Ev şəraitində həcmli dodaqlara sahib olun
Xalq təbabəti bu sahədə daha effektlidir. Amma belə halda nəticəni həmin dəqiqə görməyəcəksiniz. Belə metodları müntəzəm olaraq istifadə etmək məsləhətdir. Məsələn, səhər və axşam dişləri təmizləyərkən, fırçanı yuyub dodaqları onunla 3-4 dəqiqə masaj edin. Bu üsul ölmüş hüceyrələri təmizləməyə və qan dövranını yaxşılaşdırmağa kömək edəcək.
DODAQLARINIZIN DAHA DOLĞUN VƏ EHTIRASLI OLMASINI ISTƏYIRSINIZSƏ,
FIRÇA ILƏ MASAJ ETDIKDƏN SONRA ONA TƏZƏ BAL ÇƏKIN.
BU QIDALANDIRICI MASKA ROLUNU OYNAYACAQ
Həftədə 2-3 dəfə dodaqlara, 1 çay qaşığı xamaya bir neçə damcı zeytun yağı və limon şirəsi əlavə edilmiş maska çəkin. Belə vasitəni dodaqları yüngülcə masaj edərək çəkin, sonra maskanı 15-20 dəqiqə saxlayın. Yağlı, qaymaqlı kəsmik də dodaqlara yaxşı komək edir.
Yaddan çıxarmayın ki, dodaqların dərisi çox zərifdir və daim qulluğa ehtiyacı var. Mütləq gigyenik dodaq pomadalardan istifadə edin. Onlar dodaqları qidalandırır, nəmləndirir, həmçinin küləyin, yüksək və aşağı hava hərarətinin təsirlərindən qoruyur. Dodaqları dişləmək və yemək kimi vərdişləri tərgidin, çünki onlar dodaqları nazikləşdirir.
Dodaqları məşqlərin köməyi ilə də böyütmək olar. Əvvəlcə dodaqları irəli gətirin, 5-7 saniyə gözləyin, əzələlərə istirahət verin, sonra yenidən tapşırığı təkrar edin. Bu məşqi 7-8 dəfə təkrar etmək lazımdır. Bundan sonra dodaqları sanki səs çıxarırmışsınız kimi irəli və yanlara hərəkət etdirin. Bu məşqi 8-10 dəfə təkrarlayın. Hər gün üz idmanı edin və sonra dodaqlara krem və ya gigyenik pomada çəkin.










Hakışta
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
Bu peşələrdə çalışanların xərçəngdən ölüm riski daha yüksəkdir
Kivini qabığı ilə yeməyin bu faydaları varmış
Ən zərərli meyvə və giləmeyvələrin adları açıqlandı
Təbii üsullarla dodaqları daha dolğun və baxımlı göstərmək mümkündürmü?
Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun
Gündəlik qəhvə içirsinizsə, bu məlumat sizi sevindirəcək
Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu
"Uzak Şehir" bu tarixdən başlayır