Əmizdirmə problemləri: mastit

Əmizdirmə problemləri: mastitƏmizdirmə zamanı döşdə süd qurğunluğu yarana bilər.

Bu hal laktostaz adlandırılır. Əgər qadın laktostazdan vaxtında azad olmazsa, onda mastit (döşün iltihabı) inkişaf edə bilər. Xəstəlik bədən hərarətinin 38 C və daha çox yüksəlməsi ilə müşayiət olunur, döşün müəyyən bir sahəsində ağrılı və səthində qızartı olan şişkinlik əmələ gəlir. Bir çox hallarda zədələnmiş sahədə olan ağrı gəzərkən, bədənin vəziyyətini dəyişərkən daha kəskin hiss olunaraq, ananı xeyli dərəcədə narahat edir.

Xəstəliyin müalicəsi gün ərzində xəstə döşün 3 dəfə sağılması və uşağın tez-tez əmizdirilməsindən ibarətdir. Hərarətin yüksəlməsi ana üçün dözülməz olduqda, vəziyyətini bir qədər yaxşılaşdırmaq üçün o, parasetamol (və ya parasetamol tərkibli hər hansı hərarətsalan dərman) qəbul edə bilər.

Adətən xəstəliyin 2-ci günü hərarət enir, yaxşılaşma baş verir.

Əgər mastitin əlamətləri ağır şəkildə olmaqla davam edərək 2 gün və daha artıq saxlanmış olarsa, bu, döşdə infeksiyanın düşməsi nəticəsində, infeksiyalaşmış mastitin yaranmasının göstəricisi ola bilər.

İnfeksiyalaşmış mastit – iltihabi prosesdir və təxirə salınmadan müalicə olunmalıdır. Müalicə məqsədi ilə anaya həkim tərəfindən antibakterial preparatlar ("antibiotik") təyin edilir. Bu zaman ana, uşağı əmizdirmək istəyi barədə həkimə mütləq məlumat verməlidir. Bu halda, həkim anaya elə preparat təyin edir ki, əmizdirən ana, uşağın əmizdirilməsindən imtina etməməklə, həmin preparatı qəbul edə bilsin. Antibiotiklərin qəbul edilməsindən sonra qadının vəziyyəti xeyli dərəcədə yaxşılaşmağa başlayır. Bu zaman müalicədən başqa, döşləri gün ərzində 3 dəfə olmaqla "son damlasına qədər" sağmaq da lazımdır.
İnfeksiyalaşmış mastit zamanı isti kompresslərin edilməsi tövsiyə olunmur! Çünki bunun nəticəsində həmin sahədə abses (irinlik) yarana bilər. Aparılan bütün müalicələr mastitin sağalması üçün effektiv olduğu halda, döşlər rahatlaşandan sonra artıq sağmağı dayandırmaq olar.

Mastitin qarşısını almaq üçün analar mütəxəssislərin aşağıdakı tövsiyələrinə əməl etməlidirlər:
— Birinci və ən əsas şərt – döşü körpənizə düzgün şəkildə verin və vaxtaşırı olaraq onun əmizdirilməsi mövqelərini dəyişin. Uşağın istəyi olmadan (özü könüllü şəkildə döş giləsini buraxmadan) döşü ondan almayın. Körpəni müəyyən edilmiş bir qrafik üzrə yox, onun tələbi üzrə əmizdirin.

— Döşün "qayçı" şəklində tutulmasını tətbiq etməyin və döşü uşağın burnunun önündə barmaqla sıxmayın. Əgər sizdə körpənizin narahat nəfəs alması fikri yaranmış olarsa (əksər hallarda bu heç də belə olmur), bu halda onu, sadəcə olaraq, bir qədər aşağıya çəkin.

— Heç bir halda dar büsthalter geyinməyin. Satışda uşaq əmizdirən analar üçün təbii parça materialından hazırlanmış xüsusi yüngül büsthalterlər olur. Axşam yatarkən büsthalterinizi mütləq çıxarmağı da unutmayın.

— Qarnı üstə (üzüaşağı) yatmayın. Bu vəziyyət döş axarlarının tutulmasına səbəb ola bilər.

— Döşlərinizi müxtəlif xarakterli travmalardan qoruyun.

— Stress vəziyyətlərindən mümkün qədər uzaq durmağa çalışın. Çünki oksitosin hormonu stressə, həyacanlanmalara, ağır fiziki işlərə qarşı çox həssasdır. Hətta anada kifayət qədər süd hazırlanmış olsa da, stress, kifayət qədər oksitosin hormonunun hazırlanmasının qarşısını alaraq, südün normal xaric olmamasına, bu isə döşdə durğunluğa, nəticə etibarı ilə, mastitə səbəb olacaq.

— Əvvəlki dövrlərdə, qadınlar öz nənələrindən tez-tez "döşlərini isti saxla, soyuğa verərsən" kimi xəbərdarlıqlar eşidirdilər. Yəni o zaman belə bir fikir formalaşmışdı ki, qadın özünü soyuğa verdikdən və ya yağışlı havaya düşdükdən sonra onun döşlərində laktostaz əmələ gəlir. İndi isə biz bilirik ki, soyuqlama laktostazın əmələ gəlməsinə səbəb ola bilməz.

saglamolun.az

Ailə və Uşaq     Baxılıb: 2951   Tarix: 12 dekabr 2014
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

turlar.az

toy makiyajlari yay kolleksiyasi yemek reseptleri dəridə səpkilər praktik gozalti maskalar hamilə qadın nə yeməli kosmetika tapmaca rus dilini öyrənək novruz bayramına aid hakıştalar bahar novruz bayramı haxışta