Dünya qadınlarının xanımı-Həzrəti Fatimə

Bu gün xanımlar xanımı Həzrəti Fatimənin mübarək mövlud günüdür.
Dünya qadınlarının xanımı-Həzrəti FatiməHəzrəti Fatimə Peyğəmbərin (s) və Həzrəti Xədicənin ən kiçik övladıdır. Bəzi mənbələrə görə o, m. 605-cü ildə Məkkədə dünyaya gəlmişdir. Fatimədən başqa Peyğəmbərin daha 3 qız övladı vardı. Anası Həzrəti Xədicə dünyadan köçəndə Fatimə 6 yaşında idi. Anasını itirən bu balaca qız atasının himayəsində qalır. O, Peyğəmbər kimi bir atanının yanında xəyanət və əziiyətlərlə dolu Məscidül-həramda addım-addım böyüyüb irəliləyən bir qız idi. O, cəhalət və bütpərəslik dövründə peyğəmbərlik kimi ağır bir vəzifəni daşıyan atanın yanında böyümüşdü. Hər kəsin Peyğəmbərdən (s) üz döndərdiyi bir vaxtda Həzrət Fatimə (s) öz məhəbbəti ilə atasının ürəyini sevinclə doldurub onun risalətinə inanan, ona qüvvət və ümid verən yeganə insan idi.

Həzrəti Fatimə artıq böyümüşdu və ona bir çox zadəgan ailələrdən elçilər gəlirdi. Ancaq nə Peyğəmbər, nə Fatimə (ə) onlara razılıq vermədi. Zəhra kimi bir xanımın ömür-gün yoldaşı onun kimi insanlıq dəyəri və kamilliyi ilə ona bərabər olan bir insan olmalı idi. Ona layiq hörməti və sevgini göstərib, onun dəyərini dərk edə bilməli idi. Evliliyin təməli üçün İslam dininin də əmr etdiyi budur.

Əli İbn Əli Talib (ə) də Həzrəti Zəhraya elçi gəlir. Peyğəmbər və qızı bu elçiliyə razılıq verirlər. Hicrətin ikinci ilində Əli ilə Fatimənin toy mərasimi keçirilir və İslam tarixində ən mehriban, ən ülvi və ən möhkəm ailənin təməli qoyulur. Bu iki gənc cahiliyyətdən uzaq idilər və hər ikisi də həyatlarının ilk illərindən başlayaraq risalət dənizi ilə vəhy nurunun kölgəsində böyümüşdülər.

Әli əleyhissalam və Fatimə (s) yeni həyatlarına Mədinədən səkkiz kilometr uzaqlıqda, Quba məscidinin yanında başlasalar da, qısa müddətdən sonra onlar yenidən Mədinəyə köçüb özlərinə Peyğəmbərin qonşuluğunda ev tikirlər. Peyğəmbər üçün də Әli və Fatiməni yanında görməmək, onlardan uzaq qalmaq çox çətin idi.
Әli öz evini palçıq, xurma ağacının yarpaq və budaqlarından tikdi.

Həzrət Әli əleyhissalam ilə Fatimənin həyatı bütün nəsillər üçün laiyqli bir məktəbdir. Bir-birlərinə qarşı olan rəftarları sanki tərbiyə və ədəbdən yoğrulmuşdu.
Bu evlilikdən Həsən (ə) və Hüseyn (ə) adlı iki oğul, Zeynəb və Ümmi-Gülsum adlı iki qız dünyaya gəldi. Onlar uşaqlarının tə᾽lim-tərbiyəsini də unutmur, onların sözlərinə qulaq asır, müxtəlif suallarına cavab verərək bu balaca uşaqlar ilə çox mehriban rəftar edirdilər. Heç vaxt onların üstünə qışqırmaz və ya narahtedici bir söz söyləməzdilər.

Fatimə (ə) İslam tarixində hədsiz imanlı, son dərəcə iffətli, səxavətli, elmli bir qadın kimi yad edilir. O, qısa ömrü ərzində dini və dünyəvi məsələlərdə Mədinə qadınları üçün əsl müəllimə rolunu oynamış, müraciət edən hər kəsə mənəvi və maddi yardım göstərmişdir.

Həzrət Mühəmməd Peyğəmbər (s) Fatiməni (ə) "dünya qadınlarının xanımı" adlandırmışdır.
Həzrəti Fatimə dörd behişt qadınlarından biridir. Həmin dörd qadın Məryəm, Asiya, Xədicə və Fatimədir. Həzrəti Fatimə Peyğəmbər nəslinin davamçısıdır.

Ailə və Uşaq     Baxılıb: 3481   Tarix: 10 aprel 2015
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

turlar.az

makiyaj etmek qaydalari hamiləlik geymler 2026 xren yarpagi uz ucun maska resepti hobbi allergiya kosmetika baldiza aid haxisda dolca burcler vetene aid bayatilar qurd ve quzu