Geyimə xüsusi gözəllik verən aksessuarları düzgün necə seçməli?

Geyimə xüsusi gözəllik verən aksessuarları düzgün necə seçməli?Ansambl və aksessuar

Geyimdən bəhs edərkən bəzən "ansambl" terminindən istifadə edirik. Bu termin geyimdə əsas və əlavə bəzək əşyalarını, onların hissələrinin ahəngdarlığının vəhdətini və qarşılıqlı əlaqəsini özündə ehtiva edir.

Geyim ansamblına qoyulan tələblər müxtəlifdir. Ansambl bir çox hallarda müxtəlif fəsillər üçün, fərqli yaş və peşələri olan kişi və qadınlar üçün, uşaq və yeniyetmələr üçün nəzərdə tutulur.

Hazır ansambla üçlü kostyumu: yubka, jaket və koftanı nümunə göstərmək olar. Fərqli geyimlərdən də ahəngdar ansambl yaratmaq olar: məsələn, yubka, köynək və toxunma kofta; paltar və jaket; iki toxunma kofta: biri balaca və qısa qollu, o biri isə jaket formasında. Bu seçimlərdə müxtəlif paltarları bir-birinə uyğunlaşdıran nədir? Əlbəttə, parçanın fakturası, stilin vəhdəti, rənglərin uyğunluğu.

Baş geyimləri, ayaqqabı, əlcək, çanta, qadın və kişi corabları, qalstuk, şərf və başqa bəzək əşyalarına birlikdə aksessuar adı verilmişdir.
Bunlar əlavə bəzək əşyası olsa da, geyimi tamamlamaqda böyük əhəmiyyətə malikdir. Onların praktiki əhəmiyyətinə keçməzdən əvvəl qeyd etmək lazımdır ki, bu aksessuarlar bəzək əşyaları kimi geyimdə əsas yer tutub, vahid ansambl yaradır.
Zövqlə seçilmiş aksessuar hər geyimə, hətta an sadəsinə belə, xüsusi gözəllik verə bilər.

Cəmi iki-üç dəst paltarı olan qız və qadınlar çox vaxt elə təəssürat yarada bilirlər ki, guya onların zəngin qarderobu vardır. Onlar belə müxtəlifliyə aksessuarların uğurlu seçimi nəticəsində nail olurlar. Məsələn, sizin qalın ipəkdən və ya yun parçadan sadə və ciddi tərzdə tikilmiş qara paltarınız var. Bu paltar ağ yaxalıq və manjetlə, qara dəri ayaqqabı ilə geyilərsə, iş geyimi kimi ideal olar.
Əgər siz bu paltarla zamşa və lak ayaqqabı geyib kəmər bağlasanız, yaxalıq əvəzində isə gözəl ağ güldən istifadə etsəniz, bu qiyafədə heç çəkinmədən teatra və ya konsertə gedə bilərsiniz.

Şərf və ya əlvan rəngli yaxalıq, çanta, rəngli dəri kəmər də həmin paltarı daha yaraşıqlı, daha "şən" göstərər Bu libasda siz müşavirəyə, qonaqlığa, dost və tanışlarınızın evinə sərbəst gedə bilərsiniz.
Beləliklə, üç müxtəlif aksessuar bir paltardan müxtəlif məqsədlər üçün istifadə etmək imkanı verir.

Hər bir paltara əlavələr etməklə onu daha gözəl və yaraşiqli etmək mümkündür.

Kostyum yalnız o vaxt, doğrudan da, gözəl və yaraşıqlı görünər ki, onu bir-biri ilə əlaqəsi olmayan müxtəlif detallarla bəzəməyəsiniz. Hətta ən gözəl əlavələrlə vurulan yersiz bəzək ilə də o, öz vəhdətini, yaraşığını itirir. Çox vaxt adamın üzünə çox yaxşı yaraşan gözəl tərzli şlyapa onun geyimi ilə tutuşmur, geyimdən kəskin surətdə fərqlənir və xoşagəlməz bir ləkə kimi gözə girir. Belə uyğunsuzluq nəticəsində paltar da öz gözəlliyini itirir.

