Evin böyük uşağı olmağın çətinlikləri

Evin böyük uşağı olmağın çətinlikləriBöyük bacı, yaxud qardaş olmaq həqiqətən gözəl hissdir. Amma yeri gələndə müxtəlif çətinliklər ortaya çıxır. Həmin çətinliklərin bəzilərini təqdim edirik.

"Axı o balacadır"
Evin böyük uşağının ən çox eşitdiyi cümlədir. Balaca uşaq ona istədiyini edər, amma o əsəbiləşib qışqırsa, günahkar çıxar. Üstəlik ata-anadan da danlaq eşidər: "O balacadır, başa düşmür, sən ki böyüksən!".

Özünə alınanları yeyib böyük uşağınkılara göz tikmək
Balaca uşaqların ən çox sevdiyi şey yəqin ki budur. Ata iki dənə şokolad alır, böyük uşaq şokoladı açınca balaca uşaq özününkünü tez yeyib qurtarır. Çünki arxayındır ki, biri də var. Başlayır ağlamağa. Ana da "qardaşın indi bunu yesin, sənə sonra alarıq" deyir.

Balacaların əşyaları qırıb dağıtmağı
Böyüklər həvəslə bir şəkil çəkər, yarım saatdan sonra həmin şəklin üstündə ya tüpürcək, ya da başqa cızma-qara, ən pis halda balkondan atıldığını görərlər. Mobil telefonu suya atar, televizorun pultunu gizlədər, ən sevimli oyuncaqları qırar, amma ona "gözün üstə qaşın var" deyən tapılmaz.

Daha çox diqqət
Balaca uşaq dünyaya gəldiyi gündən diqqət mərkəzində olur. Ana bir neçə günlük yoxa çıxır, bir də görürsən əlində bir uşaqla evə gəlir və böyük uşağın həyatı tamamilə dəyişir. Əvvəllər şahzadə kimi yaşadığı evdə indi adi bir adama çevrilir.

20 yaşında da çörək almağa göndərilmək
"O balacadır, 50 metr uzaqlıqda olan mağazaya gedəndə itər, maşın vurar" və s. kimi min cür bəhanəylə böyüyü çörək almağa göndərirlər.

Həmişə nümunə olmaq məcburiyyəti
Böyük uşaqlar bəlkə də vecsiz, avara biri olmaq istəyir. Amma olmaz, böyüksənsə nümunə olmalısan. Balaca isə böyüyün olmaq istədiyi hər şey ola bilər. Heç kim səsini çıxarmaz.

Planların yarımçıq qalar, uşağa baxarsan
Böyük uşaq dostlarıyla axşam bir yerə vaxt keçirmək, kinoteatra getmək istəyir bəlkə də, amma qəfildən nənəsinin xəstələndiyini eşidər, valideynlər tələsik evdən çıxar və balaca qardaşına, yaxud bacısını ona əmanət edərlər. Bəs böyük qardaş, bacı hansı gün üçün lazımdır? Dostları əylənəndə o da uşağın dalınca qaçar.

Balaca uşağın çox vaxt daha yaraşıqlı-gözəl olmağı
İlk uşaqlar çox vaxt təsadüfi dövrlərdə dünyaya gəldiyi üçün bəzi qüsurları olur. İkinci uşaq isə valideynlərin şah əsəri kimidir. Hələ aralarında yaş fərqi azdırsa, çoxlu problemlər yaranır. Məsələn, böyüyün xoşladığı qız yaxınlaşıb balaca qardaşın nömrəsini istəyir, böyük də qalır yana-yana.

"Səni qardaşıma döydürəcəm" cümləsindəki "qardaş" olmaq
Balaca qardaş gedib kimlə gəldi dava edər, Şvarsnegger kimi oğlanlara bağıra-bağıra "Qardaşıma deyəcəm dərsinizi versin!" deyər. Heç düşünməz ki, qardaşım onları döyə bilər, ya yox. Böyük uşaq da qardaşının yanında pərt olmamaq üçün gedib dava edər və çox vaxt döyülər, ya da diplomatik bacarığını işə salıb davasız aradan çıxar.

Balaca qardaşın xəbərçilik eləməsi
Valideynlərin bilməyini istəmədiyi bir şey edən böyük uşağı həmişə balacalar "satar". Bir qab sındırsa, ən balaca qırıntısına qədər təmizləsə də, balaca uşaq hadisənin şahididirsə, mütləq işin üstü açılar. Balaca əvvəl-axır gedib ana-ataya xəbərçilik edər.

Ailə və Uşaq     Baxılıb: 2734   Tarix: 18 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayaq. Uşağın cinsini əvvəldən müəyyən etmək üçün internetdə bir neçə cədvəl var. Bunlardan ən çox yayılanı yüz illərdir istifadə olunan "Çin təqvimi"dir. Bu təqvim ananı

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

turlar.az

geyim və ayaqqabılar yay geyimləri 2026 geyim dəbləri hicab yay donları uşağın cinsiyyəti 2026 un geyimleri kosmetika bir arzum var vətən haqqında bayatılar dostluq vətən həsrəti vətənə aid bayatı