Eyni qidaları tez-tez istəmək nələrdən xəbər verir?
Müəyyən qidalara can atmaq xəstəlikdən xəbər verə bilər.
Amerikanın "Readers Digest" jurnalının məlumatına görə, şirniyyata can atmaq yuxu çatışmazlığının əlaməti də sayılır. Jurnalda yayımlanan araşdırmaya görə, yuxu müddəti artıqda şirin bir şey yemək istəyi daha az hiss olunur. Ancaq bir insanı şirniyyatlardan şokalad xüsusi cəlb edirsə, psixoloji sağlamlıq barədə düşünmək lazımdır, bu, depressiyanın əlaməti ola bilər. Şokoladın tərkibində maqnezium və teobromin var. Bu maddələr əzələlərin rahatlaşmasına və stres hormonlarının azalmasına kömək edir.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bəzi insanlada olan buz sormaq istəyinin bir səbəbi ola bilər. Bu, dəmir çatışmazlığı və anemiya əlaməti sayılır. 2016-cı ildə həkimlərin apardığı tədqiqata görə, bu, dəmir çatışmazlığına işarədir. Eləcə də kir və ya sabun kimi yeyilməsi mümkün olmayan şeyləri yemək istəyi də dəmir çatışmazlığı anemiyasının simptomu hesab olunur.
Sodalı, qazlı içki istəyi isə kofein, kalsium çatışmazlığı barədə məlumat verə bilər. Bu tip içkilər sümüklərdən kalsium və maqneziumu atır, bu da osteoporoza, sümüklərin əriməsinə səbəb olur.
Alimlər hesab edir ki, çips və kartof yemək istəyi varsa, bu halda kifayət qədər omeqa-3 yağ turşusu qəbul etməyi düşünməlisiniz. Bu vəziyyətdə daha çox yağlı balıq, avokado, qoz-fındıq yemək olar.
Güclü susuzluq diabetin bir simptomu ola bilər. Güclü bir aclıq hissi isə bədəndə kifayət qədər maye olmadığına dair xəbərdar edir.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI