Gələn il də maska taxacağıq - Amerikalı alimin PROQNOZU
ABŞ sakinləri böyük ehtimalla 2022-ci ilə qədər tibbi maskalar taxmalı olacaq.
Publika.az xəbər verir ki, bu sözləri Amerika Milli Allergik və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Antoni Fauci söyləyib.
O, CNN-ə verdiyi müsahibədə aparıcının 2022-ci ilə qədər ölkədə maska rejiminin davam edib-etməyəcəyi ilə bağlı sualını cavablandırarkən "Düşünürəm ki, mümkündür" deyib.
Fauci əlavə edib ki, amerikalılar yalnız ölkədə xəstəlik sayında əhəmiyyətli bir azalma qeydə alındıqda və əhalinin çox hissəsi peyvənd olunduqdan sonra maskalarını çıxara biləcəklər. Eyni zamanda, həkim Ştatların adi həyat tərzinə nə zaman qayıdacağı barədə proqnoz verməyib. Həkim bildirib ki, buna bir çox amillər təsir göstərir.
Xatırladaq ki, Fransız şirkəti "BioSerenity" koronavirusu məhv edən qoruyucu bir maska təqdim etmişdi. Məhsul dörd qatlıdır, bunlardan biri antibakterial və antiviral xüsusiyyətlərə malikdir. İki molekuldan ibarətdir - siklodekstrin və dördüncü ammonyak.
Aytən Məftun









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arzuolunmaz hamiləlik
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir