Ət yeməyən insanların bədənində nə baş verir? - Alimdən ŞOK ARAŞDIRMA

Ət yeməyən insanların bədənində nə baş verir? - Alimdən ŞOK ARAŞDIRMAƏt, balıq və toyuq məhsullarının zərərli və ya faydalı olması haqqında hər gün dünya KİV-də yüzlərlə məqalələr yayımlanır. Təəssüf ki, mətbuatda yayılan tədqiqatların çox az hissəsi faktlara əsaslanır və ya əlavə amillər nəzərə alınmır. Xüsusilə bu qida məhsullarına aiddir, çünki onların tərkibindən başqa bizə həmçinin ətraf mühit, fəallıq səviyyəsi və genetika təsir edir. Bəzi insanlar sadəcə müəyyən məhsulları digərlərindən daha yaxşı mənimsəyə bilər. Beləliklə, mükəmməl pəhriz mövcud deyil.
Sağlam qidalanma üzrə məşhur mütəxəssis Maykl Pollanın "Yemək yeyin, amma çox yox. Bitkisəl məhsullara üstünlük verin" fikirləri müasir dövrün mantrası olub. O, şiddətlə tövsiyə edir ki, mağazalarda emal edilmiş kimyəvi tərkibli ərzaqları deyil, ancaq təbii tərkibli məhsullar yemək lazımdır.
"İkincisi, bu, şəxsi məsuliyyətdir: həddi aşmayın. Emosional problemlərin və içkinin arasında əlaqəni tanıyın" , - deyə o, qeyd edib.
Bitki əsaslı qidalanma nədir?
Sosial Tibb İnstitutunda Avstriya tədqiqatçılar komandası və Qrats Tibbi universitetin epidemioloqları 15 yaşdan yuxarı olan 15 000-dən çox avstriyalı üzərin də araşdırma aparıb. Onlardan 1320 nəfərin müayinələri təhlil edilib: 330 vegetarian və 330 meyvə-tərəvəzə çox üstünlük verən və ətyeyən insanlar, həmçinin 330 az və 330 çox ətyeyən insan.
Qrupların tutuşdurulması vaxtı yaş, cinsiyyət və ictimai-iqtisadi amilləri nəzərə alınıb. Bu qrupun 76,4 faizi qadınlar olub, onların 40 faizi 30 yaşdan cavan, 35 faizi 30 ilə 50 yaş arası olub.
Ət yeməyən insanların bədənində nə baş verir? - Alimdən ŞOK ARAŞDIRMAQeyd etmək lazımdır ki, vegetarianizm ilə bağlı müsbət vədlərə baxmayaraq, qrupda aşağıdakı faktlar tapılıb. Ümumilikdə nəticələr əsasında məlum olub ki, vegetarianların səhhəti tez-tez pisləşdiyi üçün daimi olaraq tibbi yardıma müraciət edir və aşağı həyat keyfiyyətinə malikdir.
O da aşkar olunub ki, vegetarianların xərçəng olmaq riski daha yüksəkdir. Həmçinin anksiyete pozğunluğu və depressiyaya daha meyllidirlər. Ətdən imtina edən insanlarda psixiki pozğunluqların yüksəlməsi riski ilə bağlı bir neçə tədqiqatlar mövcuddur. Araşdırmalar göstərib ki, vegetarianlar daha çox dərman qəbul edir, nəinki hərdənbir ət yeyən insanlar.
Amma yaxşı xəbərlər də var. Vegetarianlar daha aşağı bədən kütlə indeksinə malikdir, xolesterin, hipertoniya, koronar ürək xəstəliyi və 2-ci tip diabet xəstəliklərindən daha az şikayətlənirlər.
Aşağıdakı cədvəldə vegetarianların, ət və daha çox meyvə-tərəvəz yeyənlərin, az və çox ətyeyənlərin xəstəliklərə tutulma faizi göstərilib.
Ət yeməyən insanların bədənində nə baş verir? - Alimdən ŞOK ARAŞDIRMAHəmçinin onlar daha yüksək ictimai-iqtisadi statusa malikdirlər, hərçənd korrelyasiya bərabər olmaya bilər. Məsələ ondadır ki, daha aşağı gəlirli bir çox işçilər yüksək keyfiyyətli bitki məhsulları özünə icazə verməyə bilər.
Vegetarianlar həmçinin öz orqanizmlərinin qeydinə çox yaxşı qalır: onlar daha çox məşq edir, daha az çəkir və içirlər. Bədən kütləsinin göstərici və ət arasında korrelyasiya aşkardır. Çox ətyeyənlər ən yüksək bədən kütləsinin göstəricisinə malikdir. Ən aşağı bədən kütləsi göstəriciləri isə vegetarianlara aiddir.
Yenə də korrelyasiya və səbəb aydın deyil, çünki ət yeyənlər alkoqol istifadəsinə görə daha yüksək səviyyə göstərir ki, bu da daha sürətli və etibarlı sağalmaq üsullarından biridir.
Araşdırma qrupu sonda bu qənaətə gəlib ki, vegetarian pəhrizi seçən avstriyalı yetkinlər daha az sağlamdır (xərçəng, allergiya və ruhi xəstəliklər baxımından), həyat keyfiyyəti aşağıdır və müntəzəm müalicəyə ehtiyacı var. Bu da o deməkdir ki, pəhriz balanslaşdırılmış olmalıdır! Ətin tamamilə rədd edilməsi onun artıq istifadəsi kimi zərərlidir.
Ət yeməyən insanların bədənində nə baş verir? - Alimdən ŞOK ARAŞDIRMAAytən Məftun

Sağlamlıq     Baxılıb: 2414   Tarix: 22 may 2019
f Paylaş

Oxşar xəbərlər

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

turlar.az

aksessuarlar yemek reseptleri hamiləlik makaron reseptləri pirojnalar əməliyyatlar blincik hazirlanma qaydasi kosmetika novruza aid hakistalar burcler muellim seiri bayatılar balıq