Düyünlü ur 90 faiz hallarda...

Düyünlü ur 90 faiz hallarda...Mayın 25-i Ümumdünya Qalxanabənzər Vəzi Günüdür. Bu günün keçirilməsində məqsəd dünya ictimaiyyətinin diqqətini qalxanabənzər və ya tiroid vəzi xəstəliklərinə yönəltməkdir. Tiroid vəzi xəstəlikləri bütün dünyada olduğu kimi bizim ölkəmizdə də artmaqdadır. Belə ki, endokrin xəstəliklər arasında ilk yeri şəkərli diabet, ikinci yeri isə qalxanabənzər vəzi xəstəlikləri tutur.
Milli.Az bildirir ki, bu sözləri AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının cərrah-endokrinoloqu, tibb üzrə fəlsəfə doktoru Azər Hümmətov deyib.
Cərrah-endokrinoloq bildirib: "Qalxanabənzər vəzi boyunda nəfəs borusunun və qırtlağın önündə yerləşən, hormon sintez edən orqandır. Vəzinin ifraz etdiyi hormonlar orqanizmimizin metabolik, hormonal, qan dövranı, böyümə və digər sistemlərinin fəaliyyətinin tənzimlənməsində əhəmiyyətli rol oynayır. Qalxanabənzər vəzi xəstəliklərinin xoşxassəli və bədxassəli növləri var. Xoşxassəli növlər dedikdə, graves xəstəliyi, zəhərli ur və ya zəhərli zob, düyünlü ur və ya düyünlü zob, Haşimoto tireoiditi, autoimmun tireoiditlər, yarımkəskin tireoiditlər nəzərdə tutulur. Bədxassəli formasına isə qalxanabənzər vəzinin xərçəngi aiddir.
Qalxanabənzər vəzi xəstəlikləri arasında düyünlü ura daha çox rast gəlinir. Zob dedikdə, tiroid vəzinin həcmcə böyüməsi nəzərdə tutulur. Düyünlü zobun əmələ gəlməsinə dair bir çox nəzəriyyələr var. Buna səbəb kimi daha çox yod çatışmazlığı, siqaret çəkmək, qeyri-düzgün qidalanma və piylənmə göstərilir. Düyünlü urlar xoşxassəli və bədxassəli olmaqla iki qrupa bölünür, 90 faiz hallarda düyünlü zobun xoşxassəli formasına rast gəlinir, 5-10 faiz hallarda isə bədxassəli forması qeydə alınır.
Düyünlü zob kişilərə nisbətən qadınlarda daha çox müşahidə olunur. Əsas əlamətləri birinci növbədə xəstədə boyun nahiyəsində şişkinliyin olması, udqunma çətinliyi, təngnəfəslik, boğulma əlamətləridir. Zəhərli zobda isə xəstədə ürəkdə çırpınmalar, əllərdə əsmə, iştahanın artması, lakin arıqlama, saç tökülməsi, baldır əzələlərində ağrıların olması kimi simptomlar qeydə alınır. Bundan əlavə, tənbəl zob da var ki, tibbi adı Haşimoto tireoiditidir. Zobun bu növündə isə xəstədə halsızlıq, tez yorulma, yuxusuzluq, iştahanın az olmasına baxmayaraq, çəkinin artması, qəbizlik, dəri quruluğu, saç tökülməsi kimi əlamətlər qeydə alınır".
Mütəxəssisin sözlərinə görə, düyünlü uru aşkar etdikdə əsas məqsəd onun xoşxassəli və ya bədxassəli olmasını müəyyənləşdirməkdir. Bunun üçün düyünlü zobun diaqnostikasında ən vacib müayinə üsullarından biri ultrasəs müayinəsidir. Ultrasəs müayinəsi vasitəsilə qalxanvarı vəzidə düyünün mövcudluğu təyin edilir, ondan sonra elastroqrafiya vasitəsilə onun sərtliyi yoxlanılır. Əgər sərt düyündürsə, biopsiya alınır. Nəticədə onun xoş və ya bədxassəli olması müəyyənləşdirilir. Düyünlü urun müalicəsi dərman, lazer ablasiya, skleroterapiya və cərrahi üsullarla aparılır. Düyünün ölçüsü kiçikdirsə və ultrasəs müayinəsində xoşxassəli olduğu aşkarlanıbsa, ona nəzarət etmək lazımdır. Hər hansı bir müalicəyə ehtiyac yoxdur. 3-6 aydan bir ultrasəs müayinəsi vasitəsilə düyünlərə nəzarət olunur. Əgər düyün böyümürsə, heç bir müdaxiləyə gərək qalmır. Əksinə olaraq böyüyürsə, biopsiya olunur və bundan sonra hansı müalicə üsulunun tətbiq edilməsinə qərar verilir.
Xoşxassəli düyün 1-3 faiz hallarda bədxassəliyə çevrilə bilər. Lakin əksər hallarda düyünlü zob xoşxassəli olur. Düyün əgər bədxassəlidirsə, müalicə taktikası tam fərqli bir şəkildə aparılır. Cərrahi əməliyyat olunur. Histoloji nəticədən asılı olaraq ya radioaktiv yod götürülür, ya da dərman müalicəsi ilə xəstəyə nəzarət olunur. Əgər düyünün ölçüsü 3 santimetrdən böyükdürsə və xəstədə boğulma əlamətləri varsa, onda cərrahi əməliyyat icra olunur. Lazer ablasiyanın üstünlüyü ondadır ki, xəstə narkoz almır, kəsik aparılmır. Prosedur ancaq yerli keyləşdirmə altında icra olunur. Xəstə 2 saat klinikada qaldıqdan sonra evə buraxılır və hər hansı bir dərman terapiyasına ehtiyac qalmır.
A.Hümmətov bildirib ki, düyünlü ur əsasən orta yaş qrupunda daha çox rast gəlinir. Əgər 20 yaşadək insanlarda düyünlü zoba rast gəlinirsə, bu, daha çox təhlükəli ola bilər. Həmin şəxslərdə düyünlər daha ciddiyə alınmalıdır. Eyni zamanda, 65 yaşdan yuxarı pasiyentlərdə düyün sürətlə böyüyərsə, ehtiyatlı davranmaq lazımdır. Həmçinin uşaq vaxtı boyun nahiyəsindəki şişlərə görə radioterapiya alanlar və sonradan düyün əmələ gələnlər də risk qrupuna daxildirlər.
"Son zamanlar düyünlü urun rastgəlmə tezliyinin artmasının səbəblərindən biri də texniki diaqnostika vasitələrinin təkmilləşməsi və artmasıdır. Bəzən ultrasəs və tomoqrafiya müayinələrində düyünlü ur təsadüfən aşkarlanır. Ona görə də düyünlü zobu ultrasəs müayinəsi vasitəsilə 50-60, palpasiya üsulu ilə isə 5-10 faizə qədər aşkarlamaq mümkündür.
Vətəndaşlar özlərində xəstəliyin təngnəfəslik, boğulma, əsəbilik kimi əlamətlərini hiss edərlərsə, o zaman onlara vaxt itirmədən ultrasəs müayinəsindən keçmələrini tövsiyə edirəm", - deyə cərrah-endokrinoloq diqqətə çatdırıb.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1373   Tarix: 25 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

sac duzumleri geyim seçimi qaşların formalari laminat parket tutma reseptleri sarimsaqla qurdun mualicesi soyuqdəymə müalicə kosmetika vetene aid bayatilar kökəlmək üçün aybawi novruza aid hakışda vetene aid bayati