Donuz və digər heyvan ətləri

Donuz və digər heyvan ətləriBabilistanda donuz murdar heyvan sayılır və onun ətini nadir hallarda yeyirdilər. Qədim Misirdə-Nil çayının deltasında isə donuzlardan toxumun yerə basdırılmasında istifadə edirlər.
Qədim İtaliyanın ziyafət məclislərində isə donuz ətindən hazırlanan məhsullar süfrənin yaraşığı sayılırdı. İtalyanlar qaban və ev donuzundan əlliyə yaxın xörək hazırlayırdılar. Romalılarda qızdırılmış bütöv donuz balasını (çoşkanı) süfrəyə qoymaq hələ o zaman bir adət olmuşdur. Varlı romalıların süfrələrinə hətta bütöv qaban da verirlərmiş. Romalılar donuz içalatından yunanlar kimi qan kolbasası, həmçinin içalat kolbasası hazırlayırdılar. Ədviyyatlı kolbasaları xüsusi sobalarda qızdırıb isti şəkildə satırlarmış.
Strabon yazırdı ki, Fransanın qədim qall tayfalarının o qədər donuz sürüləri vardır ki, onlar duzlanmış ət və gön məmulatı ilə Roma və İtaliyanın vilayətlərini kifayət qədər təmin edirlər. Özləri də il boyu gen-bol təzə və duzlanmış donuz əti yeyirlər. Qalliyalılar ən ağır çəkili donuz budunu digər millətlərin aşpazlarına nisbətən keyfiyyətlə bişirir və ləzzətli hazırlayırlar.
Varron yazırdı: "Deyirlər, təbiət donuzu ziyafət üçün yaratmışdır".
Orta əsrlərdə donuz əti ingilis və skandinaviyalıların da sevimli yeməyi idi. Onu duzlayır, müəyyən müddətdən sonra suda bişirib yeyirdilər.
Asiya ölkələrindən Malayziyada da donuz əti qədim dövrdən dəbdədir. İndoneziyanın Bali adasında donuz balasını bütöv qızardıb, kəskin tamlı sousla yeyirdilər.

Bəzi xalqların öz təbii coğrafi mövqelərinə uyğun olaraq heyvan növləri var idi. Strabon yazırdı ki, skiflər at əti yeyir. X əsrdə İbn Fədlan da öz əsərlərində Volqa bolqarlarının da at əti yeməsi barədə söz açır.
Müasir dövrdə at əti Volqa tatarlarının, eləcə də qırğızların xoşladıqları ərzaq növüdür. Maraqlı faktdır ki, orta əsrlərdə Skandinaviya əhalisi qoyun, donuz və mal əti ilə yanaşı at əti də yemişdir.
Marko Polo qeyd edir ki, Madaqaskar əhalisi çoxlu dəvə əti yeyir və onu insan orqanizmi üçün çox xeyirli sayır.
Ərəb xalqları arasında dəvə çox yayıldığı üçün onun əti də çox sevilən ləzzətli yemək sayılırdı.
Afrikada dəvəquşunun və filin ətini sevə-sevə yeyirdilər. Şimal rayonlarında nenlər, eskimoslar və sair xalqlar maral ətini, Koreyada isə xüsusi cins itlərin ətini çox sevirlər.
Vaxtı ilə Amerika hinduları çoxlu bizon əti yeyirdilər. Amerika tədqiqatçısı C.Ketlin 1837-1838-ci illərə aid olan məlumatında deyir: "Bizon əti bütün ölkə sakinlərinin əsas ərzağıdır və onların həyatını yaxşı təmin edir. Yay və payız aylarında hindularda təzə ət bol olur və onlar əti müxtəlif cür bişirir - qaynadır, pörtür, hisə verir ...".

Sağlamlıq     Baxılıb: 2385   Tarix: 13 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

turlar.az

kosmetoloq reseptler qis geyimləri 2026 soz ehtiyati artirmaq vətənə aid bayatılar haqista hamiləlik və doğuş kosmetika oglaq englishdilində qulaq vətən haqqında atalar sözləri kökəlmək üçün 8 mart