bu əməliyyat zamanı da bütün başqa əməliyyatlarda olduğu kimi ana üçün və eləcə də körpə üçün ağırlaşmalar yarana bilər. Fizioloci doğuş çətinliklər və diskomfortla əlaqədar olmasına baxmayaraq, belə doğuş zamanı körpə bütün proses boyunca tədricən yeni mühitə, çətinliklərə uyğunlaşır. Kesar kəsiyi ilə doğulan uşaqlarda isə adaptasiya daha çətin gedir.
Kesar kəsiyinin aparılması üçün göstəriş ağır toksikoz, qanaxma, dar çanaq, dölün köndələn gəlişi də ola bilər. Bəzən fizioloci doğuş mümkün olduğu halda belə kesar kəsiyi aparılır. Buna əsas olaraq, çanaq gəlişi, zəif doğuş fəaliyyəti, iri döl, kəskin hipoksiya (oksigen çatmamazlığı), uzun sürən hamiləlik, 30 yaşdan yuxarı ilk doğuş götürülür.

Kesar kəsiyinin sayı artır

Təəssüflər olsun ki, zon zamanlar Qərb ölkələrində kesar kəsiklərinin sayı kəskin artmışdır. Bunun səbəbini araşdırarkən, belə nəticəyə gəlmək olar ki, sadəcə olaraq, mama-ginekoloqlar həmin ölkələrdə doğuşla bağlı baş verən məhkəmə süründürməçiliklərindən bezmişlər. Bundan yaxa qurtarmaq üçün isə, onlar məhz kesar kəsiyi vasitəsi ilə doğum aparmağı təklif edirlər.
Belə bir yanlış fikir var ki, kesar kəsiyi fizioloci doğuşdan daha təhlükəsizdir, lakin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qərb ölkələrində əsassız olaraq hədsiz artmış kesar kəsiyi hallarını aşağı salmağı məsləhət görür.

Ailə və Uşaq     Baxılıb: 4900   Tarix: 28 sentyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Mükəmməl seks üçün yataqdakı QAYDALAR

Qüsursuz və ideal seks üçün yataqda riayət etməli olduğunuz qaydaları bilirsinizmi?. 1. Gigiyena. Qadını məmnun etmək üçün aşağıdakıları tətbiq etmək lazımdır:. - Düzgün şəkildə yuyunmaq lazımdır ki, heç bir yerindən iy gəlməsin

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayaq. Uşağın cinsini əvvəldən müəyyən etmək üçün internetdə bir neçə cədvəl var. Bunlardan ən çox yayılanı yüz illərdir istifadə olunan "Çin təqvimi"dir. Bu təqvim ananı

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

turlar.az

reseptler yemek reseptleri gözəllik məhsulları yay donları 2026 genc aile veten haqda atalar sözləri otaq dizaynları kosmetika porno haxista englishdilində qulaq hakışta sekis