Ən dayanıqlı bakteriya: Nə radiasiya, nə də kosmik vakum ona təsir edir

Ən dayanıqlı bakteriya: Nə radiasiya, nə də kosmik vakum ona təsir edirDünyada ən çətin şəraitdə sağ qala bilən canlılar mövcuddur. Onlardan biri də "Konan bakteriyası" adlandırılan Deinococcus radioduransdır.
Milli.Az xəbər verir ki, Rutgers Universitetinin təkamül bioloqu Skott Trevers "Forbes" nəşrində dərc olunan məqaləsində bu bakteriyanın fövqəladə xüsusiyyətlərindən bəhs edib. 
O qeyd edir ki, Deinococcus radiodurans təkcə sağ qalmaqla kifayətlənmir, eyni zamanda demək olar bütün digər canlıları məhv edəcək ekstremal mühitlərdə inkişaf edə bilir. O, hətta güclü qamma şüalanmasına və kosmik vakuuma dözmək qabiliyyətinə malikdir.
Mütəxəssisin sözlərinə görə, bu bakteriya insan üçün ölümcül olan radiasiya dozalarından minlərlə dəfə yüksək səviyyələrə tab gətirə bilir. "Konan bakteriyası" 15.000 Qreyd (Gy) radiasiya dozasına məruz qalaraq 37% sağ qalma ehtimalına malikdir.
Bundan əlavə, Deinococcus radiodurans aqressiv kimyəvi maddələrə, ekstremal soyuğa, turşulara və hətta uzun müddət susuz qalmağa qarşı yüksək dayanıqlıdır.
Trevers xatırladıb ki, 2020-ci ildə bu bakteriya Beynəlxalq Kosmik Stansiyaya göndərilib. Aparılan təcrübələr nəticəsində müəyyən olunub ki, o, üç il ərzində kosmosun sərt vakuumuna və radiasiyasına tab gətirə bilər.
Alimin sözlərinə görə, Deinococcus radiodurans təsadüf nəticəsində kəşf edilib. 1956-cı ildə Oregon Kənd Təsərrüfatı Eksperimental Stansiyasının mikrobioloqu Artur Anderson qamma şüalanmasından istifadə edərək ət konservlərini sterilizasiya etməyə çalışırdı. O, bütün məlum mikrobları məhv edəcək qədər yüksək radiasiya dozası tətbiq etsə də, bəzi konservlər hələ də xarab olurdu. Sonrakı araşdırmalar göstərdi ki, Deinococcus radiodurans bu radiasiyaya tab gətirib və hətta çoxalmağa davam edib.
2022-ci ildə "Astrobiology" jurnalında dərc olunan tədqiqat isə bu bakteriyanın Mars şəraitində yaşama potensialını ortaya qoyub. Məlum olub ki, Deinococcus radiodurans orta hesabla -63°C temperatur, sərt quraqlıq və kosmik radiasiyaya dözə bilir.
Alimlər bildiriblər ki, bu bakteriya Mars səthinin 10 metr dərinliyində 280 milyon il sağ qala bilər. Tədqiqatçılar hesab edirlər ki, qırmızı planetdə bu cür ekstremal şəraitə uyğunlaşmış digər mikroorqanizmlər də mövcud ola bilər.
Bioloqun sözlərinə görə, Deinococcus radiodurans-ın fövqəladə dözümlülüyü onun genetik və biokimyəvi xüsusiyyətlərində gizlidir. Bu bakteriya hər hüceyrəsində 10-a qədər genom nüsxəsini saxlayır. Güclü radiasiya nəticəsində DNT zədələnsə belə, bu ehtiyat genomlar orijinal DNT-ni sürətlə və dəqiq şəkildə bərpa etməyə imkan verir.
Trevers qeyd edir ki, bu bakteriya digər orqanizmlərdən fərqli olaraq, DNT parçalarını xüsusi toroid (halqa şəkilli) strukturlar şəklində təşkil edir. Bu, hüceyrənin genetik materialı tez bir zamanda bərpa etməsinə şərait yaradır.
Bundan əlavə, Deinococcus radiodurans-ın güclü antioksidant müdafiə sistemi var. Bu sistem margan ionları vasitəsilə işləyir və ionlaşdırıcı radiasiya nəticəsində yaranan sərbəst radikalları zərərsizləşdirir.
Hazırda elm adamları bu bakteriyanın qoruyucu mexanizmlərindən ilhamlanaraq, astronavtları kosmik radiasiyadan qorumaq üçün sintetik antioksidantlar üzərində işləyirlər. Həmçinin, radiasiya fəlakətləri zamanı xilasetmə işçilərini qorumaq üçün yeni texnologiyalar hazırlanır.
Daha əvvəl elm adamları Antarktida yaxınlığında, okeanın dibində nəhəng dəniz hörümçəyi aşkar ediblər. Bu hörümçəklərin ölçüləri bəzən insan üzü qədər böyük ola bilər.
Bundan əlavə, suda yaşayan "tixoqod" adlanan mikroskopik canlıların xüsusi bir proteininin insanları nüvə radiasiyasından qoruma potensialına malik olduğu müəyyən edilib. Alimlər bu mexanizmin gələcəkdə tibbi sahədə tətbiq edilə biləcəyini araşdırırlar./qaynarinfo.az
Milli.Az

Xəbərlər     Baxılıb: 1224   Tarix: 26 mart 2025
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

hamilelikde qidalanma makiyaj instagram donlar 2026 hind filmleri veten haqqinda atalar sözləri ayaqqabi ve cantalar sızanaqlara qarşı maska kosmetika bayati narin faydasi novruz hakisdalari veten seirleri hakıştalar