Aksessuarı geyimin rənginə və ya hazırlandığı materialın geyimlə eynicinsli (hər ikisi dəridən, zamşadan, lakdan və s.) olmasına görə seçirlər.

İmkanı olmayanlar necə bəzək əşyası seçməli?
Məhdud maddi imkana malik insanlar əlavə bəzək əşyaları seçərkən onları bir-birilə uyğunlaşdırmalı, elə şey seçməlidirlər ki, paltarların rəngi ilə həmahəng olsun. Qara çanta, tufli, şlyapa, əlcək qara və ya boz rəngli, abı və sarıya çalan açıq-qəhvəyi rəngli, açıq-yaşıl, tünd-qırmızı və ağ rəngli kostyuma çox yaraşır.

Moda paltarın və əlavə aksessuarların rənginin uyumunu da dəyişir. Əgər siz ötən əsrin əvvəllərində çəkilmiş portretlərə baxsanız, müxtəlif rəngli paltarlar diqqətinizi cədb edər. Kişi kostyumunda mavi rəngli frak, sarı şalvar, yasəməni şlyapa, boz jilet, çəhrayı qalstuk və ya buna bənzər başqa uzlaşdırmalar görərsiniz. Qadın kostyumunda da bu cür rənglərə təsadüf edərsiniz. Lakin bir qayda olaraq, bu rənglər mülayimdir, parlaq deyil.

Rənglərin ahənginin daha təzadlı olmasına baxmayaraq, müasir kostyumlar ciddi tərzdə tikilir. Müasir modada yay paltarlarında xüsusən əlvan və müxtəlif rənglərə, toxunma əşyalara və idman geyimlərinə üstünlük verilir. Çox zaman çalışırlar ki, kostyumda ən çoxu, iki-üç rəngdən istifadə olunsun, özü də ən yaxşı halda, bir rəng paltarın əsasını, ikincisi isə aksessuarın rəngini təşkil etsin.

Aksessuarı geyimin rənginə necə uyğunlaşdirmalı?
Açıq və əlvan rəngli geyimə hər şeydən çox birrəngli, çox da ala-bəzək olmayan aksessuar yaraşır. Bu, bəzəyi daha gözəl, rəngi isə daha mülayim edir. Tünd və solğun rəngli geyim üçün aksessuar seçərkən daha əlvan, daha canlı bəzək əşyaları götürülür ki, bu da tünd rəngli paltarı daha şux göstərir.

Aksessuar seçərkən çalışın ki, rənglərin ahəngi təxmini olmasın. Məsələn, siz qəhvəyi rəngli paltar üçün əlavə bəzək əşyası kimi açıq-qəhvəyi rəngli çanta, daha tünd rəngli tufli, lap açıq rəngli əlcək götürməlisiniz. Bütün bunlar birlikdə ansambl yaratmaqda sizə kömək edər.

Lakin əgər qırmızı rəngə uyğun aksessuar seçərkən siz tünd-qırmızı rəngdə tufli, mərcan rəngdə çanta, tünd-çəhrayı rəngdə şərf və ya əlcək alsanız, o zaman heç bir ansambl yarada bilməyəcəksiniz, çünki aparıcı rəng qırmızı olsa da, rənglərin ahəngi bir-birini tamamlamır. Buna görə də aksessuarı paltarı tikmək üçün sap seçdiyiniz kimi seçməlisiniz. Yəni özünüzlə nümunə götürüb, o rəngi tamamlayan aksessuar almalısınız ki, paltarınızla həm rəngi, həm də ahəngi uyğun gəlsin.

Əlvan rəngli aksessuar seçərkən iki və ya ən çoxu, üç eyni rəngli əşya ilə kifayətlənmək daha yaxşı olardı. Əgər çanta və tufli eyni rəngdə, digər aksessuarlar: əlcək, kəmər, şlyapa isə paltarın əsas rəngində olarsa, bu, kifayətdir.

Paltarın əsas hissələrini təşkil edən düymə, toqqa, kəmər, cib, büzmələr, qırçınlar, bantlar, çəkili naxışlar, plisse və başqa detallar paltarın bəzəyi hesab olunaraq, modaya tabedir.

