Dünya bu qızdan danışır: Bu qız görənləri ŞOKA salır – VİDEO

Dünya bu qızdan danışır: Bu qız görənləri ŞOKA salır – VİDEOABŞ-ın Missuri ştatında yaşayan 29 yaşlı Tişa Şelton anadan qolsuz doğulub. xanim.az arb tv-yə istinadən xəbər verir ki, qolsuz hər işi təkbaşına görə bilən Şelton, hətta maşın təmir edir, ev yığışdırır, qab yuyur. Onun ayaqlarından biri digərindən balacadır. Amma onu həyatda saxlayan da sözün hər mənasında ayaqlarıdır. Bu üzvlər Tişaya hər mənada əl-qol açmağa imkan yaradır. Güman ki, qolsuz doğulması səbəbindən onun ayaqları uzun illər ərzində bu cür funksionallaşıb. O, heyrətamiz işlər görür. Mətbəx işləri, yemək bişirmək, paltar yumaq və digər ev işləri Tişa üçün heç də çətinlik yaratmır. Adam çox soyuqqanlı şəkildə az qala hər işin öhdəsindən gəlir. Avtomobil təmir etməkdən tutmuş avtomobil idarə etməyə qədər.
Dəfələrlə dünya mediası ondan yazıb. İnsanlar heyran qalır. Bir insan qolları olmadan bu qədər işi necə bacara bilər axı. Tişa isə bu marağı görüb Yutub portalında bir kanal açır. "Tişa qolsuz" adlanan kanalda o öz videolarını çəkir, sonra isə onları montaj edərək paylaşır. Bəli, düz eşitdiniz, montaj edərək paylaşır. Özü edir. Qolları olmadan edir bunu. Fantastik bacarıqdır.
Bu bacarığından pul qazanmaq məqsədilə Tişa iş elanlarına da baş vurub. Amma onu bu halda görüb bir çox hallarda onu işə götürməkdən imtina ediblər. Qolsuz xanım isə deyir ki, işə götürənlər ona etibar etmir, amma o, çox yaxşı qrafik dizaynerdir və işçi kimi ümidləri doğrulda bilər. Tişa Şelton əyləncəsindən də qalmır. Dostları ilə görüşür, müxtəlif əyləncə məkanlarına gedir, istirahət edir. Bazarlığı isə heç kimə etibar eləmir. Deyir, ayağım hara, pulum da ora. Sosial mediada 2 milyondan çox izləyicisi olan Tişa dünyada bu cür problemi olanlara, ümumiyyətlə fiziki məhdudiyyətli şəxslərə çox böyük nümunə və stimuldur.

Mətbəx     Baxılıb: 3334   Tarix: 02 noyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Qat-qat xəmir ilə göbələkli, farş ətli piroq

Yumşaq qat-qat xəmirdən müxtəlif cürə yeməklər hazırlaya bilərsiniz. Qeyd edək ki, qat-qat xəmir mağazalarda hazır satılır. İstəsəniz evdə də hazırlaya bilərsiniz. Tezliklə qat-qat xəmirin resepti də saytımızda hazır olacaq

.

Mərci mal əti şorbası Scrocchiarella restoran resepti

Tərkibi (1.8 L qazana). Yerkökü - 100 q. Qırmızı soğan - 150 q. Kərəviz - 60 q. Mal əti bonfili - 300 qr. Mərci - 120 q. Təzə bolqar bibəri - 200 q. Zeytun yağı - 50 q. Kərə yağı - 50 q. Pomidor sousu - 400 q. Soyulmuş sarımsa

.

Kiçik Qablarda Kükü

Hamının tanıdığı kükünü bu formada süfrəyə təqdim etsəniz əminəm ki, çox maraqlı və fərqli olacaq. Kiçik maffin qablarında sobada hazırlanan göyərti küküsü həm isti yemək, həm isti qəlyanaltı və ya qarnir kimi ət yeməklərini

.

Şəfaverici Itburnu Içkisi – Resept

E vitamini ilə zəngin olan itburnu bitkisinin dəri üçün də faydalı olduğu məlum olub. Hətta bir çox dəriyə qulluq vasitələrinin tərkibinə itburnu ekstraktı və yağı əlavə edilir. Bu bitkini olduğu kimi yemək bir qədər çətindir

.

Amosov pastası – zehin və ürək üçün təbii gücləndirici

Akademik Amosov əməliyyat olunan xəstələr üçün əməliyyatdan sonra orqanizmin tez surətdə bərpası və güclənməsi üçün gücləndirici qarışım tövsiyə edir. Mikroelementlər və minerallar qaynağı olan bu qarışımın reseptini təqdi

.

Dadı Damağınızdan Getməyəcək Tünbəki Dolması

Dadı Damağınızdan Getməyəcək Tünbəki Dolması. Author: Selcan Xatun. Category: Ət Yeməkləri. Cuisine: Azərbaycan Mətbəxi. Yields:. 1 Serving. Qədim və zəngin Azərbaycan mətbəxinin adından və dadından xəbərsiz olduğumuz bölgələrin

.

Toyuq əriştə şorbası

Hamı bilir ki, hamı sağlam olmaq üçün hər gün ilk yeməkləri yeməlidir. Toyuq şorbaları əla sağlam bir yemək seçimidir. Müxtəlif şorbalar var - düyü ilə, qarabaşaq yarması, əriştə və ya kartof ilə. İndi demək olar ki, hə

.

Badımcan Salatı

Fərqli dadı olan bu salatı hamıya hazırlamağı məsləhət görərdim. Əminəm ki, çox bəyəniləcək. Lazım olan ərzaqlar:. 4-5 ədəd orta boy badımcan. 3 ədəd pomidor. 1-2 ədəd bibər. 250 qr toyuq döş əti. keşniş. şüyüd. bitki yağı

.

Badımcan Pizzası

Yəqin ki, badımcanı nə qədər çox sevdiyimi bilirsiniz. Badımcanla klassik dolma, cığırtmadan tutmuş, Çin mətbəxində badımcanın hazırlanması və bir çox başqa reseptlər ilə sizinlə artıq paylaşmışam. Bu gün isə sizə bosta

turlar.az

toy gecesi geyim necə seçməli donlar 2026 veten haqda atalar sözləri küftələr köynək modelləri is qurmagin yollari kosmetika cinsi vətənə aid arxadan olmag hüzeyir hacibəyov məsəllər