Gənclər arasında şəkərli diabetin yayılması daha çox həyat tərzi ilə əlaqədardır

Gənclər arasında şəkərli diabetin yayılması daha çox həyat tərzi ilə əlaqədardırŞəkərli diabet qanda qlükoza səviyyəsinin qalxması nəticəsində yaranır. Xəstəlik daha çox 35-40 yaş arasında olanlarda müşahidə edilir. Halsızlıq, başgicəllənmə, ağızda quruluq, mütəmadi susuzluq hissi xəstəliyin ilkin əlamətləridir. Hazırda dünyada 422 milyon nəfərdən çox əhali bu xəstəlikdən əziyyət çəkir. Düzgün müalicə aparılmadıqda şəkərli diabet insult, böyrək çatışmazlığı kimi xəstəliklərə səbəb olur.
Milli.Az xəbər verir ki, terapevt Şəhla Mirzəzadə AZƏRTAC-a bildirib ki, son illərdə bu xəstəlik daha çox gənclər və uşaqlar arasında müşahidə olunmağa başlayıb. Şəkərli diabetin gənclər arasında yayılmasının əsas səbəbi həyat tərzi ilə əlaqədardır. Bədən kütlə indeksinin artması, artıq çəki, fiziki aktivliyin aşağı düşməsi, qeyri-sağlam qidalanma və xüsusilə zərərli vərdişlərdən istifadə şəkərli diabetin yaranmasına rəvac verən səbəblərdir. Xüsusilə uşaqlar arasında diabetin müşahidə olunması qeyri-sağlam qida vərdişlərinin formalaşması ilə bağlıdır. Ona görə də valideynlər çalışmalıdırlar ki, uşaqları şəkərli və həddindən artıq zərərli qidalara yönəltməsinlər.
Düzgün qidalanma ilə yanaşı, idmanla mütəmadi məşğul olmağın da vacibliyini qeyd edən həkim deyib: "Təbii və sağlam qidalanmağa nəzarət etmək lazımdır. Fiziki aktivlik bu sahədə ən mühüm addımlardan biridir. Gün ərzində mütləq 5 min addım atılmalıdır. Digər vacib məqam yuxu rejiminin tamlığı, su qəbulu və bütün bunlarla yanaşı, zərərli vərdişlərdən, xüsusilə də tütünçəkmədən uzaq olmaqdır".
Ş.Mirzəzadə bildirib ki, xroniki xəstəliyi olan, yüksək təzyiq və şəkərli diabetdən əziyyət çəkənlər yeni növ koronavirusu (COVID-19) da ağır keçirirlər: "Həmin yanaşı xəstəliyin olması virusun gedişini ağırlaşdıra bilər. Bu, bir qədər də fərqli xüsusiyyət daşıyır. Tədqiqatlar göstərir ki, şəkərini nəzarət altında saxlayan diabet xəstələrində virusun gedişinə nəzarət etmək mümkündür. COVID-19-a yoluxmuş diabet xəstələri şəkərin səviyyəsinə nəzarət etməyi, dərmanların vaxtında qəbulunu mütləq diqqətdə saxlamalıdırlar".
Şəkərli diabetin yaranmasına genetik faktorlar, yüksək xolestrol, mədəaltı vəzi xəstəlikləri də səbəb olur. Qanda qlükozanın səviyyəsinə nəzarət və müalicə daimi xarakter daşıyır. Pəhriz təyin olunarkən xəstənin yaşı, cinsi, çəkisi, fiziki aktivliyi mütləq nəzərə alınnmalıdır. Həkim nəzarəti altında xəstəliyin ağırlaşmasının qarşısını almaq mümkündür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1826   Tarix: 14 noyabr 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

donlar 2026 gözəllik məhsulları sade makiyaj sekilleri dostluq haqqında atalar sözləri parket döşəmələr baliq qulagi yeni dogulmus korpeye lazim olan esyalar kosmetika sevda englishdilində qulaq toy gecesi novruz olumu