Paltarınız üçün bəzək seçərkən diqqət edin.
görün həmin detal paltarın biçiminə, parçanın xüsusiyyətinə uyğun gəlirmi?
Ən gözəl, lakin iri və ağır düymə krepdeşin, kapron, şifon və başqa nazik parçadan tikilmiş paltarda kobud və lüzumsuz görünər. Eləcə də qalın yun parçadan tikilmiş paltarda qırçın kobud görünər. Plisse çox gözəldir, amma onu, əlbəttə, xovlu qalın parçaya vurmaq olmaz. Ala-bəzək parçadan tikilmiş paltara çəkili naxış heç yaraşmır.Paltarın bəzəyi mütləq parçanın biçiminə uyğun olmalıdır.

Düz xətlər, sivri bucaqlar, kəsiklər, ensiz yaxalıq heç vaxt dəyirmi cib və ya dəyirmi koketka ilə uyğun gəlməz. Eləcə də əsas xətti dəyirmi olan kostyumda sivri bucaqlı ciblər, yaxalıq, koketka yersiz və pis görünər. Bir kostyuma öz formasına görə müxtəlif bəzəklər uyğun gəlmir. Arzu edilərsə, paltara qırçın və plisse vurmaq olar, çünki bunlar əsasən düz xətt üzrə yerləşirlər. Bant və qırçın da vurmaq olar, bunlar da ümumi girdə xətt üzrə gedirlər. Lakin siz bir paltara həm qırçın, həm də büzmə vura bilməzsiniz.

Birrəngli saya parçaya bəzək vurmaq güllü parçaya bəzək vurmaqdan daha asandır. Birrəngli paltara müxtəlif yaxalıq, döşlük, şərf, nazik parçadan (kaprondan, orqandidən, neylondan, krepcorcetdən) düzəldilmiş bant yaxşı yaraşar. Birrəngli parçanı dəbdə olan çəkili naxışla da bəzəmək olar.

Birrəngli paltara vurulan haşiyənin rəngi əsas parçanın rəngindən (əgər parçanın özü açıq rəngdədirsə) ya tünd, ya da açıq rəngli seçilə bilər. Əgər paltar boz, sarıya çalan qəhvəyi, qara və ya ağ rəngli parçadan tikilmişsə, o zaman əlvan rəngdən istifadə etmək olar. Belə hallarda haşiyənin qədəri məhdud olmalıdır. Birrəngli paltara çox vaxt əlvan, damalı, mil-mil parçadan bəzək vururlar. Bu zaman bəzəyin rəngi əsas parçanın rənginə uyğun götürülür.

Əgər siz əlvan, damalı və ya mil-mil parçadan paltar tikirsinizsə, onu başqa əlvan parça ilə bəzəməyin. Əlvan parçadan tikilən paltara ya saya parçadan, yaxud da parçanın özündən (ya köndələn, ya da çəpinə kəsilmiş şəkildə) bəzək vurmaq olar. Modaya görə, pelə paltarlara yaxalıq, bant, ya da krujevadan, orqandidən, kapron və ya pikedən hazırlanmış döşlük tikmək olar.
Parça nə qədər bahalı, qəşəng və zərifdirsə, bir o qədər az bəzək tələb olunur.

Nazik parçadan tikilmiş zərif bant və şərf öz təzəliyi, gözəlliyi ilə paltara incəlik və zəriflik verir. Ona görə bu detalları paltara tikmir, yalnız yüngülcə sancaqlayırlar. Bantın kənarları paltarın üstündə sərbəst durmalıdır. Bəzən bantın içinə qalın parça qoyurlar ki, o, şax dayansın. Belə bantı paltara yaxşıca tikmək lazımdır.

Paltarın bəzəyinə, işləməsinə modanın xüsusi təsiri vardır. Lakin modanın hər cür tələbinə baxmayaraq, parça nə qədər bahalı, qəşəng və zərifdirsə, bir o qədər az bəzək və haşiyə tələb edir.

Kostyumun gözəlliyi onun təmizliyi və səliqəsindən müəyyən qədər asılıdırsa da, işləmə və bəzək əşyaları həmişə təmiz və təzə olmalıdır. Solğun, əzik, xoş olmayan rəngli işləmə paltara yaraşıq vermir, əksinə, onun görkəmini bir az da pozur.

Geyimə əlavə sancaq, sırğa, muncuq və boyunbağı
Modanın təsiri ilə qadın geyiminə əlavə kimi sancaq, sırğa, muncuq və boyunbağıdan da istifadə edilir. Amma qız və qadınlar çox vaxt bu detallardan sui-istifadə edirlər. Unutmayın ki, bəzək əşyaları yalnız o vaxt, həqiqətən, lazımlı olur ki, paltarı, doğrudan da, bəzəyir, üz quruluşunuzla uyum təşkil edir. Bu zaman həmin aksessuarlar gözəl və zərif görünür. Əks təqdirdə onlardan imtina etmək daha yaxşıdır.

Gözəllik və Moda     Baxılıb: 5820   Tarix: 26 aprel 2014
f Paylaş

Oxşar xəbərlər

.

Bu il qırmızı dodaq boyasının ən aktual variantı hansı olacaq?

Daim dəyişən gözəllik cərəyanları arasında belə dəyişməz bir ənənə var. Məsələn, qırmızı dodaq boyası. O, yüzilliklər ərzində qadınlıq və zərifliklə sinonim olaraq qalan və heç vaxt öz aktuallığını itirməyən əbədi klassikadır

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

.

Gözəllik və moda: Qış mövsümünə uyğun gözəllik məsləhətləri

Qış mövsümü, soyuq hava və quru iqlim şəraiti ilə yanaşı, bədənin və dərinin xüsusi baxıma ehtiyacı olduğu bir dövrdür. Bu mövsümdə qadınlar üçün gözəllik rutinini doğru qurmaq, həm fiziki baxım, həm də sağlamlıq baxımında

.

Qızlar pomada alarkən əsas buna diqqət etməlidir

Pomada hər bir qadının istənilən obrazını vurğulayan əsas ştrixdir, buna görə də qadınlar onun seçiminə xüsusi hörmətlə yanaşır, mükəmməl rəng tapmağa çalışırlar. Bir çox makiyaj ustası rəng seçimlərini məhdudlaşdırmamağ

.

Gözəlliyin qadınların sosial və peşə həyatına təsiri

Gözəllik, cəmiyyət tərəfindən qiymətləndirilən bir atribut olaraq, qadınların sosial və peşə həyatında əhəmiyyətli bir rol oynayır. Bu təsir, cəmiyyətin gözəllik standartlarına uyğunlaşmaqla yanaşı, qadınların özlərini nec

.

Qədim dövrlərdən bu günə kimi gələn GÖZƏLLİK SİRLƏRİ

Qadınların üz dərilərinə qulluq etməsi təkcə müasir dövrdə yox, ta qədim zamanlarda da olub. Həmin vaxtlar da xanımlar müxtəliv bitkilər və digər təbii vasitələrlə dərilərinə qulluq ediblər. Belə ki, gül suyu ən çox üstünlü

.

Buruq saçları necə düzləşdirmək olar?

Bəli, həm də 8 ay boyunca dümdüz və parlaq qala bilər, üstəlik də saçlarınızı heç köhnəltməz! Hətta köhnəsindən daha parlaq və sağlam olarlar. Bu əməliyyatın adı "Straight Therapy". Termal düzləşdirici ilə saçlarını

.

Böyük ombalar necə dəb oldu?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

Gəlinlər üçün zərif dırnaq modelləri – FOTOLAR

Qadınların toy günü gəlinliklə, makiyajla yanaşı, ən diqqət etdikləri şeylərdən biri də dırnaq modelləridir. Toy günü gəlinlər daha çox düz rənglərə və minimalist toxunuşlara üstünlük verməlidir. Çünki belə çalarlar onlar

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az aksessuarlar geyim dəbləri yaz geyimleri 2025 qripdə nə etməli qadinda cinsi isteksizlik balıq yeməkləri edebi janrlar kondom maraqlı seksler oğlaq novruza aid hakışda